KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: Ukrayna müharibəsinin davamı hər iki tərəf üçün çox yorucu olacaq

Hasan Oktay: Ukrayna müharibəsinin davamı hər iki tərəf üçün çox yorucu olacaq

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
321 0

“Ukrayna müharibəsinin davamı hər iki tərəf üçün çox yorucu olacaq. Qərb isə müharibənin uzanmasını və Putinin zəifləməsini istəyir”.

Bu sözləri “Yeni Sabah“a Türkiyədəki Qafqaz Strateji Araştırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay deyib.

O, yaxın günlərdə Türkiyədə humanitar məsələlər üzrə təmas qrupu çərçivəsində keçiriləcək Rusiya, Ukrayna, Türkiyə və BMT görüşü barədə fikirlərini açıqlayıb:

“ABŞ-ın Ukraynaya yardımı müharibənin daha uzun sürəcəyini göstərir və bu, Putin üçün bir çox çətinliklər yaradacaq. Müharibənin Rusiyaya da sıçrama ehtimalı gerçək olarsa, Üçüncü Dünya müharibəsinin anonsu sayıla bilər. Amma hazırda Qərbin izlədiyi taktika və strategiya Ukraynada Rusiyanı zəiflətmək, Putini mümkün qədər sülhə məcbur etməkdir. Bu məqamda Ankarada keçiriləcək danışıqlar Putin üçün xilasedici kəmər olacaq”.

Ekspert Türkiyədə əvvəllər keçirilmiş görüşləri xatırladıb:

“Əvvəlki görüşləri Rusiya hərbi kəşfiyyatı və bürokratları məqsədlərindən yayınma kimi qiymətləndirib. Onlar İstanbul görüşünü az qala sabotaj edirdilər.

Hesab edirəm ki, Putinin yeganə xilas yolu Türkiyənin vasitəçiliyi ilə reallaşacaq sülh masasından çıxacaq qərara əməl etməkdir”.

Rafi MÜSLÜMOV
https://yenisabah.az/az/news/195573/turkiye-putini-xilas-ede-bilecekmi–muharibe-rusiya-erazisine-sicrayarsa

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir