KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: “Bir həftə ərzində bölgədə ciddi qarışıqlıq yarana bilər”

Hasan Oktay: “Bir həftə ərzində bölgədə ciddi qarışıqlıq yarana bilər”

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
255 0

“10 noyabr sülh sazişindən sonra Dağlıq Qarabağla bağlı qeyri-müəyyənlik istər-istəməz gərginlik yaradır. Fransa və Rusiya regiona status verməyə çalışarkən, Ermənistan dağlıq Qarabağın ölkə iqtisadiyyatına vurduğu ziyanı nəzərə alaraq, mümkün qədər bu bölgədən qurtulmağa çalışır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında türkiyəli politoloq Hasan Oktay deyib.

Politoloq qeyd edib ki, Azərbaycan Ermənistanın bu durumunu nəzərə alaraq yaxın günlərdə daha da artacak qeyri-hökumət təşkilatlarının hərəkətləri ilə Dağlıq Qarabağ bölgəsində az qala embarqonu almış durumdadır:

“Bir həftə ərzində bölgədə ciddi qarışıqlıq yarana bilər, çünki Putin, Əliyev ilə görüşündə məsələnin həssaslığını dilə gətirmişdi. Hazırda rus əsgərləri mülki əhali ilə hər hansı isti təmasa girmək istəmir. Amma sabah hər hansı bir vəziyyətdə əsgərlərlə Azərbaycan mülki şəxsləri üz-üzə gələ bilər. Bu da Rusiyanın sülhməramlı qüvvələrinin sayının azaldılmasına və dolayısıyla Dağlıq Qarabağdakı hərbi effektivliyini daha da gücləndirəcək. 10 noyabr razılaşmasında Rusiyanın hərbi sülhməramlı qüvvələrinin bölgədə 5 il qalacağı bildirilmişdi. Bəlkə bu hadisələr bir az daha artarsa, hərbçilərlə isti təmas yaranarsa, Rusiyanın bölgədə qalma müddətini uzada biləcəyi nəzərdə tutulurdu. Yəni, bölgədə daha 1-10 il qalması uzadıla bilərdi. Rusiyanın Ukrayna böhranında üzləşdiyi problemlər nəzərə alındığında bölgə tamamilə Azərbaycanın kontroluna girə bilir. Ancaq Rusiya Dağlıq Qarabağdakı kontrolunun buraxmamaq üçün hazırda beynəlxalq hüququ Fransa ilə işə salaraq regionda de-fakto idarəçilik istəyini gündəmə gətirir. Azərbaycanın bir tərəfdən İranla münasibətləri gərgin olduğu halda, digər tərəfdən Rusiya ilə belə bir prosesə girərsə, hər iki problem sülh yolu ilə həll olunduğu təqdirdə, daha mühüm hadisələrlə üz-üzə qala bilər. Bu iki problemdə Azərbaycan gözlənilən nəticəni əldə edə bilməsə, yaxın günlərdə Dağlıq Qarabağla bağlı hüquqi anlamda daha böyük risklərlə üz-üzə qala bilər. Xüsusilə, bölgədə bioloji çirklənmə, su və qızıl ehtiyatlarından qeyri-mütənasib formada istifadə edilməsi halalrı vardır. Rusiya qeyri-mütənasib güc tətbiq etməklə mülki azərbaycanlılara qarşı müdaxilə edərsə, regionda gözlənilməz hadisələr baş verə bilər. Türkiyənin son bir neçə gündə generallarından birini Azərbaycana məsləhətçi göndərməsi regionda balansı Azərbaycanın xeyrinə dəyişə bilər”.

Aynurə Penahgızı
Demokrat.az

https://demokrat.az/az/news/133139/bir-hefte-erzinde-bolgede-ciddi-qarisiqliq-yarana-biler-turkiyeli-politoloq

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir