KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: “D-8 İsrail əleyhinə bəyannamə qəbul edəcək”

Hasan Oktay: “D-8 İsrail əleyhinə bəyannamə qəbul edəcək”

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
130 0

Türkiyəli Politoloq: “D-8 İsrail əleyhinə bəyannamə qəbul edəcək”
Türkiyə Qəzzada davamlı atəşkəs üçün təşəbbüslərini davam etdirir. Bu gün İstanbulda D8-ə üzv ölkələrin xarici işlər nazirlərinin Qəzza məsələsini müzakirə etməsi buna bariz nümunədir.

Toplantını türkiyəli politoloq Həsən Oktay TodayPress-ə şərh edib.

Onun sözlərinə görə, İslam dünyasının Qəzzada baş verənləri gözardı etdiyi bir vaxtda Türkiyə bu məsələdə üzərinə düşəni etməyə çalışır:

“7 oktyabr HƏMAS-a hücumundan sonra İsrail bu və ya buna bənzər hücumların təkrarlanmaması üçün vizalara tam nəzarət etmək və bölgədə terrora dəstək verən strukturları aradan qaldırmaq üçün mübarizə aparır. Qarşıdurma zamanı mülki əhaliyə də xeyli ziyan dəyib. Bu heç bir halda doğru deyil.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidan dünyanın diqqətini Qəzzaya cəlb etmək üçün sıx diplomatik fəaliyyətlə məşğuldurlar”.

Politoloq diqqətə çatırıb ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının fövqaladə iclasında İsrail əleyhinə bəyannamə qəbul ediləcək.

Günəş Mərd
https://todaypress.az/az/dunya/turkiyeli-politoloq-d-8-israil-eleyhine-beyanname-qebul-edecek-26537

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir