KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: “İsrail Livanda yerləşən “Hizbullah”ı məhv edəcək”

Hasan Oktay: “İsrail Livanda yerləşən “Hizbullah”ı məhv edəcək”

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
39 0

Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra İsrail Qəzzada böyük əməliyyat keçirib”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.

Analitik İranla İsrail arasında gərginləşən münasibətlərdən söz açıb.

Onun sözlərinə görə, İranın Yaxın Şərq siyasətlərinə uyğun olaraq, İsraili əhatə edən təşkilatlar vasitəsilə bu ölkəyə etdiyi təzyiqlər 7 oktyabrda İran və Rusiyanın nəzarətində olan HƏMAS-ın hərəkətindən sarsılan İsraili təhlükəsizlik ehtiyacı səbəbilə müdaxilə etməyə məcbur etdi:

“Benyamin Netanyahu Birləşmiş Millətlər Təşkilatının 79-cu iclasında çıxış edərkən şimaldan İsraili təhdid edən “Hizbullah”ın qərargahı atəşə tutuldu və Həsən Nəsrullah öldürüldü. İranın buna cavab verəcəyi gözlənilirdi. İranın Qasım Süleymaniyyə və İnqilab Keşikçiləri Korpusunun digər komandirlərinin, eləcə də İran prezidenti İbrahim Rəsinin qətlinə reaksiya vermədiyini nəzərə alaraq, Həsən Nəsrullaha cavab verilməsə, bölgədə proksi müharibə aparan təşkilatlar İranla əlaqəni kəsəcəkdi. Odur ki, İran İsrailə bir raket hücumu həyata keçirməli idi.

“Əslində, bu, Həsən Nəsrullahın İran xalqı üçün çıxışına cavab deyil və İran dövləti tərəfindən bu çıxış çaxnaşma ilə qarşılandı. Tehran bu çıxışın İran xalqı üzərindəki mənfi təsirini silmək üçün bu əməliyyatı həyata keçirdi. Düymə basıldığı an Tehranın Azadlıq Meydanında toplanan xalq nümayişlər təşkil etdi. Çünki Tehran İran adından İsrail ətrafında proksi müharibəsi aparan təşkilatlarla təmaslarını tədricən azaltmışdı, lakin Nəsrullahın ölümünü gözləmirdilər”, – deyə o, əlavə edib.

Mütəxəssis söyləyib ki, İsrail gələcəkdə İrana birbaşa hücum etməkdənsə, İranın bu hücumunun arxasında daha çox beynəlxalq dəstək hiss edərək, Livanda yerləşən “Hizbullah”ı məhv edəcək.

Rafi Müslümov
https://yenicag.az/israil-livanda-yerlesen-hizbullahi-mehv-edecek-hasan-oktay/

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir