Russian Restraint in Armenia

ABD’de Biden kazanırsa İran İsrail savaşı çıkar mı

İran təbiətə ziyan dəyir və dövlət buna biganə yanaşır

Sudan istihbaratında nöbet değişimi!

Hasan Oktay: Fransanın niyyəti əvvəldən bizə məlumdur

Gündem 1 Aralık 2020
45

Türk professor: “Azərbaycan tərəfi diplomatik və hüquqi mücadilə prosesini daha da genişləndirməlidir”

“Rusiyanın sülhməramlı qüvvələrinin Dağlıq Qarabağa gəlişi Fransanı bölgə ilə bağlı yeni həmləyə sövq etdi”.

Bunu “Şərq”ə türkiyəli professor, “Qafqaz Strateji Araşdırmalar” Mərkəzinin rəhbəri Hasan Oktay deyib. Professor bildirib ki, Fransa özü ilə yanaşı bir sıra dövlətlərdə də qondarma “respublika”nı tanıtdırmağa çalışır.

Mərkəz rəhbərinin sözlərinə görə, müəyyən problemlərlə üzləşməmək üçün Azərbaycan tərəfi diplomatik və hüquqi mücadilə prosesini daha da genişləndirməlidir:

“Fransanın niyyəti əvvəldən bizə məlumdur. Bu ölkə Türkiyə ilə Aralıq dənizində mübarizə apararkən diqqəti başqa yönə çəkmək üçün Birləşmiş Ərəb Əmirliyi ilə birlikdə Ermənistanı təxribata çəkdi.

Fransanın təhriki ilə Ermənistan Azərbaycanın Tovuz rayonu istiqamətində hücuma cəhd göstərdi. Azərbaycanın təmkinli davrandığını, təhriklərə getmədiyini görən Fransa və BƏƏ Ermənistanın əliylə növbəti təxribatı Qarabağ bölgəsində həyata keçirdi.

Lakin bu dövlətlərin çirkin niyyəti və Türkiyəyə hesablanmış planları baş tutmadı.

Azərbaycan Ordusu Türkiyənin hərtərəfli dəstəyi və BMT-nin qəbul edilmiş qətnamələrinə əsaslanaraq, düşmənin təxribatlarına birdəfəlik son vermək qərarına gəldi.

Nəticədə 44 günlük savaş başladı və Azərbaycanın qələbəsi ilə yekunlaşdı. Bununla həm də Fransa kimi düşmən ölkələrin layiqli cavabı verilmiş oldu”

İsmayıl Qocayev

Yorumlar