KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Hasan Oktay: AB sülhməramlı qüvvə təklifi verə bilər

Hasan Oktay: AB sülhməramlı qüvvə təklifi verə bilər

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
360 0

Bu gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçiriləcək. Toplantı ərəfəsində Türkiyə və Ermənistan arasındakı münasibətlərdə də müsbət meyillər gözə çarpmaqdadır. Türkiyə və Ermənistan xarici işlər nazirlikləri münasibətlərin normallaşdırılması istiqamətində addımların atılması üçün xüsusi nümayəndələr təyin edəcəklərini bildirdilər. Lakin hər zaman olduğu kimi bu məsələdə də Türkiyə Azərbaycanla razılaşdırılmış addımlar atacaq. Brüssel görüşündən əvvəl sözügedən açıqlamaların verilməsi bu görüşün nəticələrinə ümidləri artırıb.

Bu sözləri Axar.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QafqazSAM) rəhbəri, professor Həsən Oqtay deyib.

Professorun sözlərinə görə, Ermənistan tam mənası ilə Rusiyadan qopmaq üçün AB ilə yaxınlaşır:

“Rusiyadan qopmağa çalışan Ermənistan hakimiyyəti üçün Brüssel görüşü həyati önəm kəsb edir. Fikrimcə, görüşdə Paşinyan hər şeydən əvvəl problemin ATƏT-in Minsk Qrupu çərçivəsində müzakirəsini gündəmə gətirəcək. Avropa isə bölgədə konkret olaraq varlığını göstərmək və Rusiya ilə qüvvələr balansını tənzimləmək üçün MQ üzvlərindən və hətta Avropa dövlətlərindən ibarət olan yeni sülhməramlı qüvvələrin təşkilini gündəmə gətirə bilər”.

Professor bildirib ki, Brüssel görüşünün nəticələri AB və Cənubi Qafqaz ölkələri, xüsusilə Azərbaycan arasında əlaqələrin gələcəyinə birbaşa təsir göstərəcək.

https://axar.az/news/gundem/608756.html?fbclid=IwAR1jv6lQ4UjcYjIWJnqUB0tfnapfDsuVRN-ll9U323tkazM9xvll7Z2rDag

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir