KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: ABŞ ilə Türkiyə arasında bir çox məsələlərdə əsaslı fikir ayrılıqları var

Hasan Oktay: ABŞ ilə Türkiyə arasında bir çox məsələlərdə əsaslı fikir ayrılıqları var

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
25 0

Amerika-Türkiyə münasibətlərinin xarakteri problemlidir. Bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan yerli mediaya açıqlamasında deyib. Donald Trampın ABŞ prezidenti seçilməsini şərh edən XİN rəhbəri qeyd edib ki, Türkiyə ABŞ xalqının seçiminə hörmətlə yanaşır.
O bildirib ki, ABŞ-la bir nömrəli məsələmiz terror problemidir. Daxildə PYD/PKK, xaricdə isə FETÖ-dür.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay “Sherg.az”a söyləyib ki, ABŞ ilə Türkiyə arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsində yüksək səviyyəli əlaqələr olsa da, bir çox məsələlərdə əsaslı fikir ayrılıqları var:

“Razılaşdığımız nöqtələrdə ərazini genişləndirmək və başa düşülməyən nöqtələrdə isə ərazini daraltmaq diplomatiyası mövcuddur. Türkiyə ABŞ ilə CO Bayden dönəmində ciddi problemlər yaşadı. Bununla belə, Tramp yenidən hakimiyyətə gələndən sonra da müəyyən problemlər var. Məsələn, bu yeni dövrdə xüsusilə Türkiyə-İsrail-ABŞ münasibətlərində gərginlik mövcuddur. İraq və Suriya məsələlərinə yanaşmada da fərqliliklər var. Yanvarın 20-də Tramp and içənə qədər regionla bağlı çoxlu fərziyyələr olacaq. Amma nəticə etibarilə Amerika ilə Türkiyə arasında həll olunmayacaq problem yoxdur. İsrailin təhlükəsizlik səbəbiylə Həmas və Hizbullahla mübarizəsi Türkiyə tərəfindən yanlış məcrada müzakirə olunub. Ümumiyyətlə İsrail Həmas və Hizbullahla məşğul olarkən Türkiyə, İraq və Suriyada fəaliyyət göstərən PKK və PYD terror təşkilatlarına qarşı gecikmədən hərəkətə keçməli idi. Lakin bir tərəfdən İsrailin Hizbullahla mübarizəsini tənqid edir, digər tərəfdən də PKK ilə mübarizə aparırdı. Bu nöqtədə Türkiyə əməliyyat keçirməkdə gecikdi. Düşünerəm ki, yanvarın 20-nə qədər Türkiyə Suriyada böyük əməliyyat keçirəcək, daha sonra isə Trampla oturub bölgə ilə bağlı danışıqlar aparacaq. Müttəfiqimiz Amerika da terror təşkilatı ilə anılmaqdansa, ən sıx strateji tərəfdaşlığa malik Türkiyə ilə birgə hərəkət etməyə üstünlük verəcək”.
Şahanə Ziyad
https://sherg.az/dunya/280477

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir