KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Hasan Oktay: Bu faciəli qanlı tarix Sovet İttifaqının dağılmasına təkan verdi

Hasan Oktay: Bu faciəli qanlı tarix Sovet İttifaqının dağılmasına təkan verdi

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
24 0

““20 Yanvar” hadisələri Azərbaycan dövlətinin kimliyini və milli ruhunu alovlandırdı. Rəsulzadə Cümhuriyyətinin külündən yenidən doğulan Azərbaycan “20 Yanvar” hadisəsi ilə yenidən alovlandı. Bu faciəli qanlı tarix Sovet İttifaqının dağılmasına təkan verdi”.

Xalqımızın, milli mənsubiyyətimizin dirçəliş tarixi ilə bağlı Bizimyol.info xəbər portalına Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Hasan Oktay danışıb.

“Qanlı yanvar tarixi təkcə Azərbaycana müstəqilliyini qazandırmadı, eyni zamanda Sovet İttifaqının dağılması, digər respublikaların da müstəqilliyinə yol açdı.

Bu nümayişlər Azərbaycanın müstəqilliyi yolunda mühüm addım hesab edilirdi. Böyük Rus imperiyasının parçalanmasına ən böyük təkanın ardınca Ermənistana verdikləri tarixi dəstəyin davamı olaraq Xocalı qətliamı, Qarabağ müharibəsi, torpaqlarımızın işğalı, əsir, itkinlərimiz… indi yenə də ruslar Dağlıq Qarabağda Sülhməramlı adı altında yeni üsul sınamaq istəyirlər. Birinci Dağlıq Qarabağ müharibəsindən sonra Ermənistan üzərindən bölgəyə nəzarət etməyə çalışan Rusiya indi 44 günlük müharibədən sonra Dağlıq Qarabağda Sülhməramlı adı altında rus əsgərləri ilə bölgədəki mövcudluğunu saxlamaq istəyir. “20 Yanvar”da rus əsgərlərini Azərbaycan torpaqlarından çıxaran dinç əhalinin üsyanları bu günlərə də işıq salmalıdır. Birləşmiş Millətlər Təşkilatının Qarabağı Azərbaycanın ərazisi kimi tanıyan qərarı əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində rus əsgərlərinin bölgədən çıxarılmasını təmin etmək, “20 Yanvar” ruhunun yenidən oyandırılması şərtdir. Çünki əks halda bu ruh zədələnəcək və Azərbaycan dövləti əziyyət çəkəcək”,- deyən politoloq hesab edir ki, Azərbaycan Rusiya və İran diqtəsinə rəğmən nüfuzlu varlığını davam etdirmək üçün dövlətçilik və milliləşdirmə prossesini başa çatdırmalı, 20 Yanvar ruhu ilə yenidən Qarabağda “rus işğalı”na son qoymalıdır.

İradə Cəlil, Bizimyol.info

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir