KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: Brüssel görüşü AB və Amerikanın Rusiyaya qarşı açdığı yeni bir cəbhəyə çevirilə bilər”

Hasan Oktay: Brüssel görüşü AB və Amerikanın Rusiyaya qarşı açdığı yeni bir cəbhəyə çevirilə bilər”

Hasan Oktay Hasan Oktay - - 4 dk okuma süresi
424 0

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin” rəhbəri Hasan Oktay Moderator.az saytının suallarını cavablandırıb.

– Hasan bəy, necə düşünürsünüz, Soçi görüşü sizcə Rusiya tərəfindən hansı istiqamətdə atılan bir addım oldu?

– Deyərdim ki, Soçi görüşü Cənubi Qafqaza nəzarəti əldən verməmək üçün 10 Dekabrda planlaşdırılan liderlərin Brüssel görüşünə alternativ olaraq atılan bir addım idi. Bununla da Rusiya bütün dünyaya bölgənin söz sahibi mənəm mesajını verməyə çalışdı. Həmçinin Soçi görüşündə bölgədəki nəqliyyat xəttlərinin bərpası ilə bağlı danışıqlar aparıldı. Ehtimal ki, bu məsələdə Sovet dövründə olan nəqliyyat yollarının bərpası nəzərdə tutulur. Halbuki Azərbaycan və Türkiyə liderləri Zəngəzur dəhlizinin açılmasında maraqlıdırlar və həmişə çıxışlarında da bunu qeyd edirlər.

– Liderlərin Brüssel görüşündən nə kimi gözləntiləriniz var və sizcə bu, bölgədəki ölkələr üçün nə dərəcədə faydalı ola bilər?

– Brüssel görüşü Avropa Birliyi və Amerikanın Rusiyaya qarşı açdığı yeni bir cəbhəyə çevirilə bilər. Çünki Belarus, Ukrayna və hətta Gürcüstanda baş verənləri göz önünə gətirsək görərik ki, Ermənistanı yeni bir münaqişə ocağına çevirməklə sanki yeni bir strateji plan hazırlanır. Düşünürəmki Türkiyənin irəli sürdüyü 3+3 formatı bölgədə zamanla effekt verməyəcək. Artıq Türkiyə özü də bunu anlayır. Çünkü bölgədəki dövlətlərin maraqları bir birinə qarşı duraraq , problemi həll olunmaz bir hala gətirə bilər.

– Bəs Sizcə, Azərbaycan və Türkiyə üçün bölgədə ən faydalı və effektli qurula biləcək strateji plan hansıdır?

– Məncə bölgədəki problemin yeganə və ən effektli həlli Türkiyə ,Azərbaycan və Ermənistan arasında üçlü görüşmələrin aparılması və üçtərəfli sərhədlərin açılması yəni bütövlükdə Ermənistanın dəhlizə çevirilməsidir. Bu mümkün olacağı təqdirdə Zəngəzur dəhlizi öz əhəmiyyətini itirəcək və bunun fonunda Rusiyanın bölgədəki diktə etmək niyyəti də sıradan çıxmış olacaq.
Soçi görüşündə gözdən qaçan bəzi məqamlar oldu. Bu məqamlar ondan ibarətdir ki, Putin Qarabağdakı Rusiya sülhməramlılarının işini dəfələrlə vurğuladı və görünən odur ki, Rusiya Sülhməramlılarının Qarabağdan çıxmaq fikirləri yoxdur. Digər bir həssas məsələyə də diqqətinizi çəkmək istərdim. Son vaxtlarda Azərbaycan və Ermənistan sərhəddində gərginliyin yaranması onu göstərir ki, Rusiya məhz Ermənistanın sərhəd bölgələrinə də Rusiyalı əsgərlərin nəzarət etməsini istəyir. Çünki Zəngəzur dəhlizi sıradan çıxacağı təqdirdə yenə də məhz Ermənistan vasitəsilə masada söz sahibi olmaq və cənubi Qafqazda hakimiyyəti tamamən ələ keçirmək istəyir. Bununla da, Rusiya Ermənistana və Paşinyan hakimiyyətinə müstəqil qərarlar almağa heç bir imkan tanımaq istəmir. Halbuki Ermənistan siyasi rəhbərliyi və Paşinyan yaxşı anlayır ki, onların yaranmış vəziyyətdən yeganə çıxış yolu Türkiyə və Azərbaycanla birbaşa danışıqlara başlamaqdır və bunun üçün də Paşinyan Qərb kartından istifadə etməyə çalışacaq.

Leyla Şah
https://moderator.az/read/403338

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir