KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: Ankara, Bakı və Tehran görüşünün hədəfi

Hasan Oktay: Ankara, Bakı və Tehran görüşünün hədəfi

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
46 0

44 günlük Qarabağ müharibəsindən sonra Türkiyə və Azərbaycan “3+3” əməkdaşlıq formatını gündəmə gətirdi. Lakin Gürcüstan Rusiya ilə olan sıxıntılardan dolayı bu formata daxil olmadı. Növbəti mərhələdə Türkiyə və Ermənistan münasibətlərində hərəkətlənmə yaşanmağa başladı. Bu isə bölgədə sülhün və sabitliyin bərqərar edilməsi üçün kifayət deyil. Arzuedilən nəticənin əldə edilməsi üçün həm də üçtərəfli görüşlərə çox böyük ehtiyac var və bunu bütün region ölkələri yaxşı anlayır. Bunlardan birincisi Türkiyə, Azərbaycan və Ermənistan, digəri isə Türkiyə, Azərbaycan və İrandır.

Bunu Axar.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QafqazSAM) rəhbəri, professor Həsən Oqtay Tehranda keçiriləcək İran-Türkiyə-Azərbaycan üçtərəfli görüşü ilə bağlı deyib.

Professorun sözlərinə görə, İran bölgədəki proseslərdə iştirakda maraqlıdır:

“İranın proseslərdən kənarda qalması ilə vəziyyəti arzuedilən inkişaf mərhələsinə çatdırmaq çox çətin olduğu üçün Türkiyə, Azərbaycan və İran arasında müzakirələrin aparılması məsələsi gündəmə gəlir. Bu üçtərəfli format İranın da maraqlarına cavab verir. İranın prosesə cəlb edilməsi ilə hamının iştirak etdiyi “sülh platforması” formalaşdırmaq mümkündür. Lakin bütün hallarda prosesin ana xəttini Türkiyə və Azərbaycanın milli maraqlarının ən yüksək səviyyədə təmin olunması təşkil etməlidir.

10 noyabr bəyanatı ilə bölgədə müharibə dayansa da, rus sülhməramlılarının müvəqqəti yerləşdirildikləri ərazidə qalmasını təmin edəcək bütün səbəblərin aradan götürülməsinin və rəsmi Bakının beynəlxalq hüquq çərçivəsində tanınmış sərhədləri daxilində suverenliyini tam şəkildə bərpa etməsinin yeganə yolu Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasıdır. Bu, bütün keçirilən müzakirələrin, görüşlərin əsas kəsişmə nöqtəsidir”.

Söhrab İsmayıl
https://axar.az/news/gundem/620225.html?fbclid=IwAR0QB-DNGAOV38NBJhwI8rTiK0mxJ5igXHnP2BFvn-2KJ14KBXCrglE_Vww

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.