KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay GİZLİ MƏQAMLARDAN DANIŞDI “Türkiyə müxalifəti iqtidarı şantaj edir

Hasan Oktay GİZLİ MƏQAMLARDAN DANIŞDI “Türkiyə müxalifəti iqtidarı şantaj edir

Hasan Oktay Hasan Oktay - - 3 dk okuma süresi
357 3

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Qılıncdaroğlu prezident Rəcəb Tayyib Ərdoğan haqda qalmaqallı iddialarla çıxış edib. Onun sözlərinə görə, prezident Ərdoğan guya gələn seçkilərdə uduzarsa ailəsi və tərfdaşları ilə birgə ABŞ-a qaçacağını planlaşdırıb.

Ednews-a açıqlama verən KAFKASAM-ın rəhbəri, türkiyəli politoloq Həsən Oqtay ana müxalifət liderinin bu fikirlərini şantaj adlandırıb.

Hasan Oktay: Azərbaycanda seçkilər uğurla keçiriləcək – KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

“Hazırda Türkiyədə müxalifət üçün həssas bir dönəm yaxınlaşır. 2023-cü ildə keçiriləcək seçkilər yaxınlaşdıqca, iqtidar-müxalifət arasında mübahisələr daha da qızışmağa başlayır. Bu mənada, CHP partiyasının rəhbəri Kamal Qılıncdaroğlu hakimiyyətin mövqeyini çaşdırmaq, psixologiyasını darmadağın etmək üçün bu cür iddialarla ictimaiyyət qarşısına çıxır”.

Qeyd edək ki, partiya rəhbəri guya iddiasını doğruldacaq faktların əlində olduğunu deyib. K.Qılıncdaroğlu qeyd edib ki, onun əlində dediklərinə əsas gətirəcək sübutları da var. Politoloqun fikrincə isə Qılıncdaroğlu bu cür addımı ilə gündəmi nəzarətdə saxlamağa çalışır.

“Türkiyə siyasətində heç bir lider xaricə qaçmaq məcburiyyətində deyil. Türkiyədə ölkəni idarə etdiyi müddət ərzində hər bir lider nöqsanı və ya qüsuru olduğu təqdirdə qanun qarşısında hesab verəcəyini bilir.

Kamal Qılıncdaroğlunun faktlarla çıxış etməsi özünü bir növ inandırıcı göstərərək seçkilərə qədər prosesləri nəzarətə götürüb idarə etməkdir”.

KAFKASAM-ın rəhbəri həm də müxalifətin hazırki durumundan da söz açıb. O, müxalifət partiyalarını qarşıdakı seçkilərə hazırlıqsız hesab edib.

“Hazırda müxalifət çox dağınıq vəziyyətdədir, bir araya gələ bilmir və hətta layiqli namizəd belə ortada yoxdur. Əlində heç bir şey olmadığı bir halda müxalifətin tək bir şansı qalır, o da iqtidarın psixologiyasını dağıtmaq istəyidir.

Fikrimcə, ana müxalifət bu kimi ajiotaj yaradacaq fikirləri müzakirə etmək yerinə dövlətə dəstək olmalıdır. Əgər Qılıncdaroğlu hakimiyyətə gəlmək istəyirsə, Türkiyənin daxili və siyasi hədəflərini ortaya qoyaraq siyasət qurmalıdır. Əks halda onun atdığı bu addım Türkiyənin həm xarici, həm də daxili siyasəti, habelə ölkənin iqtisadi vəziyyətini çətin duruma apara bilər”.

Elnur Ənvəroğlu
https://m.ednews.net/az/news/analytical-wing/520910-turkiye-muxalifeti-iqtidari-santaj-edir

İlgili Yazılar

3 Yorum

  1. Kullanıcı - -

    Çok güzel bir yazı olmuş teşekkür ederim

  2. Zehra - -

    Soğuk savas dönemleri geliyor gibi sonumuz hayır olsun ins

  3. Zehra - -

    Soğuk savaş döneminde yaşıyor gibiyiz sonumuz ne olacak Allah bilir

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir