KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Hasan Oktay: İran Ərdoğana ciddi ehtiyac duyur

Hasan Oktay: İran Ərdoğana ciddi ehtiyac duyur

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
333 0

İran Türkiyənin bölgədəki effektivliyindən narahat olsa da, Ankaranın vasitəçiliyinə də ehtiyac duyur.

Bu sözləri Axar.az-a Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, professor Həsən Oqtay Türkiyə Prezidentinin İrana planlaşdırılan rəsmi səfəri haqda danışarkən deyib.

Onun sözlərinə görə, son bir ayda İran və Türkiyə arasında yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilir.

Türkiyə liderinin İrana gözlənilən səfəri çərçivəsində masada olacaq mövzulardan danışan ekspert qeyd edib ki, bağlı qapılar arxasında gedən söhbətlər ictimaiyyətə heç də açıqlanmır:

“İran regional proseslərdən, nüvə enerjisi əldə etmək prosesindəki çətinliklərdən, ABŞ-ın embarqosundan narahatdır. O cümlədən, rəsmi Tehran Azərbaycanın İsraillə münasibətlərindən əndişələnir və bu mövzularda Türkiyə ilə müzakirələr aparmaq istəyir. Xüsusilə ötən günlərdə İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı İranın həssas yanaşdığı məsələdir. Ərdoğanla bu məsələləri müzakirə etmək imkanından əlavə, Türkiyənin ABŞ-İsrail hücumunu dayandırmaq üçün vasitəçilik missiyası son dərəcə vacibdir. İran Türkiyənin bölgədəki effektivliyindən narahat olsa da, Ankaranın vasitəçiliyinə də ehtiyac duyur”, – deyə türk analitik bildirib.

Rəfiqə Əlisəfa

https://axar.az/news/gundem/601854.html

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir