KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: Ərdoğan yüksək səviyyəli mərasimlə qarşılanıb

Hasan Oktay: Ərdoğan yüksək səviyyəli mərasimlə qarşılanıb

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
255 0

Türkiyəli politoloq Ərdoğanın Azərbaycana səfərini ŞƏRH ETDİ

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib. Bu, onun mayın 28-də təkrar prezident seçilməsindən sonra xarici ölkəyə ilk səfəridir. Hərçənd Azərbaycan xarici ölkə sayılmaz. Doğrudur, qardaş ölkə lideri Bakıya Şimali Kipr Türk Cümhuriyyətindən (ŞKTC) sonra təşrif buyurub. 

Ərdoğanın Azərbaycana səfəri iki dövlət arasında iqtisadi, siyasi məsələləri inkişaf etdirəcək? Cənubi Qafqazda geosiyasi vəziyyət barəsində müzakirələr olacaqmı?

Bu barədə Ednews-a türkiyəli politoloq Hasan Oktay bildirdi ki, Rəcəb Tayyib Ərdoğan Türkiyənin Prezidenti seçildikdən sonra ənənəvi olaraq ilk səfərini Kiprə, dərhal sonra isə Bakıya etdi. Bu səfər Türkiyə-Azərbaycan əlaqələrinin yaxşı səviyyədə olduğunu göstərdiyi üçün çox önəmlidir. Bakıya böyük nümayəndə heyəti ilə gələn Ərdoğan yüksək səviyyəli mərasimlə qarşılanıb. Qardaş ölkə görüşə ən yaxşı şəkildə hazırlıq görüb:

“Bu ziyarət Türkiyənin xaricə rəsmi səfəri olmaqla yanaşı, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından da olduqca vacib görüşdür. Ərdoğan və Əliyev bəlkə də dünya tarixində ikitərəfli görüş keçirən yeganə liderdir. Ərdoğan bu görüşləri Putinlə də keçirir. Türk dünyası ilə körpü rolunu oynayan Azərbaycanın Türkiyə ilə danışıqları çox önəmlidir. Gələcəyin tarixini formalaşdırmaq baxımından son dərəcə əhəmiyyətli danışıqlardır”.

Politoloq qeyd etdi ki, bu səfər ənənə baxımından son dərəcə əhəmiyyətli olsa da, həm səfər, həm də ticarət kontekstində Avropanın enerji ehtiyacı, Cənubi Qafqazda geosiyasi vəziyyət Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli münasibətlərinin qısa zamanda həll olunması barəsində də vacibdir:

“Ərdoğan və Əliyev arasında keçiriləcək ikitərəfli görüşlərdə ölkənin təhlükəsizliyi, enerjinin gələcəyi, Ukrayna müharibəsindən sonra baş verə biləcək inkişaflar müzakirə olunacaq”.

Oğuz

https://ednews.net/az/news/politics/600848-turkiyeli-politoloq-erdoganin-azerbaycana-seferini?fbclid=IwAR3Zo0wJDYuVH7SMWXX-JJkPQaHmRKH7xlrnmcN3BdMYdoRPatNS_NqldG4

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir