Русский «Пенициллин»: вражеской артиллерии пилюля гарантирована

Türkiyə, Rusiya, yoxsa İranın ölkəmizə daha çox təsiri var?

Azərbaycan Rusiyadan “İsgəndər” raketlərini istəməlidir

ABci Panamacıları Avrasyacı Pelikancılar dövdü !

Hasan Oktay: “İndi Suriyada Rusiyanın qarşısına Türkiyəni çıxarmağa çalışırlar”

Türkiye 2 Şubat 2016
1.245

Hasan Oktay: “İndi Suriyada Rusiyanın qarşısına Türkiyəni çıxarmağa çalışırlar”

2015-ci ilin noyabr ayında Rusiya qırıcı təyyarəsinin Türkiyə sərhəddini pozması nəticəsində vurulması və bundan dolayı gərginləşən Ankara-Moskva münasibətlərini normal məcraya yönəltmək mümkün olmadığı halda yenidən rus qırıcıları anolji cəhvə yol verib. Xəbərlərdən də aydın olduğu kimi ötən həftə sonu Rusiyaya məxsus qırıcı təyyarəsi yenidən Türkiyənin hava məkanını pozub. Düzdür, Türkiyə buna cavab olaraq Rusiya qırıcı təyyarəsini vurmasa da, hər halda ikitərəfli münasibətlərin gərgin olduğu bir vaxtda noyabr olaylarının təkrarlanması Ankaranın Moskva tərəfindən təxribata çəkilməsi kimi qiymətləndirilir. Bəs görəsən Rusiyanın bu addımı reallıqda nəyə hesablanıb? Yaxud növbəti təyyarə krizi iki ölkə arasında münasibətləri daha da gərginləşdirə bilərmi? Bu və ya digər məsələlərlə bağlı Türkiyədə fəaliyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKAZSAM) rəhbəri Hasan Oktayla söhbətləşdik. Hasan Oktay “OLAYLAR”-a verdiyi müsahibədə Türkiyə-Rusiya gərginliyini aradan qaldırmağın yollarından da danışıb.

-Hasan bəy, Rusiya qırıcı təyyarələri yenidən Türkiyənin hava sərhəddini pozdu. Sizə elə gəlmirmi ki, bununla Rusya Türkiyəni təxribata çəkir?

-Rusiya keçən il, noyabrın 24-də vurulan qırıcı  təyyarəsinin acısını bir an da olsa unutmaq və təsəlli almaq üçün Türkiyənin  hava sahəsini yenidən pozdu. Ancaq Rusiyanın bu hərəkətini çox böyük bir fəlakət kimi görməmək lazımdır. Bu gözlənilən bir hərəkətdir. Suriyada İran tərəfindən bölgəyə çəkilən Rusiya xüsusiə Birləşmiş Ştatlar-İran anlaşmasından sonra meydanda yalnız qalıb. Ona görə də Rusiya Suriya sindromu yaşaya bilər. Yəni Vyetnamda Birləşmiş Ştatların yaşadığı sıxıntılar İranın Rusiyanı meydanda yalnız buraxmasından sonra yaşana bilər.  Buna görə də Rusiya həm keçən il, noyabr ayının 24-də təyyarəsinin vurulması ilə itirdiyi nüfuzunu bərpa etmək, həm də İran tərəfindən bölgədə yalnız bıraxılmasından əndişə keçirdiyi üçün yenidən Türkiyənin hava sərhəddini pozdu.

-Bir müddət səssiz qalan Türkiyə-Rusiya münasibətlərinin yenidən kritik nöqtəyə qədəm qoyması tərəflər arasında hərbi qarşıdurma ehtimalını nə dərəcədə mümkün edir?

-Savaş ehtimalı ən son düşünülməsi olan bir məsələdir. Qapıda ən yaxın ehtimal hərbi qarşıdurma olsa belə, yenə də savaş deyil, diplomatiyadan danışmaq lazımdır. Rusiya onsuz da  NATO daxilindəki fikir ayrılıqlarını da göz önündə tutaraq Türkiyə ilə bir hərbi qarşıdurmanı nəzərdən keçirməkdədir. Rusiya Türkiyə ilə hərbi qarşıdurmanın NATO daxilində hansı bir fikir ayrılığı yaradacağını hesablamaqdadır. Vəziyyət belə olduğu təqdirdə NATO-nun və Türkiyənin birlikdə məsələni ələ almaları zəruridir. Bu gərgin vəziyyətdə Türkiyə NATO nəzdindəki durumunu da test etmiş olur. Onu da qeyd edim ki, NATO-nun indiyə qədər və Rusiya hərbi təyyarələrinin Türkiyənin hava sahəsini pozduğu müddətdə ortaya qoyduğu mövqe gözlənildiyi qədər deyil, çox passiv bir yanaşmadır. Hazırda Türkiyə bir tərəfdən NATO nəzdindəki durumunu müəyyənləşdirərkən diğər tərəfdən də Rusiya ilə diplomatik təmaslarını artıraraq son təyyarə böhranını fürsətə çevirməlidir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hava sərhəddinin yenidən pozulması səbəbindən Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşmək üçün xəbər göndərməsi Ankara ilə Moskva arasında necə bir münasibətin yaşanacağını müşahidə etmək baxımından son dərəcə önəmlidir.

-Bəs indiki vəziyyətdə Rusiya-Türkiyə münasibətlərini nə normallaşdıra bilər?

-Hesab edirəm ki, Rəcəb Tayyib Ərdoğanla Vladimir  Putin görüşü bir an öncə gerçəkləşməlidir. Türkiyə Rusiya münasibətləri nəinki normallaşmalı, hətta daha da yaxşı olmalıdır. Belə bir vəziyyətin yaranması, münasibətlərin normallaşması hər iki liderə və  ölkəyə fayda verər. Suriya hadisələri hər iki dövlətin, Türkiyə və Rusiyanın bir nömrəli problemi olmadığı halda bölgədə təsir gücünə malik ola biləcək bu iki  dövlət və onun lideri qarşı-qarşıya gəlib. Artıq məsələ Suriya problemindən çıxaraq Rusiya- Türkiyə savaşına çevrilməyə başladı. Birləşmiş Ştatlar İran vasitəsilə Rusiyanı bölgəyə çəkdi. Sonradan isə İran bu hərəkətinin qarşılığını sanksiyaların aradan qaldırılması ilə aldı. Hazırda Rusiya Suriyada təkbaşına qalıb. İndi Suriyada Rusiyanın qarşısına Türkiyəni çıxarmağa çalışırlar. Bu gedişatı dəyərləndirə bilməyən Rusiya və Türkiyə aydınları isə öz liderlərinin gölgəsinə sığınaraq baş verə biləcək qarşıdurmanı gözləyirlər. Əgər hər iki ölkənin liderləri cərəyan edən prosesləri dəyərləndirib nəticə çıxara bilməsə Türkiyə ilə Rusiya baş-başa gəlib vuruşacaq və bununla da üçüncü dünya müharibəsi başlayacaq. Bunun qarşısını isə yalnız diplomatiya ala bilər.

-Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar Ankara üçün hansı çətinliklər yara bilər?

-Hər iki ölkə bölgədə bir biri ilə əməkdaşlıq şəraitində öz ayaqları üzərində dura bilərlər. İqtisadi və strateji cəhətdən birgə əməkdaşlıq Türkiyə və Rusiyanı bölgədə güc halina gətirə bilər. Bu gedişatı dərindən şərh edə bilən dünyanın güç mərkəzləri xüsusilə Ukrayna böhranından sonra Türkiyə ilə Rusiyanı qarşı-qarşıya qoydular. Bu müddət ərzində Türkiyə ciddi bir sıxıntı ilə qarşı-qarşıya qalarkən Rusiya da gözlənildiyindən də artıq iqtisadi bir böhranla qarşılaşdı. Təssüflər olsun ki, hər iki ölkənin lideri və aydınları bundan nəticə çıxarmadılar. Bu gün Rusiya və Türkiyə bu böhranı bir an öncə yoluna qoymalıdır.

-Türkiyə hazırkı vəziyyətdən necə çıxa bilər?

-Bu böhranı aradan qaldırmağın yolu bəllidir.  Diplomatiya. Türkiyə və Rusiya düşdükləri bu durumu əvvəlcə yaxşı təhlil edəcəklər. Sonra isə bu böhrandan çıxış yolunu axtaracaqlar. Əğər belə bir yol tapılmaz və gərginlik artarsa bundan hər iki ölkə və xalqı böyük zərər görəcək. Türkiyə NATO-dan gözlədiyi yardımı alamamaqla, Rusiya isə İran tərəfindən çəkildiyi Suriya bataqlığında çətin günlər yaşayacaq. Bunun üçün mövcud sıxıntıdan qurtulmaq üçün hər iki ölkənin liderləri bir an öncə yaranmış vəziyyəti masaya yatırmalı və gözlənilən müzakirələri aparmalıdırlar.

Süleyman

olaylar gazetesi /bakü

 

Yorumlar