KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Hasan Oktay: İran’a harici düşman lazım

Hasan Oktay: İran’a harici düşman lazım

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
254 0

İranda daxili etirazlar baş qaldırdıqdan sonra Tehran rejimi xarici düşmən axtarışına başladı. Yəni rejim baş qaldıran etirazların səbəbini öz qəddar iqtidarında deyil, xarici faktorlarda aradı.

Ümumiyyətlə, bir şəxs digərinə gizli düşmənlik bəsləyirsə, onun həyatı üçün problemlər yaratmağa çalışırsa, hər addımda müxtəlif üsullarla ona zərər verirsə və eyni zamanda üzünə gülüb özünü dost kimi göstərirsə, həmin şəxsin problemi yarandığında, ilk olaraq zərər verdiyi adamdan şübhələnir. Təəssüf, ancaq təəccüblü deyil ki, İranla da belə oldu.

Uzun illər Azərbaycanın üzünə gülüb, ikili siyasət yürüdən Tehran rejimi öz daxilində ixtişaşlar baş qaldırandan sonra Azərbaycana qarşı düşmənliyi açıq müstəviyə daşıdı. Bu isə nəticə etibarı ilə İranın özünü çöküşə sürükləyəcək.

Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Hasan Oktay Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son günlər İranda baş verən daxili qarışıqlıq səbəbi ilə İranın xarici düşmən “axtarışı” nədənsə Azərbaycan adı ilə yekunlaşıb.

Politoloq bildirir ki, 44 günlük Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətləri gərgin atmosferdə davam etməyə başladı. “İlham Əliyev və Rəcəb Tayib Ərdoğanın Bakıda təşkil etdiyi hərbi “Zəfər” bayramı tədbirində oxunan Araz çayı ilə bağlı bayatı İranı təbdən çıxardı. İran rəsmiləri hər fürsətdə Azərbaycan əleyhinə bəyanatlar verir, hətta Azərbaycan-İsrail münasibətlərinə görə, Azərbaycanın sionist dövlət olduğunu dilə gətirirdilər.

Son zamanlar İranda baş verən daxili qarışıqlıq, Əliyevin İranla bağlı iki çıxışı və İran mətbuatında Zəngilan aeroportunun İsrailə verilməsi ilə bağlı yalan xəbərlər İranı Azərbaycana qarşı müharibə rejiminə keçirdi”-deyə H. Oqtay vurğulayıb.

Əslindəsə İranın erməni və Erməmistan sevgisinin tarixi və bugünkü nümunələri az deyil.

Politoloq qeyd edir ki, İranın daxili təlatümləri yatıra bilməsi üçün bir xarici düşmən obrazına ehtiyacı var. Buna görə də, İran rəsmiləri xarici təhlükə və düşmən kimi Azərbaycanı gördüyünü əməlləri ilə bəyan edir və onun üzərindən hərəkət edir. Hətta bu səbəblə İran ordusunun rəsmiləri “Bakı əməliyyat planı”nı mətbuata sızdırıblar.

H. Oqtay bildirir ki, İran rəsmi olmasa da, hərbi təlimlərdə Azərbaycanı açıqca hədələdi. “Bu məqamda Türkiyənin hər cür şəraitdə Azərbaycanın yanında olduğunu göstərmək üçün ortaq təlim keçirildi. Araz çayı üzərində simvolik də olsa mobil körpü tikməklə İrana mesaj verildi”.

Ataların bir məsəli var. Deyir “xain xoflu olar”. Görünür ki, bu məsəli biz İrana da şamil etməli olacağıq. Azərbaycan demokratik bir ölkə olaraq, daim ərazi bütövlüyünü bərpa etmək, regionda sözünü deyə bilən bir ölkəyə çevrilmək üçün mübarizə aparıb.

Bu mübarizədə beynəlxalq hüququn normaları aşılmayıb. Heç bir ölkənin ərazi bütövlüyünə təhdid yaradılmayıb. Qısacası Azərbaycan davasında haqlı və dürüst olaraq mübarizə aparıb.

Amma görünən odur ki, üzdə dost olan, daxildə məkrli düşmən siyasəti yürüdən İran xislətini daha açıq şəkildə üzə çıxardı. Bizə İranı düşmən görmək, düşmən bilmək öyrədilməmişdi. Bunu bizə elə Tehran rejiminin özü öyrətdi!

İradə Cəlil, Bizimyol.info

https://www.bizimyol.info/az/news/433316.html

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir