KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Hasan Oktay: Bu, daha çox sülhməramlıların işinə yarayır

Hasan Oktay: Bu, daha çox sülhməramlıların işinə yarayır

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
303 0

44 gün davam edən müharibədən sonra 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyannamə Azərbaycanın gözləntilərini doğrultmadı. Elə bu səbəbdən də Ermənistanla Azərbaycan arasında elə həmin gündən mütəmadi olaraq tez-tez gərginliklər yaşanmaqdadır. Əslində iki ölkə arasındakı bu gərginliklər daha çox rusiyalı sülhməramlıların işinə yarayır. Çünki Rusiyanın sülhməramlıları bəyannaməyə əsasən cəmi beş il Qarabağda qalmalıdır. Amma görünən odur ki, atəşkəsin tez-tez pozulması mütəmadi olaraq baş verdikdə rusiyalı sülhməramlıların da burada qalması uzana bilər”.

Bunu Publika.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFQASSAM) rəhbəri Hasan Oktay deyib.

QAFSAM sədri bildirib ki, bu da istər-istəməz Qarabağın dağlıq hissəsində “status”un və adı hələlik məlum olmayan “statusun” davam etməsi anlamına gəlir:

“Söhbət sülhməramlılarla bağlı məsələdən gedir. Hazırda Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasındakı əlaqələrdə müəyyən gərginlik mövcuddur. Ona görə də Nikol Paşinyan daha “sakit” bir siyasətlə Qarabağ məsələsini Rusiya ilə Azərbaycan arasında problemə çevirmək istəyir. Ermənistanın baş naziri bu istiqamətdəki gedişlərini də ona uyğun gerçəkləşdirməyə cəhd göstərir. Məsələn, əslində Laçın dəhlizi ilə bağlı ötən həftələrdə baş verən proseslər Azərbaycanla Rusiya arasındakı mövcud gərginliklərlə əlaqədardır. Baş verən son proseslər də buna işarədir. Kreml bir tərəfdən Nikol Paşinyanı təzyiq altında saxlayır, digər tərəfdən, atəşkəsin pozulmasına rəvac verərək Azərbaycan üzərindən Ermənistanın baş nazirinin boynuna təhdid halqaları atmağa çalışır. Məhz bu məqam Brüsseldə baş tutacaq Əliyev-Paşinyan görüşündə əsas müzakirə mövzularından biri olacaq. Yəni, bu “yoldaşlar, süfrədə heç kimi gözləmirik” anlamına gəlir, masaya oturub bismillah – deyəcəyik”.

Tural Turan

https://publika.az/news/nida_tehlil/410440.html

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir