KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: “Ermənistana hər səfərimdə bu cür fotolar çəkdirirəm”

Hasan Oktay: “Ermənistana hər səfərimdə bu cür fotolar çəkdirirəm”

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
442 0

İrəvanın mərkəzində “Boz qurd” simvolu ilə şəkil çəkdirən Türkiyə vətəndaşı danışdı

Bu günlərdə Ermənistan mətbuatında İrəvanın mərkəzində iki şəxsin “Boz qurd” işarəsi tutaraq çəkdirdikləri foto yayılıb və bu foto yetərincə qalmaqal yaradıb. Bəziləri bu fotonun Paşinyanın Türkiyə ilə əməkdaşlıq etməsinin sübutu olduğunu, bəziləri isə şəklin feyk, hazırkı vəziyyətin fonunda məqsədli şəkildə paylaşıldığını iddia edir.

Bəs, həmin foto nə zaman çəkilib? Fotodakı şəxslər kimlərdir?

Musavat.com bununla bağlı araşdırma aparıb və məlum olub ki, fotodakı şəxslərdən biri “Qafqaz” Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, professor, siyasi ekspert Hasan Oktaydır. O, bu və digər məsələlər ilə bağlı Musavat.com-un suallarını cavablandırıb:

– Hasan bəy, Ermənistan mətbuatında qalmaqal yaradan həmin fotonuz nə zaman çəkilib?

– Həmin foto 2014-cü ilin fevralında Ermənistana bir toplantı üçün getdiyimiz zaman çəkilib. Mən “Qafqaz” Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəriyəm. Bu səbəbdən Qafqaz ölkələrinə, o cümlədən 2000-ci ildən bəri Ermənistana səfərlər edirəm. Hər getdiyimiz zaman fərqli insanlar, qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri, rəsmilər ilə görüşür, şəkil çəkdiririk.

2014-cü ilin fevralında İrəvanın mərkəzində “Boz qurd” işarəsi tutaraq çəkdirdiyimiz həmin foto isə bir neçə gündür ki, Ermənistan mətbuatında müzakirə obyektinə çevrilib. Ermənistana hər dəfə getdiyimizdə, hazırda erməni mətbuatında ciddi müzakirə olunan “Boz qurd” işarəsi düzəldən rəsm əsərlərimiz var. 2014-cü ilin fevralında İrəvanın mərkəzində çəkdiyimiz şəkil böyük bir gündəm yaratdı. Təkcə Ermənistan deyil, Rusiya, Azərbaycan mətbuatında 800-ə yaxın saytda xəbər oldu.


– Sizcə, bu fotonuz niyə bu qədər səs-küyə səbəb oldu?

– Bizim səssiz şəkildə Ermənistanda gördüyümüz işlərin yavaş-yavaş öz təsirini göstərməsi, bununla da ölkədə həm iqtidarın, həm də digər dövlətlərin diqqətini çəkdiyimiz üçün birdən-birə medianın gündəminə çıxarıldıq.

Öncə də Ermənistana gedəndə “Boz qurd” işarəsi göstərərək, fotolar çəkdirmişdik və bu fotolar haqqında Azərbaycan və Türkiyə mətbuatında xəbərlər dərc olunmuşdu. Ermənistanda hər görüşdüyümüz insan bizim türkçü olduğumuzu bilir. Orda heç vaxt kimliyimizi gizlətmədik. Hər halda, Ermənistan bizim oradakı fəaliyyətimizdən olduqca narahatdır və bu şəkildə bizi bölgədən uzaqlaşdırmaq, yaxud təsirimizi azaltmaq istəyirlər.

– Ermənistana tez-tez gedirsiniz?

– Biz Ermənistana heç bir dövlət və quruluş adına deyil, “Qafqaz” Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) fəaliyyətləri üçün gedirik. 2014-cü ildə getdiyimiz zaman orada Türkiyənin “Anadolu Ajansı”nın şöbəsini yaratmaq istəyirdik. Ondan əvvəl də bu cür təklif olunmuşdu, lakin rədd edilmişdi. Beləliklə, Ermənistanda da “Anadolu Ajansı”nın şöbəsini yaratmaq təklifimizə bu dəfə razılıq verildi. Bu günə qədər Ermənistandan bizə qarşı olan müxtəlif təhdidlərə baxmayaraq, fəaliyyətimizə davam edirik.

Թուրք ազգայնականները ՀՀ-ում են. Իսկ ո՞ւր են հատուկ ծառայությունները – BlogNews.am

– Yəqin bilirsiniz, ermənilərin “Boz qurd” işarəsinə qarşı xofları var. Amma təkcə ermənilərin deyil, bildiyiniz kimi Avropa da bu məsələyə ehtiyatla yanaşır. Hətta bir sıra ölkələrdə bu işarəni tutmaq qadağan olunub.

– “Boz qurd” hansısa təşkilatının adı deyil, türk millətinin simvoludur. Türk millətçiləri bu simvolu tez-tez istifadə edirlər. Bundan narahat olanlar, bu mədəniyyətin qarşısında aşağılıq kompleksinə qapılanlar, istər-istəməz “Boz qurd”un simvolu üzərində mənfi təsəvvür yaratmaq istəyirlər.

– Siyasi ekspert kimi necə düşünürsünüz, Ermənistandakı son vəziyyət Qarabağ məsələsinə necə təsir edə bilər?

– Qarabağ məsələsi hazırda bütün dünyanın diqqətini çəkən bir mövzudur. Köçəryan və Sarkisyan hökumətləri bu günə qədər erməni xalqını zvə Ermənistanı Qarabağın işğalı məsələsi ilə idarə etməyə çalışdılar. İndi Paşinyan Qarabağda uğradıqları məğlubiyyətinin əsas səbəbini Köçəryan və Sarkisyanın dövründə baş vermiş korrupsiyalar və “aldıq” deyib, alınmayan silahlara görə olduğunu iddia edir. Paşinyan 44 günlük müharibədən sonra çevrilişə cəhdlə qarşılaşmasına baxmayaraq, hələ də hakimiyyətdədirsə, bunu Qarabağ strategiyasına borcludur.

Ermənistandan gələn var: “İrəvandakı Göy məsciddə namaz qılarkən ruhum təzələndi” – MÜSAHİBƏ

– Bəzi ekspertlər yenidən müharibənin başlayacağını istisna etmir. Bəs siz necə düşünürsünüz?

– Əvvəlcə prezident Sarkisyan, sonra kilsə keşişləri, daha sonra Vazgen Manukyan müxalifəti birləşdirdi və ardından baş qərargah rəisi Paşinyana qarşı çevrilişə cəhd etdi. Paşinyan isə onlara 1 martda keçirilən mitinqlə cavab verdi. Hesab edirəm, Paşinyan hakimiyyətdən gedərsə və onun yerinə Sarkisyan və ya Köçəryan gələrsə, yeni bir Qarabağ müharibəsi qapıda ola bilər. Bu dəfə döyüşməyə gücü çatmayan erməni ekstremistləri terror aktlarına əl ata bilər. Azərbaycanın bu dəfə də onlara layiqli və tutarlı cavab verəcəyinə şübhəm yoxdur.

Xalidə Gəray,
Musavat.com

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir