KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Hasan Oktay: Azərbaycanda keçirilən bu hərbi parad dosta güvən, düşmənə qorxu verəcək”

Hasan Oktay: Azərbaycanda keçirilən bu hərbi parad dosta güvən, düşmənə qorxu verəcək”

Hasan Oktay Hasan Oktay - - 23 dk okuma süresi
264 0

Qəhrəman müzəffər ordumuz dekabrın 10-da keçiriləcək böyük Qələbə Paradına hazırlaşır. Bu tarixi hadisə müstəqilliyimizin simvoluna çevrilmiş Azadlıq Meydanında baş verəcək. Həmin gün Azadlıq Meydanı Qələbə meydanına çevriləcək. Bütün Azərbaycanın gözü, ruhu meydanda olacaq. Dünyanın nəzərləri Azərbaycana zillənəcək. Azərbaycan Qalib əsgərinin ayaq səsləri ilə titrədəcək meydanı. Əsgərimizin əzəmətli yürüşü düşmənləri lərzəyə salacaq, dostları sevindirəcək.

Xəbər verildiyi kimi, Paradda üç mindən artıq şəxsi heyət iştirak edəcək. 150-yə yaxın hərbi texnika və Vətən Müharibəsi zamanı ələ keçirilən hərbi qənimətlər nümayiş olunacaq. Azərbaycan xalqı, dövləti bu hərbi paradda öz ordusunun gücünü, əzəmətini yaxından izləmək şansı qazanacaq. Bu Qələbə gününə görə sağ ol Azərbaycan əsgəri!..

Pandemiya şəraitində keçirilən Paradda vətəndaşların iştirakının necə tənzimlənəcəyi də maraqla izlənir. Hələlik hərbi paradda insanların iştirakına hansı şərtlər daxilində icazə veriləcək sualı da müzakirə edilir. İnsanlarımız yaşadığı bu əzəmətli tarixin iştirakçısı olmaq istəyirlər. Pandemiya şəraitində mövcud şərtlər daxilində nə dərəcə də mümkündür? Eyni zamanda, Hərbi Paradın region və dünya ölkələrinə, dost və düşmənə hansı mesajlarını verəcəyi də birmənalı qarşılanmır.

Versus.Az Hərbi PARAD və ya digər məsələlərlə bağlı ekspert və siyasilərin rəyini öyrənməklə bu tarixi hadisənin mahiyyətini araşdırdı…

“Başı ucadır Azərbaycan xalqının, Azərbaycan rəhbəri fatehdir”

Milli Məclisin komitə sədri Fəzail İbrahimli bildirib ki, sabahkı Parad Azərbaycan xalqının tarixi taleyində ən şərəfli, ən yadda qalan bir zəfər paradı, qalibiyyət paradı, millətin ruhunun özünə qayıtmasıdır. Bu parad tarixin boynumuza yüklədiyi ağır yükün üstümüzdən atılması günüdür, millətin qürurla yaşaması, xalqın özünə qayıtması tarixidir.

Millət vəkili hesab edir ki, bu gün dünyada gedən proseslər müstəvisində Azərbaycanın qələbəsini daha yüksək səviyyədə qiymətləndirmək olar.

O, hesab edir ki, dünyada hüquq gücün yedəyində gedir, kim güclüdür, o haqlıdır:

“Dünyanın ən mötəbər təşkilatı olan BMT-nin Azərbaycanla bağlı məlum qərarları 28 ildir kağız üzərində qalmışdı. Dünyanın böyük təşkilatları Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, işğal faktını təsdiqləyir, amma işğalçını öz adı ilə çağırmır. Nəticədə arxasında güc hiss edən işğalçı dövlət, Azərbaycana qarşı müharibəyə başlayır. Yeni torpaqlar işğal etmək və əldə etdikləri uğurları daha da möhkəmləndirmək niyyətini güdür. Belə bir vəziyyətdə Azərbaycan torpaqlarının müdafiəsinə qalxır və qələbə çalır. Bu sadə qələbə deyil. Azərbaycanın öz haqqını almağın qələbəsidir, dünya erməniçiliyi üzərindəki qələbəsidir. Bu, Azərbaycançılıq ideologiyasının, erməniçilik ideologiyasi üzərində qələbəsidir. Biz əti sümükdən ayırıb qələbə çalmışdıq. 200 ildən artıq xristian ağuşuna sığışıan, çar Rusiyası dövründən Qafqazdakı siyasəti reallaşdıran və forposta çevrilən bir dövləti, böyük dövlətin ağuşundan kənara çəkib ona qələbə çalmaq, adi qələbə deyildi. Bu, böyük siyasi qələbə, diplomatik qələbə, mənəvi qələbə idi”.

Az qala 30 ildir ATƏT-in Minsk qrupunun nə deyəcəyini gözlədiyimiz üçün onun “ağzına baxdığımızı” deyən millət vəkili qeyd edib ki, hadisələrin gedişində qrupda olan Fransanın da nə oyunlar oynadığı üzə çıxdı:

“Təbii ki, onların məqsədini anlasaq da, üzərinə gedə bilmirdik. Lakin dövlət başçımızın dediyi kimi, nəyin nə zaman lazım olduğunu düzgün təhlil edərək parlaq qələbə çaldıq. Qalib ittiham olunmur, qalib müzakirə olunmur. Ona görə də xalqımıza qarşı təkcə 20-ci əsr ərzində zülmlər – 1905-07-ci ildə ermənilərin bizə etdiyi zülm, 1918-ci ilin mart soyqırımı, komunist rejimində apardıqları siyasət, Azərbaycana ögey münasibət, 20 yanvar faciəsi, xocalı faciəsi 1 əsr davam etdi. 1 əsr davam edən zülmü 44 gündə aradan qaldıra bildik. Başı ucadır Azərbaycan xalqının, Azərbaycan rəhbəri fatehdir. O, bütün rəhbərlərin sırasında dayanıb deyə bilər: baxın, baxın, diqqətlə baxın! Siz bizim ünvanımıza qanla tarix yazdınız! Biz isə qələbə çaldıq!. Sizin bizə yazdığınız bu tarixi gələcək nəsillər oxuduqda, bizə açdığınız bu qanlı səhifələri görüb, bir ağızdan deyəcəklər – tfu sizin üzünüzə!..”

F.İbrahimli eyni zamanda Paradla bağlı pandemiyanı narahatlıq doğuran məqam kimi önə çəkməyi lüzumsuz sayıb:

“Pandemiya vaxtı bütün tələblər yerinə yetirilir, məsafə gözlənilir, maska vurulur və tələb olunanların icrası şəraitində tədbirlər keçirilcək. Dövlət nə etdiyini bilir. Cənab Prezident nəyi, necə etmək lazım olduğunu bilir..”

“Bu Parad Nuru Paşanın Bakıya girişi kimi qəbul olunur”

Türkiyəli politoloq Hasan Oktay bildirib ki, Azərbaycanda keçirilən Hərbi parad dosta güvən, düşmənə qorxu verəcək.

Onun sözlərinə görə, Azərbaycan Ordusu yaxın zamanlarda böyük bir hərbi dastanın qəhrəmanı olaraq bu hərbi paraddan keçməyin qürurunu artıqlaması ilə haqq edib:

“Həmin gün bütün dost və düşmənlərimizin gözü Azərbaycan əsgərinin üzərində olacaq. Orada əsgərlərimizin, generallarımızın duruşu çox önəmlidir. Buradan əldə olunacaq o görüntülər bütün Türk Dünyasına böyük bir qürur verəcək”.

H.Oktay bildirib ki, Parad ərəfəsində Tayyip Ərdoğan da Bakıda olacaq. Bu, istər-istəməz bölgənin əhvalını dəyişdirəcək:

“Çünki Azərbaycan 10 dekabrdan sonra sanki savaşı uduzan tərəf kimi müzakirəyə çıxarılaraq dünyaya təqdim olunur. Dünən Lavrov Moskvada Ermənistanın xarici işləri naziri ilə keçirmiş olduğu görüşdə bir sıra diqqətçəkici cümlələr işlədib. Ola bilər ki, Lavrov bu sözləri Bakıda keçiriləcək paradı kölgələmək üçün istifadə etdi. Amma Türkiyə Böyük Millət Məclisinin Azərbaycana əsgər göndərmə qərarı ən qısa zamanada həyata keçiriləcək. Bu durum başda Rusiya olmaq üzrə bir çox dünya dövlətlərini narahat edir. Tarixdən referanslar verilir və Nuru Paşanın əsgərləri kimi, Türkiyə Böyük Millət Məclisinin Bakıya əsgər göndərdiyi ifadə edilir”.

N.Oktay hesab edir ki, Azərbaycanın Dağlıq Qarabağın xaricində 5+2 rayonunu işğaldan qurtarması istər-istəməz bölgədə dəngələri dəyişdirəcəyi kimi, nəzərləri də Azərbaycanın üzərinə çəkəcəkdir. Onun fikrincə, Laçından Ermənistanla Qarabağı bağlayan koridorun gündəmə gəlməsi Qarabağla bağlı gələcək günlərdə ciddi müzakirələri yenidən qızışdıracaq:

“Lavrovun verdiyi açıqlamada Laçın koridorundan danışarkən Naxçıvan koridorundan heç bəhs etmədi. 10 noyabr atəşkəs anlaşmasında olan maddələrin xaricində bir çox şübhə doğuran açıqlamaların olması istər-istəməz bölgədə Türkiyə ilə Azərbaycanı ayıqlıq halına gətirdi. Ona görə də, bax bu gün bu Parad həm Azərbaycan, həm də beynəlxalq aləm tərəfindən Nuri Paşanın Bakıya girişi kimi qəbul olunur”.

Politoloq bildirib ki, Rusiya bölgədə əsgəri varlığını davam etdirə bilmək üçün Qarabağı mövcud halı ilə saxlamaq üçün çalışacaq.

Onun firkincə, Türkiyə və Azərbaycan Rusiyanın sülhməramlı qüvvələrinin atəşkəs anlaşmasında qeyd edildiyi kimi ən çox 5 il qaldıqdan sonra, qəti şəkildə Qarabağı tərk etməsini dəqiq və net şəkildə qoymalı, tələb etməlidir.

“Paradın əhəmiyyətinin yanında virus çox zəif görünür”

Hərbi ekspert Şair Ramaldanov bildirib ki, bu parad Azərbaycanın tarixində ən əhəmiyyətli səhifə, ən parlaq nümunədir:

“Bizim xalq bu qələbə paradını uzun illərdir gözləyirdi. Bu, bizim torpaqların azadlığı, ərazi bütövlüyünün bərpasının paradıdır. İllərdir öz evindən-eşiyindən didərgin salınan, köçkün düşən minlərlə azərbaycanlı bu günü özünün düşüncələrində, xəyallarında canlandırırdı. Bu, minlərlə insanın öz ata-baba yurduna qayıdışının, arzularının, xəyallarının gerçəkləşməsidir. Bizi parada gətirən Vətən Müharibəsi, xalqımızın böyüklüyünü, qürurunu qaytardı. Digər ölkələr, dövlətlər içərisində öz torpaqlarını işğaldan azad edə bilən bir xalq, dövlət kimi dünyaya tanındıq, dövlətimizin nüfuzu daha da çoxaldı. Bu amilləri sadalamaqla qurtarmaq olmur. Vətən Muharibəsi hələ çox tədqiq olunacaq, haqqında çox ədəbiyyatlar yacılacaq, hərb elminin inkişafında özünəməxsus yer tutacaqdır. Bu parad qələbəyə gedən yolun nəticəsidir. Bu qələbə paradı əsgərlərimizə, şəhidlərimizə, qazilərimizə hörmət rəmzi daşıyır. Digər tərəfdən ordumuzun gücünü göstərir. Əgər bundan sonra kimsə torpağımıza göz dikərsə, məhz bu güclər, bu igidlərlə qarşılaşacaq. Hansı ki, torpağını canı, qanı bahasına azad etdi. Azərbaycan himnində yazılan sözlərdə olduğu kimi: “Səndən ötrü qan tökməyə, səndən ötrü can verməyə cümlə hazır olub, o himnlə böyüyən, vətənpərvərlik ruhi ilə formalaşan Azərbaycan əsgəri torpaqları azad etdi”.

Ş.Ramaldanov silahlı qüvvələrin 100 illiyi ilə bağlı keçirilən hərbi paradda Azərbaycan Respublikası silahlı qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin dediyi sözləri xatırladıb:

“Ali Baş Komandan demişdi ki, Azərbaycan Ordusu öz torpaqlarını Azad etməyə qadirdir, biz güclü ordu yaratmışıq, məhz bu ordu Azərbaycan torpaqlarını azad edəcək, qələbə çalacaq və biz Qələbə Paradını Azadlıq meydanında keçirəcəyik, Qələbə bayrağını meydana gətirəcəyik. Bu baş verdi. Ali Baş Komandanın sərkərdəliyi altında Azərbaycan silahlı qüvvələri torpaqları qısa zamanda azad etdi. Bütün şəhidlərimiz, qazilərimiz, əsgərlərimiz hamısı bizim üçün əzizdir. Bu müharibə onu göstərdi ki, gənclər vətən uğrunda hər şeyə hazırdırlar. Biz bunu anaların dilindən eşitdik. İnsanların bir söz vardı: ancaq irəli və hər bir şey vətən üçün. Cəmiyyətimiz bu mühribədə daha da möhkəm formalaşdı. Biz 30 il düşmənlə müdafiədə onalrı diz çökdürdük.”

Ş.Ramaldanov bildirib ki, pandemiyanın artdığı və yoluxmaların çox olduğu bir vaxtla müharibədə vəziyyətin necə olacağı, hansı əngəllərin yaranacağı ilə bağlı narahat fikirlər səslənsə də, ordumuz bu prosesi də uğurla adlaya bildi. Ekspert bildirib ki, Vətən Müharibəsini qələbə ilə adlayan Azərbaycan, pandemiya şəraitində öz qələbəsini qeyd etməyi biləcək:

“Bizim ordu göstərdi ki, məhz pandemiya dövründə qələba qazandı və orduda elə bir hallar olmadı ki, döyüşlərə mane olsun. Düşünürəm ki, parada hazırlıq zamanı Müdafiə Nazirliyinin müfaviq orqanaları pandemiyanın yayılmaması üçün, maksimum dizenfeksiya, qoruyucu işlər aparıb şəxsi heyəti parada gətirdi. Bir gün parad keçirilir. Paradın əhəmiyyətinin yanında virus çox zəif görünür. Bu paradda da yoluxmanın qarşısını almaq üçün bütün ehtiyat tədbiləri görüləcək. Necə qələbə qazanmışıq, o uğurla da paradı keçirəcəyik”.

“Parad dosta, xalqa güvən, düşmənə isə ” mən bu gücümlə sənin qarşındayam” mesajıdır”

Hərbi ekspert Ruslan İmamquliyev bildirib ki, əgər Azərbaycan əsgəri vandal düşmənlə müharibədə belə bir qələbəni təmin edibsə, görünməyən pandemiya təhlükəsini də xalqla birgə sayıqlıqa adlaya biləcək. Erkspert hesab edir ki, insanlarımız müharibədə cəbhədəki hadisələri necə canlı olaraq televiziyalardan izləyə bilirdilərsə, paradı da canlı olaraq izləmək imkanı qazana biləcəklər. Televiziyalar, mətbuat Azərbaycan vətəndaşlarına o qələbə sevincini bir daha Azadlıq Meydanından nümayiş etdirəcəkdir.
“Bu Parad döyüşün kiçildilmiş halıdır. Paradda Vətən Müharibəsindən hansı döyüş vasitələri, hansı ordu ilə qalib çıxdığımız nümayiş olunacaq. Lakin Parad varsa, orda iştirak edən insanlar da olacaq. Parad şübhəsiz ki, pandemiya şəraitinin qaydalarına uyğun tənzimlənəcək. Yəqin ki, Paradda insanlar iştirak edəcəklər. Lakin maskalar taxılacaq və məsafələr gözləniləcəkdir. Sosial məsafə, maskalardan istifadə varsa, paradda iştirakla bağlı heç bir problem ola bilməz. Digər rayonlarından olan insanlar, ümumilikdə Azərbaycan, dünya bu paradı canlı olaraq televiziya vasitəsi ilə izləyəcəklər”.

R.İmamquliyev dekabrın 10-da Azadlıq meydanında baş tutacaq tarixi paradın xarakterini ötən əsrlərdə baş verən müharibə və paradların gedişi ilə müqayisəli şəkildə təhlil edib. Ekspert bildirib ki, 1-ci nəsl, 2-ci nəsl müharibələrdə əsasən yüksək kürsülərdə duran sərkərdələr, meydanda müəyyən quruluşda, müəyyən nizamla hərəkət edən hərbi komandirlərin, döyüşçülərin hərəkətini aydın şəkildə izləyə bilirdi. Paradda hərbi orkestrin nizamlı hərəkəti bir güc nümayişi və eyni zamanda müharibənin necə aparılmasını ifadə edən məqamdır.

Ekspertin fikrincə, üçüncü nəsl müharibədə yeni-yeni əməliyyatlar, yeni texnoloji vasitələrin icad olunması müharibənin “döyüş xəritəsini” dəyişdiyi üçün paradda müharibənin gedişatı tam görünmür:

“Amma ortada olan nəticəni xalqa və ətrafa nümayiş etdirməlisən. Ordunun hansı təchizatının olması, qoşunun nizam-intizamı, gücü, əzəmətinin nümayiş olunması xalqda ruh yüksəkliyinin yaranmasına hesablanır. Eyni zamanda düşmənə nümayiş etdirirsən ki, mənim bu qədər hərbi texnikam, gücüm var, əgər cəsarət edib mənim torpaqlarıma göz dikərsənsə, sənə layiqli cavabı verərəm. Parad dosta, xalqa güvən, düşmənə isə “mən bu gücümlə sənin qarşındayam” mesajıdır”.

Ekspert bildirib ki, Azərbaycan müstəqillik qazanandan sonra bir sıra paradlar keçirilib. Amma bu paradın başqa bir əzəməti var:

“Çünki son 200 ildə Azərbaycan ilk dəfə torpaq azad etdi. Təbii ki, 1991-ci ildə biz müstəqilliyimizi əldə etmişik, birinci Qarabağ döyüşlərində torpaq uğrunda savaşıb şəhidlər vermişik, qəhrəmanlıq səhifələri yazılıb. Amma 2-ci Qarabağ savaşında keçmişdən qalan qara ləkəni silib atdıq və tam həqiqi mənada müstəqilliyimizi qazanmış olduq. Artıq kağız üzərində müstəqillik deyil, azad olunmuş torpaqları bizə qazandıran müstəqilliyimiz var. Yəni təkcə “Şuşa mənimdir” -deməklə kifayətlənmirik, real olaraq Şuşaya gedib orda azan səsini dinləyib, Məscidində namaz qıla biliriksə, bu əsl müstəqillikdir. Bu, Şəhidlərimizin, Ordumuzun, ordu-xalq və Ali Baş Komandanın, siyasi iradənin bir arada həmrəyliyi ilə ortaya qoyduğu nəticədir. İstər müxalifət, istər iqtidar, istərsə də xalqımız, ordumuz bir oldu və öz milli qürurunu, iradəmizi ortaya qoyduq. Bu da onu göstərdi ki, müəyyən vaxtlarda müəyyən məsələlərlə bağlı rəqib olsaq da, lazım gələrsə bir olmağı bacarırıq.

Bu paradın digərlərindən başaqa bir fərqi də odur ki, məhz biz bu paradda ilk dəfə olaraq qənimətləri təqdim edəcəyik. Qənimətlərin təqdim olunması istər 2-ci dünya müharibəsi, istərsə də ikinci dünya müharibəsində keçirilən paraddan fərqli olaraq 21-ci əsrin yüksək texnologiyaya malik hərbisinin təqdimatı həm də dünyaya verilən yeni bir mesajdır. Dünyadakı dostlara, xalqımıza güvən, düşmənimizə dost görünüb düşmən olanlara bir gözdağı olacaq. Düşmənə bir daha nümayiş olunacaq ki, sənin döyüş meydanında tuşladığın bu silahlar sənin özünə qarşı istifadə edildi, bu gün də mənim Azadlıq meydanımda xalqıma sənin məğlubiyyətini nümayiş etdirir. Bu da ciddi uğurdur”.

R.İmamquliyev hələ ki, nəzarətindən kənarda qalan Xankəndi, Ağdərə, Xocalı və sühməramlıların bölgəmizdə yerləşməsi, erməni silahlılarının torpaqlarımızdan çıxmaq əvəzinə yeni iddialar səsləndirməsi ilə bağlı yayılan narahatlıq dolu məlumatlardan dolayı “tam qələbə yoxdur” düşüncəsi ilə hərbi parada etinasız olanlara da birmənalı yanaşmayıb. Onun fikrincə, bu narahatlığa əsas yoxdur:

“O insanlara 3-4 ay əvvəl desəydik ki, Şuşa azad olunacaq, bizə dönüb deyərdi ki, nağıl danışma. 1991-92-ci ildə Ağdərə rayonu inzibati ərazi olaraq ləğv olunandan sonra, işğal altında qalan 10 inzibati rayonumuz var idi. Bu 10 inzibati ərazidən 9-da döyüşlər getdi, onlardan 1-də – Ağdamda döyüş getmədi ki, onun da bir hissəsi bizdə idi. Biz o rayonların yeddisini azad etdik, üçünü heç bir güllə atmadan kapitulyasiya əsasında düşməndən təhvil, təslim aldıq. Burda söhbət Xankəndidən, Xocalıdan, Xocavənddən gedirsə, bu bölgələrdə də artıq fəaliyyətimiz və başqa motivlər var. Bu gün düşmən tərəfin daxilində bir çaxnaşma var. Bu gün Paşinyanı Qarabağın taleyindən çox, özünün nə vaxt dar ağacından asılacağının qorxusu düşündürür. Bu gün informasiya müharibəsi gedir və ilk mərhələdə biz bu müharibədən də qalib çıxdıq. Lakin informasiya müharibəsi davam edir və ermənilər saxta məlumatlar yayırlar ki, guya kimlərsə hansısa yerlərə ziyarətə gedir, guya hansısa əsgərlər haranısa qoruyur, guya ki, hardasa məktəblər açılır. Bütün bunlar feyk məlumatlar olaraq erməni ictimaiyyətini aldatmaq üçün yayılır. Bu gün bizim buna istinad etməyimiz ağılsızlıqdır. İkinci tərəfdən, o bölgədə hazırda xidmət aparan Rusiya sülhməramlıları var. Sülhməramlıların təməl məqsəd və niyyətləri bölgədə yaşayacaq vətəndaşlar arasında sülhü tənzimləməkdir. Ermənistan və onun havadarları tərəfindən narahatlıq doğuran məqam isə odur ki, bu gün orda erməni olaraq yaşayan yoxdur və yaxud, dönüb yaşamaq istəyən də yoxdur. İçlərində bir qorxu-ürkü var. Bunlar zamanında Xocalı qətliamı kimi elə böyük şiddəti göstəriblər ki, eyni hadisənin başlarına gələcəyindən qorxurlar. Təbii ki, bu, erməni düşüncəsidir və biz erməni kimi edə bilmərik.
Ona görə də hesab edirəm ki, bizim bu Qələbə paradında dost ölkələrin yer alması və bu döyüşdə əldə edilmiş qənimətlərin də təqdim edilməsi düşmənin çöküşünü, psixoloji aşağılığını, məğlubiyyətini bir daha göstərəcək”.

QƏLƏBƏ PARADIN MÜBARƏK, AZƏRBAYCAN! /Hafta.az/

T.Qafarlı
Versus.Az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir