KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: Ərdoğanın səfəri Türkiyə-Azərbaycan əlaqələri baxımından son dərəcə önəmlidir

Hasan Oktay: Ərdoğanın səfəri Türkiyə-Azərbaycan əlaqələri baxımından son dərəcə önəmlidir

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
172 0

Prezident Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçirilən ikinci tur seçkilərində qələbə qazandıqdan sonra ilk rəsmi ziyarətini Quzey Kıbrıs, sonra isə Azərbaycana gerçəkləşdirdi. Bu Türkiyə Cümhuriyyyəti dövlətində bir ənənə halını alıb”.

“OLAYLAR” xəbər verir ki, bu fikirləri Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM ) rəhbəri Hasan Oktay Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfərinə münasibət bildirərkən səsləndirib. Mərkəz rəhbəri bildirib ki, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində diplomatik təşəbbüslərin yoğun olduğu bugünlərdə Türkiyədən Azərbaycana baş tutan bu səfər olduqca önəmlidir:

“Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan dövlət başçısı İlham Əliyev Dünya tarixində ən çox və tez-tez görüşən liderlər sırasında ən başda yer almaqdadır. İkinci Qarabağ müharibəsindən sonra Rusiya, İran, Avropa Birliyi və Amerika bölgədə öz maraqlarına uyğun bir həll variantı həyata keçirmək arzusundadırlar və ona görə də bu istiqamətdə hərəkət etməkdədirlər. Belə bir dönəmdə Türkiyənin bütün varlığı ilə Azərbaycana vermiş olduğu dəstək son dərəcə önəmlidir”.

Hasan Oktayın sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin keçirdiyi mətbuat konfransında Zəngəzur dəhlizi ilə bağlı məsələni xüsusi olaraq vurğulaması onu deməyə əsas verir ki, sözügedən dəhliz Türkiyə-Azərbaycan əlaqələri baxımından son dərəcə önəmlidir:

“Ancaq bölgəyə sülhü Rusya, İran, Avropa Birliyi və Amerika deyil, Türkiyə Ermənistan və Azərbaycan birlikdə gətirəcək. Onun üçün tezliklə Türkiyə- Ermənistan sərhədləri açılmaqla bərabər, eynı zamanda Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi ilə üçlü sülh sazişi gerçəkləşməlidir”.

 

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir