KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: ABŞ hədəfinə doğru irəliləyir

Hasan Oktay: ABŞ hədəfinə doğru irəliləyir

Hasan Oktay Hasan Oktay - - 5 dk okuma süresi
451 0

Məqsəd Rusiya, Çin və İranı təzyiq altında saxlamaqdır

Hasan Oktay: “Əgər proseslər Putinin əleyhinə cərəyan edərsə, yaxın zamanda Rusiyada həm lider, həm də sistem dəyişikliyi baş verə bilər”

Rusiya Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinə görüş təklifini şərh edib. Xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, Putin və Bayden arasında mümkün görüşün yeri və vaxt barədə danışmaq hələ tezdir: “Hələlik tezdir, biz buna heç yaxınlaşmamışıq belə”. Nazir müavini görüş təşəbbüsünün ABŞ tərəfindən gəldiyinə diqqət çəkib: “Biz hələlik məsələnin başındayıq. Prosesin necə olacağı Amerikanın bundan sonra özünü necə aparacağından asılı olacaq”.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl Bayden və Putin arasında telefon danışığı olub. Telefon danışığı zamanı Ağ Ev rəhbəri rusiyalı həmkarını başqa ölkədə sammit keçirməyə çağırıb. Bayden Rusiya ilə sabit əlaqələr qurmağı hədəflədiyini təsdiqləyib. Həmçinin, telefon danışığı zamanı silahlara nəzarət üzrə və iqlim məsələləri ilə bağlı dialoqu davam etdirmək niyyəti də müzakirə olunub. ABŞ-ın keçmiş prezidenti Donald Tramp da iki ölkə arasında müşahidə olunan gərginliyə münasibət bildirib. O deyib ki, Rusiyanı Çinin əlinə düşməyə vadar etmək əvəzinə ruslarla ortaq məxrəcə gəlməli və əməkdaşlıq etməliyik: “Edə biləcəyiniz ən pis şey Çin və Rusiyanı bir araya gətirməkdir. Onlar hazırda bir yerdədir”. O, prezidentliyi dönəmində Putin və Şimali Koreya lideri Kim Çen İnlə münasibətlərinin yaxşı olduğunu və bölgəsindəki güclü liderlərlə münasibətin Vaşinqton üçün müsbət hal olduğunu bildirib.

Avropa Birliyinin baş diplomatı Jozep Borrell Qərblə Rusiya arasında gərginliyin davam etdiyini bildirib. Onun sözlərinə görə, Rusiya qərb sərhədinə əsgər və hərbi texnika cəmləyir: “Rusiya qoşunlarının Ukrayna sərhədindəki sayından narahatıq. 150 mindən çox rus əsgəri Ukrayna ilə sərhəddə və Krımda toplanıb”.

İki cəbhə arasındakı qarşıdurmanı “Şərq”ə dəyərləndirən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, professor Hasan Oktay deyib ki, hazırda dünyanın diqqəti Ukraynaya çevrilib. Professor bildirib ki, Co Baydenin hakimiyyətə gəlişi ilə Amerikanın xarici siyasəti üç dövlət üzərinə fokuslanıb:

“Bunlar Rusiya, Çin və İrandır. Əslində Bayden Ukrayna məsələsini bəhanə edərək Rusiyanı küncə sıxışdırmağa çalışır. Əsas məqsədi Putini Amerika siyasətinə dəstək verəcək vəziyyətə gətirmək, bu, mümkün olmadığı təqdirdə isə Kreml rəhbərini başqası ilə əvəzləməkdir. O hesab edir ki, Putini əvəzləməklə Rusiyanın yönünü tamamilə fərqli məcraya yönəltmək mümkündür. Ukraynada savaşın başlaması ehtimalı gözardı edilmir. Amma Baydenin istəyi Ukraynanı müharibəyə soxmaq deyil, Kreml üzərindəki təzyiqin arealını genişləndirərək Putinin devrilməsinə nail olmaqdır. Son günlər müxtəlif ölkələrdə səfir və diplomatlar üzərindən oynanılan oyunun da məqsədi Putini yolagəlməz, inadkar dövlət başçısı kimi göstərmək cəhdidir”.

H.Oktay bəyan edib ki, pandemiya və üzləşdiyi sanksiyalar Rusiya xalqının vəziyyətini ciddi şəkildə çətinləşdirib:

“Moskva iqtisadi güc əldə etmək üçün Çin və İranla əməkdaşlığı genişləndirir. Kremlin bu addımı ABŞ-ın Çin və İran üzərinə getməsinə də şərait yaradır. Əgər proseslər Putinin əleyhinə cərəyan edərsə, yaxın zamanda Rusiyada həm lider, həm də sistem dəyişikliyi baş verə bilər”.
İsmayıl Qocayev

https://sherg.az

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir