KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: İsrail Türkiyədə bu əməliyyatları “Mossad” vasitəsilə həyata keçirir” –

Hasan Oktay: İsrail Türkiyədə bu əməliyyatları “Mossad” vasitəsilə həyata keçirir” –

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
30 0

Son zamanlar dünyada cərəyan edən bəzi hadisələr bir-birini tətikləyir, təsir dairəsini genişləndirir. Oktyabrın 7-də İran və Rusiyanın istiqamətləndirdiyi HƏMAS-ın İsrailə hücumu dünya siyasətinə gözləniləndən çox ciddi təsir göstərdi.

Bu sözləri Yenicag.az-a açıqlamasında türkiyəli politoloq Hasan Oktay deyib.

O, Suriya müxalifətinin nəzarəti altında olan ərazilərdə Türkiyə əleyhinə başlanan üsyanlardan söz açıb.

“İsrail bir tərəfdən HƏMAS, “Hizbullah”, “Həşti-Şabi” kimi təşkilatlarını aradan qaldırmağa çalışırdı, digər tərəfdən də bu təşkilatların komanda mərkəzi olan Dəməşqdəki İran səfirliyini bombalayıb. Buna cavab olaraq, İran aprelin 13-də İsrailə qarşı raket hücumu həyata keçirdi, lakin İsrail bu hücuma cavab olaraq ciddi ittifaq yaratdı. İbrahim Rəisinin ölümündən sonra dünyadakı siyasətin sonda özünə böyük ziyan vuracağını görən İran bu prezident seçkisindən öz sistemini düzəltmək üçün istifadə edəcək. Türkiyə Qüds, İsrail, Fələstin, HƏMAS “Hizbullah” kimi mövzularda əvvəldən İranla mənasız rəqabətdə olduğu halda, İran birdən-birə öz içinə çəkilərək, bu məsələlərdən uzaqlaşdı. İndi Türkiyə İsraillə üzləşdiyindən izahı mümkün olmayan bəzi hadisələrin şahidi oluruq”, – deyə o əlavə edib.

Politoloq qeyd edib ki, YPG-nin Suriyadakı seçki səsverməsi Türkiyədəki anti-xarici əhval-ruhiyyə, Kayseri timsalında olduğu kimi, Ərdoğan kəşfiyyatdan aldığı məlumatlara əsaslanaraq, təcili olaraq Bəşər Əsədlə görüşməyin nə demək olduğunu bilərək hərəkət etdi.

“Hazırda Suriyada Azad Suriya Ordusu cəbhələrindən Türkiyə əleyhinə ciddi fəaliyyət var. Bunlar Türkiyənin HƏMAS ilə bağlı İsrailə qarşı İranla rəqabət aparmaq üçün inkişaf etdirdiyi siyasətlərin mənfi əksidir. İsrail Türkiyədə bəzi əməliyyatları “Mossad” vasitəsilə həyata keçirir”, – deyə o bildirib.

Onun sözlərinə görə, son aylarda Türkiyə kəşfiyyatı “Mossad”da çalışan bir çox xarici kəşfiyyat əməkdaşını ələ keçirmişdi:

“Təkcə bu xəbər “Mossad”ın Türkiyədə nə qədər təsirli olduğunu anlamaq baxımından son dərəcə əhəmiyyətlidir. Qeyd edək ki, Kayseri və Suriyada eyni vaxtda baş verən hadisələr İsrail əməliyyatıdır və məqsədi İsraillə Türkiyənin arasını qarışdırmaqdır. Suriyada seçkilər, Azad Suriya Ordusunun Türkiyə əleyhinə hərəkətləri, hökumətin ən güclü olduğu Kayseridə suriyalılara qarşı atılan addımlar yaxından izlənilməsi lazım olan hadisələrdir”.

“Ərdoğanın Əsədlə görüşməyə hazır olduğu barədə bəyanatı İsrailin Livanda “Hizbullah”a qarşı əməliyyatından sonra Türkiyənin İraqın şimalında və Suriyanın şimalında yerləşən bütün terror təşkilatlarına qarşı əməliyyatlar keçirmə hüququ Türkiyənin beynəlxalq hüquqa uyğun olaraq söz mövzusu olacaq. Bölgədə beynəlxalq hüquqa uyğun olaraq, həyata keçirilən əməliyyatlara çoxlu etirazlar oldu. İndi İsrailin “Hizbullah”a qarşı əməliyyatı Türkiyənin əməliyyatlarını məşhur edəcək. Bu çərçivədə Türkiyə bütün terrora qarşı böyük bir mübarizə başlatmış olacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov
https://yenicag.az/rusiyanin-teklif-etdiyi-yeni-konstitusiya-kurdlere-xususi-status-verilmesi-istenilir-turkiyenin-esedle-barisiq-prosesi/

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir