KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: Avropa Birliyi anladı ki, İrəvanı dəstəkləmək əslində Rusiyanın maraqlarına xidmət etməkdir”

Hasan Oktay: Avropa Birliyi anladı ki, İrəvanı dəstəkləmək əslində Rusiyanın maraqlarına xidmət etməkdir”

Hasan Oktay Hasan Oktay - - 6 dk okuma süresi
338 0

Qafqaz Siyasi Araştırmalar Mərkəzinin rəhbəri Hasan Oktay Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünün görünməyən məqamları və bölgədə baş verəcəyi gözlənilən siyasi dəyişikliklərlə bağı Moderator.az-a müsahibə verib.

– Sizcə, 10 dekabrda baş tutan liderlərin Brüssel görüşü indiyədək qapalı qalan hansı siyasi məsələlərin həllinə kömək edə bilər?

– İlk öncə Avropa Birliyi 1991-ci ildən sonra izlədiyi Ermənistan siyasətinin dəyişə biləcəyini görməyə çalışır. Təbii ki, Rusiyanın son dövrlərdə Gücüstan və Ukraynada yeritdiyi siyasəti görüncə Avropa Birliyi yaxşı başa düşür ki, bu siyasəti Rusiya SSRİ dağıldıqdan sonra məhz Dağlıq Qarabağda tətbiq edib. Buna görə də Azərbaycanın haqlı mövqeyi fonunda Avropa Birliyi Azərbaycan-Ermənistan münasibətlərində daha Ermənistanın tərəfini tutmur. Beləliklə də, Rusiyanın illər boyu yeritdiyi siyasət yəni Ermənistan üzərindən Qərb dünyasına yol tapmaq siyasəti artıq ofsaytda qalıb. Məhz Rusiya asılılığından çıxmaq və Qərbə daha yaxın olmaq üçün Ermənistan Paşinyanın rəhbərlik etdiyi küçə nümayişləri ilə Rusiyanın asılılığından çıxmağa çalışdı. Zəngəzur dəhlizini deyil, SSRİ vaxtında mövcud olmuş nəqliyyat xəttlərinin açılması ilə Ermənistan birbaşa olaraq Rusiyaya bağlanacaq. Yəni Gürcüstan vasitəsilə Rusiya Ermənistana yaxınlaşa bilmədiyi üçün Azərbaycan vasitəsilə bunu etmək istəmək niyyətini Azərbaycanın yeritdiyi düzgün diplomatiya nəticəsində Avropa Birliyi də gördü. Yəni Avropa Birliyi Ermənistanı dəstəkləyirəm deyə Rusiya maraqlarına xidmət etdiyini tam olaraq anlamış oldu. Bununla da Brüssel görüşü qapalı qalmış bəzi siyasi məqamlara aydınlıq gətirmiş oldu.

– Şarl Mişelin çağırışı ilə baş tutmuş bu görüş Rusiyaya hər hansı bir mesaj vermiş oldumu?

– Maraqlı bir mətləbə toxundunuz. Brüsseldə baş tutan bu görüş tamamilə Rusiyaya qarşı baş tutdu. Təbii ki, təsadüfi deyil ki, Rusiya bu görüş barəsində xəbər tutduğu zaman tələsərək Soçi görüşünü təşkil etdi və hər iki dövlətə bölgədə söz sahibi olduğu mesajını verdi. Avropa Birliyi isə 10 Noyabr Sülh Müqaviləsini maddə- maddə incələyərək müqavilədəki beynəlxalq hüquqa uymayan nüansları ortaya qoydu və bununla da, Rusiyaya bir mesaj vermiş oldu.

– Azərbaycan Prezidenti İlham Əliyev Natodakı çıxışında söylədi ki, Ermənistan Zəngəzur dəhlizində hansı yanaşmanı ortaya qoyacaqsa , biz də bunu Laçın dəhlizində edəcəyik. Sizcə, bu mövzuda yaxın zamanda bölgədə nə kimi dəyişikliklər izləyə bilərik ?

– Laçın dəhlizinin necə işlədiyi və indi ən çox kimin maraqlarına xidmət etdiyi Brüsseldə açıq şəkildə ortaya qoyuldu. Bu təbii ki, Azərbaycan diplomatiyasının uğurudur.
Cənab Əliyev çıxışında bunu çox gözəl müqayisəli şəkildə izah edərək bildirdi ki, Laçın dəhlizi hansı şərtlər altında işləyirsə, Zəngəzur dəhlizi də o şərtlərdə işləməlidir. Lakin hələ də Zəngəzur dəhlizi açılmayıb. Məhz bu çıxışdan verilən mesajla Azərbaycanın uğurlu diplomatik siyasəti nəticəsində Avropa Birliyi anladı ki, Ermənistanı dəstəkləmək dolayı yolla Rusiyanın maraqlarına xidmət edir.

– Bəs bölgədə yenidən yarana biləcək münaqişə risklərini necə dəyərləndirərdiniz?

– Risklərə gəlincə bu təbii ki, qaçılmazdır. Məsələn bu gün Zəngəzur dəhlizi açılmayacaqsa Laçın dəhlizinin də qapanması müzakirə olunur və düşünürəm ki , münasibətlər gərginləşərsə, yenidən bölgədə 1991-ci il modelinə qayıdıla bilər.
Rusiya Sülhməramlı adı ilə Qarabağdadır. Ola bilər ki, Rusiya gələcəkdə Qarabağda qapalı bir “Donbas modeli ” yaratmağa çalışsın.
Təbii ki, Avropa Birliyi də bunu görür.

– Son olaraq Azərbaycan və Ermənistan arasında yekun sülhün yaranması üçün çıxış yolunu nədə görürsünüz?

– Mən bölgədə yekun sülhün yaranmasını 3+3 formatında aparılan danışıqlarda yox, sırf üçlü formatda Azərbaycan, Ermənistan və Türkiyə arasında aparılan danışıqlarda görürəm. Bölgədə yekun sülhü bərqərar etmək isə təbii ki, Türkiyə və Azərbaycanın üzərinə düşür.

Leyla Şah
https://moderator.az/siyaset/405344/avropa-birliyi-anladi-ki-ermenistani-desteklemek-rusiyanin-maraqlarina-xidmet-edir/

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir