KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Hasan Oktay: “Azərbaycan səfirliyinə hücum İran və Türkiyə arasında yaranan gərginliyin nəticəsi kimi dəyərləndirilə bilər”

Hasan Oktay: “Azərbaycan səfirliyinə hücum İran və Türkiyə arasında yaranan gərginliyin nəticəsi kimi dəyərləndirilə bilər”

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
313 0

Londonda Azərbaycan səfirliyinə hücumun edilməsiylə bütün dünya ictimaiyyətinə ciddi mesaj verildi”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay deyib.
Ətraflı

Politoloqun sözlərinə görə, bunu İran və Türkiyə arasında yaşanan gərginliyin nəticəsi kimi də qiymətləndirmək lazımdır:

“Bu hadisə təxminən 20 gün bundan əvvəl Tehranda baş tutan Ərdoğan və Putin sammitindən sonra İran və Türkiyə arasında yaranan gərginliyin nəticəsi kimi dəyərləndirilə bilər. Bilirik ki, Türkiyə Azərbaycana ən yüksək məqamda dəstəkləyir. Bundan başqa, İsrail-Azərbaycan münasibətlərindəki isti proseslər də istər-istəməz İranın diqqətini çəkir. İran indiki məqamda nə Türkiyəyə, nə də Azərbaycana qarşı birbaşa mövqe tuta bilmədiyi üçün mesajlarını belə ifrat radikal təşkilatlar vasitəsilə verir. Ötən həftələrdə avtobus dayanacağında Türkiyəyə qarşı gerçəkləşən olaylar kimi, indi də İranın nəzarətində olan radikal qruplar Türkiyə və Azərbaycana qarşı bu və buna bənzər tədbirləri həyata keçirir”.

Aynurə Pənahqızı
Demokrat.az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir