KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Hasan Oktay: Bölgədə problemin həllinə mane olan ən mühüm beynəlxalq aktor Rusiyadır”

Hasan Oktay: Bölgədə problemin həllinə mane olan ən mühüm beynəlxalq aktor Rusiyadır”

Hasan Oktay Hasan Oktay - - 4 dk okuma süresi
250 0

Bəzi ölkələrin Azərbaycana qarşı səsləndirdiyi ittihamlar obyektivlikdən uzaq və qərəzlidir”. Bu sözləri Türkiyənin müdafiə naziri Hulusi Akar bəyan edib.

O qeyd edib ki, 30 ilə yaxındır davam edən Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq təşkilatların səsi bugünə qədər çıxmayıb.

“Həmişə olduğu kimi, Azərbaycan – Ermənistan məsələsində də obyektivlikdən uzaq və qərəzli bəyanatlar verilir. Ancaq 30 ilə yaxındır davam edən Qarabağ probleminin həlli ilə bağlı vasitəçi missiya ilə çıxış edən ölkələrin, beynəlxalq təşkilatların səsini eşitməmişdik. Bu səbəbdən yalnız indi fikirlərini bildirənlərdən soruşuruq ki, indiyə qədər ağlınız harada idi?”– deyə nazir vurğulayıb.

Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Hasan Oktay bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında müharibə 2020-ci il noyabrın 10-da atəşkəs sazişi ilə dayandı.

Azərbaycan müqavilədən irəli gələn bütün öhdəlikləri yerinə yetirdi. Amma bu müqavilə ilə regionda yerləşdirilmiş Rusiya sülhməramlılarının öz öhdəliklərinə zidd fəaliyyətləri və Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin Azərbaycana qarşı hərəkətləri beynəlxalq aktorlar tərəfindən istifadə olunur.

Onun sözlərinə görə, Rusiya bölgədə qalmaq üçün Ruben Vardanyanı bölgəyə gətirdi. Xankəndində Azərbaycana qarşı etiraz aksiyalarının təşkil edilməsi də Rusiya ilə razılaşdırılaraq həyata keçirilir.

Fransa isə Azərbaycan təklif etdiyi şərtlər çərçivəsində sülh müqaviləsinə müdaxilə etmək istəyir. Bu, regionda sabitliyi pozan vəziyyətdir.

Oktay qeyd edir ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları iki fərqli platforma çərçivəsində aparılır.

– Rusiya-Azərbaycan-Ermənistan platforması;

– Avropa İttifaqı-Azərbaycan-Ermənistan platforması.

Tərəflər Avropa Birliyinin vasitəçiliyi ilə aparılan sülh danışıqlarında irəliləyiş əldə edərkən, Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlar prosesində tərəflər arasında qızğın qarşıdurmaların yaşandığı müşahidə edilir. Bu səbəbdən problemin həllinə mane olan ən mühüm beynəlxalq aktor Rusiyadır.

“Rusiya-Ukrayna müharibəsi ilə Rusiyanın beynəlxalq sistemdən təcrid olunması, digər tərəfdən Azərbaycanın Aİ ilə iki enerji sazişi imzalaması Azərbaycanın beynəlxalq aktor kimi dünyadkı nüfuzunu əvvəlkindən daha çox artırıb. Qərb dövlətləri də Rusiyanın Cənubi Qafqazdakı təsirini qırmaq üçün həmişəkindən daha fəaldırlar. Bilirlər ki, ilk həll olunacaq problem Qarabağ münaqişəsidir. Bu səbəbdən də Qərb qanadı Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasının tərəfdarıdır. Çünki Qərblə sülh müqaviləsi Rusiyanın bölgədəki təsirini tamamilə azaldacaq. Bu səbəbdən Azərbaycan Avropanın enerji təhlükəsizliyində oynadığı rolu dəyərləndirməli və Ermənistanı öz şərtləri əsasında sülh müqaviləsi bağlamağa inandırmalıdır”-deyə Hasan Oktay əlavə edib.

İradə Cəlil, Bizimyol.info
https://www.bizimyol.info/az/news/435873.html

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir