KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: Brüssel görüşü isbatladı ki, Avropa Rusiyaya alternativ ola bilər“

Hasan Oktay: Brüssel görüşü isbatladı ki, Avropa Rusiyaya alternativ ola bilər“

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
83 0

Brüssel görüşündə Azərbaycan və Ermənistan arasında Avropa İttifaqının (Aİ) vasitəçiliyini, Soçi görüşü ilə müqayisədə, Türkiyənin “Kafkas Stratejik Araştırmalar Merkezi”nin (KAFKASSAM) sədri Hasan Oktay daha müsbət hesab edir.

Yenisabah.az-a açıqlamasında o, Brüssel görüşünü nəticələr baxımından daha üstün sayır.

Hasan Oktayın sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşdən sonra Azərbaycanla bundan sonra daha sıx ünsiyyətdə olacaqlarını deməsi Brüssel görüşünün bəlkə də ən mühüm hissəsi olub:

“Aİ ikitərəfli danışıqlar imkanı yaradıb. Rusiya bunu təmin edə bilərmi? Yaxud təmin etmək istərmi? Rusiya tərəflər arasında nəzarətindən kənar ünsiyyətə üstünlük vermir.

Əslində, ikitərəfli danışıqlar Rusiyanın xeyrinə deyil. Rusiya Cənubi Qafqazda daimi qalmaq üçün münaqişələrə əsaslanan siyasət yürüdür. Ancaq indiki vəziyyətdə nə Azərbaycan, nə də Ermənistan münaqişənin, müharibənin tərəfdarıdır. Avropa da Cənubi Qafqazda Rusiyaya alternativ olmaq və sülh gətirdiyini bəyan etmək üçün tərəfləri barışdırmaq səyi göstərir”.

Hasan Oktay vurğulayıb ki, Rusiyanın masadan kənarda qalması Azərbaycan və Ermənistanın öz səylərindən də asılıdır:

“Tərəflər 9 noyabr müqaviləsinin müddəalarını ən qısa zamanda yerinə yetirməlidir. Buna görə də, Zəngəzur dəhlizinin açılışı ən qısa zamanda həyata keçirilməlidir. Çünki Rusiya dəhliz məsələsində prosesi uzatmağa çalışacaq.

Brüssel görüşündə əldə edilən ən konkret nəticə odur ki, tərəflər dəmiryolları ilə bağlı razılığa gəliblər, yalnız avtomobil yolları haqqındakı məsələ sonraya saxlanılıb. Bu nəticə göstərdi ki, Avropa İttifaqı Rusiyaya alternativ ola bilər. Çünki Soçi görüşündə konkret nəticə əldə olunmamışdı”.

Siyasi təhlilçi dəhlizlərdə gömrük postlarının yaradılması məsələsinə də aydınlıq gətiri:

“Gömrük məntəqələrinin Zəngəzur və Laçında yerləşdirilməsi həm qanun, həm də təhlükəsizlik baxımından önəmlidir. Gömrük məntəqələrinin Laçında yerləşdirilməsi Azərbaycanın bütün Qarabağ bölgəsində suverenliyinin və ərazi bütövlüyünün tam bərpası demək olacaq”.

Rafi MÜSLÜMOV
https://yenisabah.az/brussel-gorusu-isbatladi-ki-avropa-rusiyaya-alternativ-ola-biler

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.