KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: Avropada türklərə qarşı hücum planının arxasında kimlər var?

Hasan Oktay: Avropada türklərə qarşı hücum planının arxasında kimlər var?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
121 0

Türkiyənin Almaniyanın Hannover şəhərindəki Baş Konsulluğu terror təşkilatı PKK tərəfdarları tərəfindən daşla hücuma məruz qalıb.

Metbuat.az Türkiyə mediasına istinadla xəbər verir ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, PKK tərəfdarları küçələrə çıxaraq Türkiyə vətəndaşlarının iş yerlərini hədəfə alıblar. Gərginlik hətta Almaniya və Belçikaya qədər yayılıb. Bəs Avropada türk vətəndaşları hədəfə alınan qüvvələrin arxasında duranlar kimlərdir?

Bu barədə Metbuat.az-a açıqlama verən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, professor Hasan Oktay bildirib ki, PKK açıq şəkildə Avropada türklərə qarşı savaş açaraq tükənən insan resurslarının sayını artırmaq və maliyyə dəstəyini yenidən aktivləşdirmək niyyəti güdür:

“Türkiyənin Şimali İraq və Suriyada PKK-ya qarşı həyata keçirdiyi əməliyyata diqqət çəkmək istərdim. PKK dəstək qazanmaq üçün Avropa şəhərlərində belə bir vəhşi aksiyaya təşəbbüs edib. Onlar Novruz aksiyasına toplaşan tərəfdarlarını bu yolla terrora təşviq edərək Türkiyəyə qarşı cəbhə yaratmağa çalışırlar. Qeyd edim ki, xüsusilə Moskvadakı terror hadisəsindən sonra Avropa terror təşkilatlarına dəstək verə bilmir. Ona görə də Avropa PKK-nın bu hərəkətlərinə göz yuma bilməyəcək”.

Politoloq qeyd edib ki, PKK-nın davranışlarının arxasında heç bir dövlət açıq şəkildə dayana bilməz, çünki terrorun soyuq üzünü Moskvada hamı gördü:

“Hazırda Avropada İŞİD-in terror törətmə ehtimalı yaşandığı bu günlərdə heç kim PKK-nın bu hərəkətlərini dəstəkləməyə cəsarət etməyəcək. Türkiyə martın 31-də yerli seçkiləri başa vurduqdan sonra həm İraqda, həm də Suriyada terrora qarşı genişmiqyaslı əməliyyat keçirəcək. Düşünürəm ki, Avropa hakimiyyət orqanları Avropada bu əməlləri törədənləri araşdırıb cəzalandıracaq”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamalarda bildirib ki, terrorla mübarizəni qətiyyətlə davam etdirəcəklər.

“İraq sərhədlərimizlə bağlı məsələni bu yay həll etmiş olacağıq”, – sitatın sonu.

Gülbəniz Hüseynli / Metbuat.az
https://metbuat.az/news/1496233/avropada-turklere-qarsi-hucum-planinin-arxasinda-kimler-var.html

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir