Çeçenya ve Dağıstan’dan binlerce Müslüman hacca gidecek

Kərim Əsgəri: Xarici təhlükəni görən İran daxildə basqıları artırıb

ABD başkanlık seçimleri 2020 De

DİNİ DEĞERLERİ KULLANARAK DEVLETE YÖNELİK KALKIŞMALAR

Hasan Oktay: “ABŞ Tehrana qarşı İraq və Gürcüstandan istifadə etməyə çalışır”

Gündem, Gürcistan, İran 6 Mayıs 2019
74

Siyasi şərhçi Hasan Oktay: “ABŞ Tehrana qarşı İraq və Gürcüstandan istifadə etməyə çalışır”
İrana qarşı aparılan müharibə bütün region ölkələrinə baha başa gələ bilər. Bunu İran İslam Respublikasının “Xatəm əl-Ənbiya” qərargahının komandiri general-mayor Qulam Əli Rəşid bəyan edib.

General bildirib ki, İran regionda müharibə arzulamır: “Çünki bu ABŞ-ın və sionist rejimin maraqlarına xidmət edərdi, lakin biz lazım gələrsə, hər zaman təcavüzkara qarşı dayanmaq gücünə malikik”.

Onun sözlərinə görə, ABŞ və İsrail bölgədə iğtişaşlar yaratmağa çalışır. İranlı komandir deyib ki, qonşu ölkələrin İrana qarşı fəaliyyətlərə dəstək verməsi region üçün ağır nəticələr doğura bilər. Sitat: “Biz ümid edirik ki, qonşu ölkələr ABŞ-ın və israillilərin maraqlarına uyğun gələn addımlar atmaqdan çəkinəcəklər. Bu kimi addımlar regionda gərginliyin artmasına və müharibə ocaqlarının yaranmasına səbəb olar və bütün region ölkələrinə baha başa gələr”.

Qeyd edək ki, ABŞ prezidenti aprelin sonlarında İrana qarşı neft satışında 8 ölkəyə müəyyən olunmuş limiti ləğv edib. Mayın 2-dən etibarən sonuncu 8 ölkə İrandan neft alışını dayandırmalıdır, əks təqdirdə, Vaşinqtonun sanksiyaları ilə üzləşə bilər. İran prezidenti isə Trampın bu qərarından sonra region ölkələrinə müraciət edərək bu embarqolara dəstək verməməyə çağırıb. Xüsusən də neft ixrac edən körfəz ölkələrinin İranın ixracı dayandırmasından sonra yaranacaq boşluğu dolduracağı ilə bağlı ABŞ prezidentinin açıqlaması Tehranı qəzəbləndirib.

Ancaq indi İran ordusunun aparıcı qüvvələrindən birinin komandanının bəyanatı onu göstərir ki, söhbət təkcə neft satışı və ya embarqolardan getmir. Məsələ ondadır ki, İran rəsmiləri İsrailin qonşu ölkələr üzərindən İrana qarşı kəşfiyyat və diversiya fəaliyyətləri həyata keçirdiyini zaman-zaman iddia ediblər. Tehran hesab edir ki, İran ərazisində sui-qəsdlər, xüsusən də nüvə və hərbi obyektlərə, nüvə alimlərinə qarşı qəsdlərin arxasında İsrailin və ABŞ-ın xüsusi xidmət orqanları dayanır. Bu zaman isə İrana qonşu ölkələrdən istifadə olunur.

İranın isə çoxlu sayda qonşuları var. Bunların içərisində dəniz qonşuluğu olan ölkələr hər zaman daha çox diqqətdə olub. BƏƏ, Oman, Bəhreyn, Küveyt kimi ölkələrin İranla birbaşa sərhədi olmasa da, Fars körfəzi üzərindən dəniz sərhədi var. Üstəlik, bu ölkələrdə ABŞ hərbi bazaları mövcuddur. Bundan başqa, İraq, Pakistan, Əfqanıstan, Türkmənistan, Azərbaycan, Türkiyə və Ermənistanla İranın birbaşa quru sərhədi var. Yəni bir mənada İran generalının qonşularla bağlı xəbərdarlığında şübhə kölgəsi bizim də üzərimizə düşür. Bəs doğrudanmı belə bir risk qrupuna Azərbaycan da aiddir? Ümumiyyətlə, risk qrupunda hansı ölkələr mövcuddur?

Siyasi şərhçi Hasan Oktay ile ilgili görsel sonucu

Siyasi şərhçi, “Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay deyir ki, ABŞ-ın İranı təcrid siyasəti gücləndikcə, bu vəziyyət Tehranı qəzəbləndirir: “ABŞ və İsrail ittifaqının son zamanlar İranın beynəlxalq aləmlə əlaqəsini kəsməyə çalışdığını və bunun da İran ətrafında bir mühasirə çənbəri yaratdığını görür. Bu çənbərdə ən təsirli ölkə Gürcüstan və İraqdır. Gürcüstanın son günlərdə Azərbaycanla münasibətlərə problemlər yaratmasının əsas səbəbi də bununla bağlıdır. Gürcüstanın son günlərdə ABŞ-la daha da yaxınlaşması, münasibətləri yüksək səviyyəyə qaldırması Tehranı narahat edir. Çavuşoğlunun ötən həftə İraqa səfər etməsi əslində bu istiqamətdə bir sıra mövzulara işıq salır”.

ABŞ-ın dünəndən etibarən İrana tətbiq olunan embarqonu daha da genişlətdiyini qeyd edən H.Oktaya görə, Tehrana qarşı təzyiqlər daha da artacaq: “ABŞ Venesuela və İran məsələsini paralel şəkildə aparır. Çünki Vaşinqton indi Venesuela və İrandan özünə, siyasi kursuna qarşı təhdid gördüyü üçün bu iki ölkə ilə hesablaşmadan Çinə qarşı Asiya Sakit Okean strategiyasını başlatmaq istəmir.

Buna görə də indi İran və Venesuela məsələsini həll etmək üçün bir sıra tədbirlər və planlar həyata keçiriləcək. İsrailin təhlükəsizliyinin təmin olunması üçün İranı mühasirəyə alacaq və hətta açıq əməliyyat olmadan bəlkə də İranı ətraf ölkələrdən tamamilə təcrid etməyə çalışacaq. Buna görə də indi İraq və Gürcüstan faktoru ortaya çıxmağa başladı. Vaşinqton hər iki ölkə ilə yaxından işləyir. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iki günlük İraq səfəri, eləcə də ABŞ prezidentinin Suriya təmsilçisinin Türkiyəyə səfəri birlikdə analiz edildikdə, İranı qarşıda çətin günlərin gözlədiyini deyə bilərik”.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”

Yorumlar