KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: Bölgədə sülhün olmasını istəməyən Ermənistan deyil, Rusiyadır

Hasan Oktay: Bölgədə sülhün olmasını istəməyən Ermənistan deyil, Rusiyadır

Hasan Oktay Hasan Oktay - - 4 dk okuma süresi
303 0

”Bölgədə sülhün olmasını istəməyən Ermənistan deyil, Rusiyadır” – Hasan Oktay
”Bölgədə sülhün olmasını istəməyən Ermənistan deyil, Rusiyadır” – Hasan Oktay

Siyasət
25 İyul 2022 17:50 2896
“İlk növbədə, Armen Qriqoryanın bu açıqlamanı hansı hadisədən sonra verməsinə diqqət yetirmək lazımdır”.

Bu sözləri türkiyəli mütəxəssis, Türkiyədəki Qafqaz Strateji Araştırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay deyib.

O, son günlər erməni və Azərbaycan mətbuatında böyük ajiotaja səbəb olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sonuncu açıqlamasına münasibət bildirib:

“Qriqoryan bunu Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin ilk altı ayının yekunlarına həsr olunmuş iclasından sonra bəyan edib. İlham Əliyev çıxışında Rusiyanın yüksək rütbəli hərbçisinin Bakıya gəldiyini və iyunun ortalarına qədər erməni terror qruplarının bölgədən çıxarılacağına söz verdiyini, lakin hələ də erməni qüvvələrinin bölgədən çıxarılmadığını bildirib. Yenə də İlham Əliyev bu çıxışında bəyanat verdi ki, erməni terror qruplaşmalarının bölgədən çıxarılması istənilmirsə, bizə açıq desinlər və biz də buna uyğun hərəkət edəcəyik. İlham Əliyevin bu açıqlamasını diqqətlə araşdırdıqda, mesajın Ermənistan hakimiyyətinə deyil, Rusiyaya verildiyini asanlıqla görmək olar. Yəni Azərbaycan hökuməti erməni terror qruplaşmalarının bölgədən çıxarılmamasının səbəbini Rusiyada görür”.

H. Oktay əlavə edib:

“İlham Əliyevin bu bəyanatı, məncə, son dərəcə dəqiq idi. Çünki 2020-ci il noyabrın 10-da imzalanan atəşkəs razılaşmasında Rusiya sülhməramlı qüvvələri erməni terror qruplaşmalarının bölgədən çıxarılması vəzifəsini öz üzərinə götürüb. Yaxşı, 10 noyabr müqaviləsinin tərəflərindən biri olan Rusiya niyə öz öhdəliklərini yerinə yetirmək istəmir?! Bu suala sağlam cavab vermək üçün Ermənistanla Türkiyə arasında normallaşma prosesinə baxmaq lazımdır. Türkiyə ilə Ermənistan arasında münasibətlər normallaşmaq üzrədir. Sərhədlərin açılması ilə iki ölkə arasında münasibətlər hədsiz dərəcədə inkişaf edəcək. Bununla Türkiyənin Cənubi Qafqazda mövqeyi daha da güclənəcək. Yəni Türkiyə Cənubi Qafqaz masasında layiq olduğu yeri tutmaq üzrədir. Rusiya bundan xəbərdardır, ona görə də erməni terror qruplaşmalarını bölgədə saxlamaqla Qarabağ bölgəsinin münaqişə zonası kimi qalmasını istəyir. Ona görə də sülhə razı olmayan Ermənistan tərəfi deyil, Rusiyadır”.

Onu sözlərinə görə, Qriqoryanın məlum bəyanatı, əsasən, erməni ictimaiyyətinin reaksiyasından yayınmaq məqsədi daşıyır:

“Məlum olduğu kimi, Ermənistandakı Rusiyayönlü müxalifət həm Azərbaycan, həm də Türkiyə ilə sülh prosesinə qarşıdır. Bu müxalif qüvvələr ölkədə fəal olduğu üçün Paşinyan administrasiyası müstəqil siyasət apara bilmir. Odur ki, Qriqoryanın açıqlamasının bu hissəsi erməni müxalifət qruplarının ictimaiyyəti təxribata çəkməklə bağlı narahatlığına hesablanmış izahatdır.

Nəhayət, İkinci Qarabağ müharibəsindən əvvəl Paşinyan iqtidarı Qarabağ məsələsini onlar üçün bir yük hesab edirdi. Odur ki, hazırda baş verən hadisələr Paşinyan və komandasının Qarabağdan qurtulmaq üçün üstüörtülü cəhdi və Rusiyanın bölgədə qalmaq üçün erməni terror qrupları vasitəsilə gərginliyi artırmağa çalışması kimi dəyərləndirilməlidir”.

Rafi MÜSLÜMOV
https://yenisabah.az/bolgede-sulhun-olmasini-istemeyen-ermenistan-deyil-rusiyadir

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir