KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: Dağlıq Qarabağda Azərbaycan Türkcəsi də rəsmi dil kimi qəbul etdirilməlidir

Hasan Oktay: Dağlıq Qarabağda Azərbaycan Türkcəsi də rəsmi dil kimi qəbul etdirilməlidir

Hasan Oktay Hasan Oktay - - 9 dk okuma süresi
25 0

Kafkassam araşdırmalar mərkəzinin başqanı professor Hasan Oktayın Turan İnformasiya Agentliyinə müsahibəsi
“Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırması istiqamətindəki müzakirələr son dərəcə gizli aparılır”
“Ankara prosesləri dərk edə bilmir”
Turan: 10 noyabr 2020-ci ildə sərhədə nəzarətin və Azərbaycan ərazisinin 4 min kvadrat kilometrinin Rusiya hərbi qüvvələrinin nəzarətinə keçməsindən sonrakı siyasi prosesləri də Moskva yönəldirdi. 2021-ci ilin noyabrında Avropa Birliyi prosesə qoşuldu. Prosesləri necə qiymətləndirirsiniz?
Oktay: 26 dekabr 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Cənubi Qafqazda qala bilmək üçün Ermənistandan istifadə edən Rusiya 1992-ci ilin mayında və 1993-cü ilin ikinci yarısında Dağlıq Qarabağdan əlavə yeddi rayonu da işğal edərək oradakı varlığını davam etdirdi. İdarə üsulları dəyişsə də Çar Rusiyası dövründə başlamış Cənubi Qafqaz strategiyası heç vaxt dəyişməyib. 1991-ci ildən 27 sentyabr 2020-ci ilə qədər ermənilərin, 10 noyabr 2020-ci ildən etibarən isə Azərbaycanın vasitəsiylə Rusiya bölgədə qalmağa davam edir. 10 noyabr 2020-ci ildə Azərbaycan və Ermənistana imzalatdırdığı sazişlə Rusiya regiondakı sülh prosesinin ipini tamamilə öz əlinə aldı. Rusiya `sülhməramlı qüvvələri`nin bölgədə qalacağına dair 5 illik saziş imzalanmasına baxmayaraq, o silahlı qüvvələrin bölgədə həmişəlik qalmaq niyyətində olduğunu hamı görür.
Bir çox msələdə Ermənistan ilə Rusiya arasında fikir müxəlifliyi yaransa da Moskva arxayınçılıq etməyərək baş nazir Nikol Paşinyanı cəzalandırmaq üçün 44 günlük müharibəni yaxından təqib etdi. İşğal altındakı torpaqlar azad edilib növbə Dağlıq Qarabağa gələn kimi Rusiya müdaxilə etdi və Azərbaycan ilə Ermənistan arasında əldə edilə biləcək razılaşmaların qabağını kəsərək “Regionda mən də varam”- dedi. Azərbaycan hər gün “Qarabağ problemi başa çatdı”- desə də problem təzə-təzə başlayır. Rusiyanın bölgəyə qeyri-proporsional şəkildə girməsinə qabağını almaq üçün Avropa Birliyi həmlə etdi. 24 fevralda Rusiyanın Ukraynaya hücum etməsiylə 2021-ci ilin noyabrında başladılan proses daha da canlandırıldı və bununla Rusiyanın iradəsi zəiflədilmək istəndi.
10 noyabr 2020-ci ildə üçtərəfli sazişə və 22 fevral 2022-ci ildə imzalanmış Moskva Bəyannaməsi`nə baxmayaraq Rusiyanın daima Ermənistanın tərəfini saxlaması və Azərbaycanın əleyhinə təhrikedici işlər görməsi Azərbaycan iqtidarının da xalqının da etimadsızlıq bildirməsinə səbəb oldu. Rusiyanın Ukraynaya hücumundan sonra Avropa Birliyindən Azərbaycanın lehinə mesajlar verilməsi Bakı tərəfindən müsbət qarşılanmaqdadır. 10 noyabr sazişindən üzü bəri Azərbaycan iqtidarı, xüsusilə, Türkiyədə “Qarabağ problemi bitdi”- deyə təbliğat apardığı halda problemin əvvəlkinə nisbətən daha xaotik hala gəldiyini görürük. ATƏT, Moskva və Brüssel prosesləri bu işi daha qarmaqarışıq vəziyyətə gətirməkdədir.
Turan: Mayın 22-də Brüsseldə keçirilən Əliyev-Paşinyan görüşündən sonra İrəvanda iğtişaşlar baş verdi. Bunun səbəbi nədir: sizcə, bunun kimi aksiyalar Ermənistan rəhbərliyinin Qarabağ siyasətində dəyişikliklərə səbəb ola bilərmi?
Oktay: Ermənistanı itirməmək üçün Rusiya Paşinyanı təzyiq altında saxlamaq, onun Azərbaycan və ya Türkiyə ilə nəarətdən kənar saziş imzalamaması üçün açıq və gizli işlər tutmaqdadır. Moskvadakı görüşlərdən başqa hər yerdə keçirilən görüşdən sonra mütləq İrəvanda gərginlik olmuşdur. Rusiyanın nəzarətindəki müxalif qrup Moskvanı kənarda qoyaraq roseslərin Avropa müstəvisinə keçirilməsinə qarşı çıxmaqdadır.
Ona görə Ermənistanda yaşanan xaosların səbəbini Rusiyanın bu proseslərin qabağın almaq və təşəbbüsü əldən buraxmamaq ehtirasında axtarmaq lazımdır. Rusiyanın Ermənistan üzərindəki təsir gücünü nəzərə alan Paşinyan sülh prosesini daha diqqətli şəkildə irəliyə aparmaq məcburiyyətindədir. Yoxsa hal-hazırda Paşinyan hökuməti Rusiyadan tamamilə mütəqil siyasət yürütsə, iqtidarını itirə bilər. Ancaq Rusiya ilə Ukrayna arasındakı müharibənin uzun müddət davam etməsi və Rusiyanın böyük itkilər verməsi halında Ermənistan hakimiyyəti Moskvadan bir az daha müstəqil siyasət yürüdə biləcək.
Turan: Brüssel prosesi müsbət dəyərləndirlərkən Moskvanın prosesdən kənarda qalmasından söhbət gedə bilərmi?
Oktay: Rusiyada keçirilən üçtərəfli müzakirələrdə hər hansı irəliləyişə nail olunmaması həm Azərbaycanın həm də Ermənistanın lehinədir. Beləliklə, hər iki tərəf Rusiyanın etibarlı bir vasitəçi olmadığını açıq-aşkar nümayiş etdirir. Brüsseldəki görüşlərin sayının artması və irəliləyiş əldə edilməsi halında Rusiyanın proseslərdən kənarda qalma ehtimalı güclənsə, Azərbaycan və Ermənistandakı Rusiya tərəfdarlarının çevriliş həmləsiylə üzləşə bilərik. Rusiyanın məqsədi sülh yox, atəşkəsin pozulmasını bəhanə edərək bölgədə uzun müddət qalmaqdır. Atəşkəslər Rusiyanın qeyri-müəyyən müddətə bölgədə qalmasına səbəb olur. Bundan başqa Rusiya, Dağlıq Qarabağdakı idarəyə pərdə arxasından da çox kömək edir. Dağlıq Qarabağ parlamenti rus dilini də rəsmi dil kimi qəbul etmişdir. Moskva sazişə əməl edərək 5 ildən sonra bölgədən çıxarsa, Dağlıq Qarabağda Azərbaycan Türkcəsi də rəsmi dil kimi qəbul etdirilməlidir. Bölgədəki əhaliyə Rusiya Federasiyası pasportları verildiyinə görə, orada həm də rus azlığı yaradılmaqdadır. Bütün bunlarla bağlı məlumatlar Bakıdan gəldiyinə görə, Ankara prosesləri dərk edə bilmir.
Turan: Türkiyə ilə Ermənistan arasındakı `normallaşma` prosesiylə bağlı keçən ilin payızında edilən həmlələr nə vəziyyətdədir?
Oktay: Türkiyə bu prosesləri Azərbaycanın verdiyi məlumatlar və Azərbaycanın Türkiyədəki təbliğat vasitələri üzərindən təqib edir. Ona görə bir çox məsələdə ictimaiyyətə verilən məlumatlarla həqiqətlər arasnda çox ciddi fərqlər vardır. Türkiyədə bir çox alim rütbəsi daşıyan insan məsələni Azərbaycanın yönləndirdiyi şəkldə bilir və təbliğatın istiqamətinə görə elmi araşdırma aparır. Hətta qısa müddət əvvəl təbliğatçıların nəzarəti altında Bakıda iclas keçirilmişdi. Hər iki ölkə bu yalanlar üzərindən prosesləri idarə etmək üçün təkid edir. 2009-cu ildə imzalanmış Sürix protokollarına görə, Türkiyə ilə Azərbaycan arasında problemlər yaşandığına görə, indi Ankara müzakirələri gizli aparır. 44 günlük müharibədən sonra problemin həll edilməsi bir tərəfə dursun, işlər daha qəliz hal almışdır. İki ölkə arasında başlayan münasibətlərin normallaşdırılması prosesi Paşinyanın iqtidarda nə qədər qala biləcəyinə bağlıdır. Paşinyanın iqtidardan uzaqlaşdırılması halında `normalaşma prosesi` də dayanacaq. Ona görə prosesin davam etməsi üçün Ermənistanın daxilində sabitliyin yenidən Paşinyanın lehinə dönməsi lazımdır.
Ermənistanda Rusiyanın dəstəklədiyi bir çevrilişin olması halında yeni iqtidar Azərbaycana qarşı müharibədən çəkinsə belə, terror aksiyaları başaya bilər. İndi biz Avropa Birliyi, Minsk Qrupu, Moskva, Ankara proseslərindən danışırıq ancaq Dağlıq Qarabağ Rusiyanın nəzarəti altında Donbas modelinə doğru gedə bilər.

https://turan.az/ext/news/2022/6/free/Interview/az/6012.htm

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.