“Bu mövzuda çox diqqətli olmaq lazımdır”
“Azərbaycanın işğal altındakı torpaqları azad etmək üçün başladığı 44 günlük Vətən müharibəsi rəsmi Moskvanın müdaxiləsi ilə 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanatla sonlandı. Bu bəyanat Azərbaycanın gözləntilərini qarşılamadı. Həm də Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üçün uyğun bir razılaşma deyildi”.
Bu sözləri AzNews.az-a Ermənistan-Azərbaycan sərhədində dünən baş verən təxribatla bağlı açıqlamasında türkiyəli professor, “Qafqaz Strateji Araşdırmalar” Mərkəzinin rəhbəri Hasan Oktay deyib.
O bildirib ki, bu kimi hallar RSK-nin regionda qalması üçün şərait yaradır:
“Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələri sözügedən razılaşmaya görə 2025-ci ilə qədər bölgədə qalacaq. Buna baxmayaraq bölgədə atəşkəsin pozulması halları Rusiya Sülhməramlı Kontingentinin (RSK) burada qalma müddətini artırması üçün şans yaradır. Bu, onların bölgədə müddətsiz qalmaları məsələsini gündəmə gətirəcək. Bu mənada atəşkəsin pozulması Rusiyanın regiondakı mənfəəti baxımından gözləniləndir”.
Türkiyəli professor qeyd edib ki, 10 noyabr üçtərəfli bəyanatında Laçın dəhlizinin açılması nəzərdə tutulsa da, koridorun statusu haqda konkret maddə yoxdur:
“Bu da bəyanatın tətbiqi müddətində Azərbaycan üçün bir çox problemlər yaratdı. Rəsmi Bakı bir tərəfdən Laçın dəhlizinə qarşı Zəngəzur dəhlizini açmağa çalışır, digər tərəfdən Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşılığı alması prosesinin başlaması ilə bağlı ciddi diplomatik addımlar atır. Lakin Ermənistanla Azərbaycan arasında sərhədlər müəyyənləşdirilmədiyi üçün sülh danışıqları çox yavaş irəliləyir”.
H.Oktayın sözlərinə görə, regionda gərginlikdən bəslənən Rusiya və İran hər fürsətdə münaqişəni alovlandırır: