KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: “İŞİD ABŞ-ın qurduğu təşkilat olduğu üçün rahat şəkildə fəaliyyətini davam etdirir”

Hasan Oktay: “İŞİD ABŞ-ın qurduğu təşkilat olduğu üçün rahat şəkildə fəaliyyətini davam etdirir”

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
45 0

Rusiyanın Ukraynanı işğal etmək cəhdindən sonra Türkiyə-Rusiya münasibətlərində nəzərəçarpacaq irəliləyiş var. O, qeyd edib ki, bu münasibətlər istər-istəməz Türkiyənin Suriya siyasətlərinə də yansıyacaq.

“Rəcəb Tayib Ərdoğan və Bəşər Əsəd görüşü bu günlərdə davamlı olaraq gündəmdədir. İŞİD kimi radikal təşkilatlar, ABŞ-ın qurduğu təşkilatlar olduğu üçün Türkiyənin nəzarətində olan bölgələrdə rahat şəkildə fəaliyyətlərini davam etdirirlər və eyni zamanda Türkiyəyə qarşı müharibə riskini də aça bilərlər”,- deyə ekspert Həsən Oqtay bildirib.

Həsən Oqtay qeyd edir ki, Azad Suriya Ordusu (ÖSO) ilə toqquşmaya başlayan radikal qruplar Afrini ələ keçirərkən təhlükədən qaçan insanlar yollara çəkilib. Bu inkişaf, ciddi riskləri ehtiva edir.

Həsən Oqtayın fikrincə, İran, ABŞ və Böyük Britaniya Türkiyənin Suriyadakı ərazilərini genişləndirməsini istəmədiyi üçün Azad Suriya Ordusuna hücumlar həyata keçirilir.

“Beləliklə, Türkiyənin tərəfində görünən bir çox radikal qruplar, öz həqiqi niyyətlərini və sahiblərinin göstərişlərini yerinə yetirərək Türkiyəyə qarşı müharibəyə başladılar”,- deyən Həsən Oqtay bildirir ki, radikal qruplar İŞİD-in altında toplanaraq ABŞ-ın tərkibində Türkiyəyə qarşı vuruşmağa başlayacaq.

Xatırladaq ki, İraq Şam İslam Dövləti kimi tanınan İŞİD Suriyada yaranıb. İŞİD Rusiyanın Əsəd rejiminə və Azad Suriya Ordusuna (ASO) qətiyyətli və davamlı dəstəyi, İraqda Əl-Qaidə adlandırılan Əl-Nusra, məqsəd və üsul fərqliliyinə görə PKK tərəfdarı olan Suriya kürd hərəkatının nümayəndəsi PYD (Demokratik Birlik Partiyası) və digər qruplarla müqayisədə fərqli strategiya izləyib.

Qeyd edək ki, İraqın İranla əməkdaşlıq edərək Fars körfəzinin 100 illik geosiyasətini dəyişməsi qorxusu İŞİD-in yaranmasına səbəb olub.

İlahin, Bizimyol.info

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir