KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: Baydenlə görüş Türkiyə üçün son dərəcə önəmli və kritik olacaq

Hasan Oktay: Baydenlə görüş Türkiyə üçün son dərəcə önəmli və kritik olacaq

Hasan Oktay Hasan Oktay - - 3 dk okuma süresi
328 0

“Nyu-Yorkda baş tutacaq BMT Baş Assambleyasının 77-ci sessiyası və Özbəkistanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının toplantılarına qatılacaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan diqqətləri üzərinə çəkməkdədir. Çünki Türkiyənin ABŞ və Qərb ölkələri ilə əlaqələrində zaman-zaman sıxıntıların yaşanması Türkiyənin istiqamətini Qərbdən çevirib Şanxay Əməkdaşlıq Təşkilatına daxil olacağı barədə fikirlərin səslənməsi istər-istəməz bu iki toplantını daha önəmli etməkdədir”.

Bu fikirləri “OLAYLAR”-a Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFQASSAM) rəhbəri Hasan Oktay səsləndirib. O bildirib ki, Rəcəb Tayyib Ərdoğan Özbəkistanda baş tutacaq Şanxay Əməkdaşlıq Təşkilatının toplantısına qatıldıqdan sonra da BMT Baş Assambleyasının 77-ci sessiyasına qatılacaq: “Bu arada Ərdoğanın sentyabrın 19-da da İngiltərədə Kraliçanın dəfn mərasimində də iştirak edəcəyi bildirilir. Bu 3 toplantı ilə bağlı dəyərləndirmə aparsaq, belə deyə bilərik ki, qeyd edilən toplantı və səfərlər Rəcəb Tayyib Ərdoğan üçün yorucu və olduqca önəmli olacaq”.

QAFQASSAM rəhbərinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin ilə görüşlə bərabər, Birləşmiş Ştatlara səfər edərkən Amerika prezidenti Baydenlə görüş də Türkiyə üçün son dərəcə önəmli və kritik olacaq: “Ərdoğanın bu toplantılarda çəkdirdikləri rəsimlər ilə onun dəstəkçiləri sosial media başda olmaq üzərə büyük bir təbliğata girişəcəklər. Müxalifət isə bu 2 toplantı və İngiltərə kraliçasının dəfn mərasiminə qatılacağı təqdirdə, sözügedən hadisədən çıxış edərək Ərdoğana qarşı kampaniya həyata keçirəcəklər”.

Hasan Oktay deyib ki, Rəcəb Tayyib Ərdoğan hər nə qədər bu 3 toplantıda iştirak edəcəksə, ağlı, ruhu Türkiyədə, seçim hazırlıqlarında olacaq: “Putin və Bayden ilə görüşən bir lider portreti ilə xalqın qarşısına çıxmaq Ərdoğana böyük üstünlük gətirəcək. Bir sözlə Rəcəb Tayyib Ərdoğan bu toplantıları uğurla başa vurub ölkəsinə dönəcək”.

https://olaylar.az/news/dunya/470802

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir