Avropa İttifaqı (Aİ) Suriyaya qarşı sanksiyaları ləğv etməyə hazırdır. Lakin Dəməşqdəki yeni rəhbərlik öz öhdəliklərini yerinə yetirməzsə, sanksiyalar bərpa edilə bilər. “Financial Times” qəzetinin məlumatına görə, Avropa diplomatları tərəfindən hazırlanmış yol xəritəsi sanksiyaların altı mərhələli ləğvi prosesini nəzərdə tutur. Aİ nümayəndələri ərəb respublikasına qarşı bütün sanksiyaları ləğv etməyi planlaşdırmırlar. Bu planla bağlı siyasi razılaşma yanvarın 27-də əldə edilə bilər, konkret hüquqi proseslər isə iyuna qədər rəsmi olaraq razılaşdırılacaq.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən türkiyəli siyasi şərhçi Hasan Oktay bildirib ki, keçmiş prezident Bəşər Əsədin Suriyadan qaçmasından sonra hakimiyyəti ələ keçirən Əhməd əl-Şara, beynəlxalq sistemi qəbul etdirmək üçün bir çox müzakirə keçirib: “Suriya yeni quracağı sistemlə bağlı məsləhətləşmələr aparır. Əsəd dövründəki 13 il davam edən qarışıqlıqdan dolayı Aİ Suriyaya tətbiq etdiyi sanskiya və qərarları yenidən nəzərdən keçirməli və yeni dövlət idarəçiliyinə bir fürsət verilməli olduğu üçün AB ölkələri qərar mərhələsinə çatmaq üzrədir. BMT Təhlükəsizlik Şurasının qərarını gözləəmək lazımdır”.
Ekspert söyləyib ki, Suriyada Aİ və müttəfiqlərinin tanıya biləcəyi bir sistem qurulmasının qarşısını açmağa çalışanlar var: “Bu inkişaflar baş verməzsə, Aİ hər cür tətbiqlərə və məhdudiyyətlərə davam edəcək.”
Nərgiz Camalzadə
https://crossmedia.az/az/article/14497