KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: Bu ölkələr Cənubi Qafqazda müharibə olmasını istəyir

Hasan Oktay: Bu ölkələr Cənubi Qafqazda müharibə olmasını istəyir

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
171 0

“Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan 10 noyabr Bəyanatından təxminən 3 il keçməsinə baxmayaraq, bölgədə hələ də sülhə nail olunmayıb”.

Bunu TNS-ə Türkiyənin Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri Hasan Oktay deyib.

“Bəlkə də Bəyanatın maddələrinin ehtiyaclara cavab verməsi məsələsində yetərsiz olduğunu söyləmək də olar. Amma nəticə etibarilə Azərbaycan da, Ermənistan da müddəti 5 il olan sənədin vaxtı bitənə qədər atəşkəsi pozmayaraq, Rusiyanın bölgədən çıxmasını təmin etdikdən sonra sülh şəraitinin yaranmasına nail ola bilərdi. Çünki anlaşmada Rusiya hərbi kontingenti atəşkəsin pozulmasının qarşısını almaq adı ilə Qarabağda yerləşdirildi”, – o əlavə edib.

Hasan Oktay hesab edir ki, hazırda Rusiyanın başı Ukrayna böhranına qarışdığı üçün Qarabağla kifayət qədər maraqlana bilmir: “Atəşkəsin pozulması Rusiyanın bölgədə qalması baxımından son dərəcə önəmlidir. Belə olan halda, “Ermənistan və Rusiya tərəfi atəşkəs rejiminin pozulmasına niyə şərait yaradır?” sualını soruşmaq lazımdır.

Azərbaycanın bu məsələdə zərərçəkən tərəf olduğuna görə torpaqlarını işğaldan qurtarmaq üçün hərbi əməliyyat variantını gündəmdə saxlaması normaldır.

Ermənistanda məğlub olmasına baxmayaraq, iqtidarını qoruyan Paşinyan hökumətinin qarşısındakı keçmiş prezidentlər Sarkisyan və Koçaryan liderliyindəki müxalif qüvvələr bir tərəfdən Paşinyanı günahlandırarkən, digər tərəfdən Rusiya ilə münasibətləri daha da möhkəmləndirmək arzusundadırlar.

Paşinyanı hakimiyyətdən salmaq üçün 4 çevrilişə cəhd olub. Hazırda Ermənistanla Rusiya arasında əlaqələr ən kəskin dönəmdədir. KTMT-dən çıxmaq, rəsmi Bakı ilə daha yüksək səviyyədə münasibət qurmaq istədiyi ilə bağlı xəbərlər yayılan Paşinyan əslində Qarabağın Azərbaycan torpağı olduğunu, Azərbaycanın ərazi bütövlüyünü tanıdığı söyləməklə Qarabağda Rusiya ilə Azərbaycanı qarşı-qarşıya qoydu.

Rusiya Paşinyanı yıxmaq üçün bir tərəfdən Azərbaycan üzərindən basqı qurur, digər tərəfdən Ermənistan müxalifətini hərəkətə keçirərək, Paşinyanı ya savaşa, ya da iqtidarı buraxıb qaçmağa məcbur etməyə çalışır.

Rusiyanın etməyə çalışdığı budur. Eynisini Zelenskiyə də qarşı etdi. Amma Zelenski proqnozlaşdırılanın əksinə olaraq, iki ilə yaxındır, Rusiyaya qarşı dirənir”.

Mərkəz rəhbərinin sözlərinə görə, Cənubi Qafqazda məsələ lokal, Ermənistan-Azərbaycan qarşıdurması kimi görünsə də, bu, Rusiyanın bölgədə qalması, sülhməramlıların vaxtının uzadılması baxımından Rusiyanın xeyrinədir. Bəlkə də Rusiya bölgədə qalmaq, Paşinyanı yıxmaq üçün qarşıdurmaya razılaşa bilər.

“Son 3 aydır, İran, Hindistan və Fransa Ermənistana silah göndərir, 11-12 sentyabrda da Rusiya əleyninə olduğu iddia edilən ABŞ-Ermənistan birgə hərbi təlimi keçiriləcək. Bu təlimdən dərhal sonra savaş çıxarsa, ABŞ gətirdiyi silahlarını, bu silahlardan istifadə edəcək insan gücünü bölgədə saxlayıb, Azərbaycana, dolayısı ilə Rusiya və İrana qarşı Ermənistanın əlini gücləndirər. Ümumiyyətlə, Ukrayna örnəyində olduğu, bu bölgədə də uzunmüddətli qarşıdurmanın olması ABŞ-ın işinə yarayır”, – Hasan Oktay deyib.

O qeyd edib ki, İran ABŞ-la düşmən olmasına baxmayaraq, Ermənistanın bu ölkə ilə birgə hərbi təliminə səs çıxarmır, bölgədə Ermənistanın tərəfində olduğunu sərgiləyir: “Rusiya Paşinyanın Qərb, ABŞ, hətta Türkiyə tərəfdarı olmasına görə onun hakimiyyətdən getməsi üçün qısamüddətli qarşıdurmanın olmasını istəyir. Fəqət ABŞ, Fransa, İran, hətta Hindistan bu qarşıdurmanın daha da böyüməsinin tərəfdarıdır.

Dünya nəhənginə çevrilmək iddiasında olan Hindistan Ermənistan üzərindən dünya siyasətinə çıxa bilmək üçün belə bir qarşıdurmanın olmasını istəyə bilər. Türkiyə bütün prosesləri diqqətlə izləyir”.

Hasan Oktay 44 günlük savaşda İsrailin Azərbaycana dəstəyini xatırladıb: “İran davamlı olaraq, İsrailin Azərbaycanda baza qurduğunu iddia edir. İran Ermənistanla baş verə biləcək müharibə zamanı İsrailə verildiyi iddia olunan bazaları bombalamaq arzusu ilə savaş olmasını istəyir. Xüsusilə Zəngilan hava limanına yaxın ərazidə hərbi texnika və canlı qüvvə yığır.

ABŞ yetkililərinin Prezident İlham Əliyevlə danışıq aparması, ABŞ-ın Ermənistanla birgə hərbi təlim keçirməsi, Rusiya xarici işlər idarəsinin və Kremlin sözçülərinin Ermənistanla bağlı açıqlamaları, Avropa İttifaqının təmasları fonunda Türkiyə bölgədə qarşıdurmadansa sülhün təmin olunmasına çalışır.

Azərbaycan və Türkiyə prezidentləri telefonda bölgədəki vəziyyəti müzakirə ediblər, Ərdoğan Paşinyanla da danışacaq. Telefon danışığında bu məsələlər müzakirə ediləcək.

Paşinyan hazırda həm Azərbaycan, həm Türkiyə, həm də barışın təmin olunması üçün önəmli fiqurdur. Bu siyasi fiqur Rusiyanın təsiri ilə iqtidardan uzaqlaşdırılsa, Ermənistana gələcək yeni liderin savaş tərəfdarı olması ehtimalı çox yüksəkdir. Bu da Rusiyanın uzun müddət qədər bölgədə qalmasını təmin edər”.

https://tns.az/gundem/28622-hasan-oktay-bu-olkeler-cenubi-qafqazda-muharibe-olmasini-isteyir/?fbclid=IwAR3O37ut2Z4XtLpntSi53RQW1tD7kKv1vt3vgn6nvzFIYuS1xBbVCbHR5s8

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir