Türkiyənin Qafqaz Strateji Araştırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay isə qeyd edib ki, Kipr və Ukrayna məsələləri bir-birinin əksidir:
“Putinin müşavirləri və texniki komandası saxta məlumatlar əsasında hərəkət edir. Dünənki müraciətindən də görünür ki, Putinin psixikası tamamilə pozulub. O unudur ki, Kipr Osmanlı torpağı olub. 1877-1878-ci il Osmanlı-Rusiya müharibəsində İngiltərənin Osmanlı İmperiyasına verdiyi dəstəyə görə müvəqqəti olaraq ada İngiltərəyə icarəyə verilib. Sonra ingilislər bu adanı yunanlara təslim edib.
Kiprdəki yunanlar türklərə zülm və işgəncə verdiklərinə, oradakı iki müqaviləyə əməl etmədiklərinə görə Türkiyə Cümhuriyyəti orada yaşayan türkləri xilas etmək üçün bu əməliyyatı həyata keçirib. Ukraynada isə vəziyyət başqa cürdür. Rusiya Ukrayna ərazisində separatçı rus qoşunlarına dəstək verib. Sonra onları müvəqqəti hökumət qurmağa vadar edib və müstəqilliklərinin tanınması prosesinə başlayıbı.
Türkiyə haqlı və NATO ölkəsi olsa da, ABŞ-dakı yunan lobbisinin təzyiqlərinə tab gətirə bilməyən Ağ Evdə Türkiyəyə embarqo qoydu”.
Mütəxəssis bildiirb ki, Kipr və Kipr türklərinin mövqeyi ilə Ukrayna və Ukraynadakı separatçıların mövqeyi çox fərqlidir:
“Vladimir Putin tarixdən misallar gətirməklə də səhv etdi, çünki tarix Putinin əleyhinə işləyir. Ukraynanın şərq bölgələrinin qondarma müstəqilliklərini tanımaq cəhdləri yaxın günlərdə yeni separatizm dəbinin başlamasına səbəb olacaq. Bu, Rusiya Federasiyasındakı bütün azlıqlara sabah müstəqilliklərini elan etmək imkanı verəcək.
Putin çar Rusiyası ilə Sovet Rusiyasının indiki Rusiya ilə birləşdirib yeni ideologiya irəli sürərkən, əslində fəlakəti ruslar üçün hazırlamış oldu.
Rusiya yaxın günlərdə Qərblə ciddi rəqabət aparacaq və bu, bütövlükdə ideologiyanı kəskinləşdirəcək, lakin Rusiya Qərblə kompromislərə gedəcək”.
Rafi MÜSLÜMOV
https://yenisabah.az/putinin-psixikasi-tamamile-pozulub-turk-ekspert