KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Hasan Oktay: Fazil Mustafaya sui-qəsdin edilməsi regionda tarazlığı dəyişəcək

Hasan Oktay: Fazil Mustafaya sui-qəsdin edilməsi regionda tarazlığı dəyişəcək

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
223 0

27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən Vətən savaşında bəzi işğal altında olan ərazilərin azad edilməsi Azərbaycan-İran münasibətləri son dərəcə gərginləşdi”. 

Bu fikirləri News24.az-a açıqlamasında türkiyəli politoloq Hasan Oktay deyib. Politoloqun sözlərinə görə, belə bir mühitdə İran-Azərbaycan müharibəsi də yaxınlaşmağa başladı:

“Son dönəmlərdə ard-arda Azərbaycanın Tehrandakı səfirliyinə, “Bravo” marketlər şəbəkəsinə hücumlar olundu. Həmçinin, Azərbaycanda çox sayda İrana casusluq edən Azərbaycan vətəndaşları həbs edildi. Təbii ki, bunlar da iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirdi. Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafaya bu gərgin ortamda evinin qarşısında silahlı hücuma məruz qalması bütün diqqətləri yenidən İranın üzərinə çəkdi. Çünki Fazil Mustafa daim İran əleyhinə açıqlamaları ilə hər kəsin diqqətini çəkirdi. Hələlik hücumun kimin tərəfindən həyata keçirildiyi məlum olmasa da, hücumun arxasında İranın olduğu iddia edilir. 

Qeyd edək ki, Fazil Mustafanın müxtəlif vaxtlarda Azərbaycan parlamentində İran əleyhinə çıxışı, xüsusən də Azərbaycandan İrana gedən Azərbaycan vətəndaşları haqqındakı çıxışı hadisənin arxasında İranın və ya Azərbaycanda olan İran tərəfdarlarının dayandığı şübhəsini istər-istəməz artırır. Hücumun baş verdiyi günün Azərbaycan kəşfiyyat orqanının yaranmasının ildönümü olması, Azərbaycanın İsraildə səfirliyini açılması isə xüsusi diqqət çəkən məqamdır. Bu hücumla Azərbaycan-İran münasibətləri sürətlə müharibə həddinə doğru irəliləyir. Rusiya-Ukrayna böhranı ayrılmaz hala gəldiyi bu saatlarda Azərbaycanla İran arasında gərginlik yeni müharibə ssenarisini gündəmə gətirir. Yəni, Azərbaycanın Ukrayna kimi İranın önünə atılma ehtimalını hər keçən saat qüvvətləndirməkdədir.

Hesab edirəm ki, Fazil Mustafaya sui-qəsdin edilməsi regionda tarazlığı dəyişəcək. Hər an ehtiyatlı olmaq lazımdır, çünki indi Azərbaycan-İran münaqişəsi zaman məsələsinə çevrilib”.

Aynurə

https://news24.az/102536-fazil-mustafaya-sui-qesdin-edilmesi-regionda-tarazligi-deyishecek.html

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir