KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Hasan Oktay: Ermənistanla yekun sülhün şərtləri nədir?

Hasan Oktay: Ermənistanla yekun sülhün şərtləri nədir?

Hasan Oktay Hasan Oktay - - 3 dk okuma süresi
319 0

Türkiyəli ekspert GİZLİNLƏRİ AÇIQLADI

“Cənubi Qafqazda Türkiyə-Ermənistan-Azərbaycan sülh formatı yaranmalıdır. Əks halda Dağlıq Qarabağ da Donbass modeli kimi Rusiyanın nəzarəti altında qalacaq.
Baydenin qondarma erməni soyqrımı ilə bağlı açıqlaması da qurulmuş tələdir. Uzun illər qarşılıqlı inkişafa dayanan Türkiyə-Amerika münasibətlərinə kölgə salmaq Amerikadakı Erməni lobbisinin çoxdankı arzusudur”.

Bu fikirləri Bizim.Media-ya açıqlama verən Qfqaz Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay bildirib.

MÖVZU İLƏ BAĞLI:

Türkiyəli ekspert Ukraynanın müharibədən sonrakı XƏRİTƏSİNİ açıqladı – Bu ərazilər Rusiyada qalacaq?

Onun fikrincə, Putinin Paşinyanla sonuncu görüşündən sonra bu erməni soyqırımı məsələsi birdən-birə ictimayyətin diqqətinə düşdü. Bu, ABŞ-n Ermənistanın Rusiyaya meyillənməsinin qarşısını almaq üçün növbəti siyasi gedişdir.

Bəs Türkiyə-ABŞ münasibətlərinin gərginləşməsində daha kimlər maraqlıdır?

“Rusiya ilə ABŞ arasında ilişib qalmış Ermənistanı öz tərəfinə çəkmək üçün ötən ildə də ABŞ tərəfindən oxşar bəyanatlar verilmişdi”, – deyən Hasan Oktay bu bəyanatdan sonra Paşinyan Rusiyaya ciddi müqavimət göstərdiyini qeyd edib:

“Amma Amerika keçən ildən bu ilə qədər Paşinyana gözlədiyi dəstəyi verə bilmədi. Putinin Dağlıq Qarabağın hüquqi statusu olmadan sülhün əldə oluna bilməyəcəyini ifadə edən bəyanatı Baydeni “Erməni məsələsində” yenidən soyqırım sözünü işlətməyə məcbur etdi. Ən pisi odur ki, Türkiyədə “soyqırım” sözü ilə bağlı müzakirələr xüsusən ruslar tərəfindən qızışdırılıb. Bu da diqqətləri Qarabağ ətrafında dolaşan fikirlərdən yayındırmağa xidmət edir. Bunlar hamısı Rusiyanın çoxdan istifadə etdiyi bir üsuldur”.

Azərbaycan və Ermənistan arasında 10 Noyabr-da imzalanan razılaşmaya toxunan Hasan Oktay iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, Zəngəzur dəhlizinin Laçın dəhlizinə qarşı açılması məsələsi indi də gündəmə gətirilmədiyi üçün təəssüflənib.

“Məsələyə bu nöqteyi-nəzərdən yanaşsaq görərik ki, “Erməni məsələsi” müzakirələrinin yaratdığı bulanıq atmosfer Qarabağda hüquqi cəhətdən atılması lazım olan addımların ardıcıllığını pozmağa xidmət edir”.

Rusiyanın Qarabağdakı maraqlarını təhlil edən ekspert əlavə edib ki, Rusiyanın xüsusilə Dağlıq Qarabağda tətbiq etmək istədiyi metodun adı “Donbass modelidir”:

“Bu tələyə düşməməliyik. Ermənilər və türklər tarixi qarşılığı olmayan soyqırım sözü ətrafında yenidən dalaşsalar, burada Rusiya qalib gələcək. Bu səbəbdən Türkiyə-Ermənistan sülh danışıqlarının heç bir ilkin şərt qoyulmadan yenidən və təcili olaraq başlaması lazımdır. Birləşərək Cənubi Qafqazda Türkiyə-Ermənistan-Azərbaycan sülh formatını yaratmalıyıq. Yəni, məsələni Rusiyanın inhisarından çıxarmaq lazımdır”.

Leyla Şah, Bizim.Media

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir