KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Həsənbala Sadıqov: Total minalanma-haydalizmin təzahür forması kimi

Həsənbala Sadıqov: Total minalanma-haydalizmin təzahür forması kimi

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
305 0

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın işğaldan azad edilən ərazilərinin əslində minalardan təmizləmə prosesi sonu olmayan yol kimi görünür. Artıq bir il minalarla mübarizə arxada qaldı. Kapitülyasiya aktına əsasən Ermənistan tərəfi minalanma xəritəsini qarşı tərəfə verməli idi. Dəfələrlə Ermənistan saxta mina xəritələri təqdim etmişdir.
Azərbaycan torpaqları azad etsə də tarixi ata baba torpaqlarına hələ də sahib ola bilməmişik. Erməni işğalından azad olan torpaqlar minaların işğalındadır. İşğal olunan yerlərdəki qəbristanlıqlar sahibini gözləyir. Abidələrin əksəriyyəti dağıdılmış halda olsa da sahibini gözləyir. Pirlərin yolu minalanıb. Bulaqların yolu minalanıb. Hətta dünyada nadir arxeoloji qazıntı əraziləri də minalanıb. Müharibədən sonra ən vacib məsələ azad edilmiş ərazilərin minalardan təmizlənməsi Azad olunmuş torpaqların minalaması tamam fərqli mətləblərdən xəbər verir.dir. Heç də bütün müharibələrdə məğlub olan tərəf bu qədər mina arsenalını “səpib “ getməyib. Ermənilərin məğlub olması və geniş minalanmış ərazilər buraxmasının mahiyyətinə vardıqda məlum olur ki, erməni əvvəldən işğalçı olduğunu bilirdi. Onu da bilirdi ki, işğal etdiyi torpaqların sahibi gələcəkdir. Torpağın sahibinin qarşısında dura bilməyəcəyi də ona məlum idi. Ona görə də mənfur xarakterini ortaya qoyan ermənilər çox böyük ərazini minalamışlar. Bu da haydalizmin bir təzahür formasıdır. Dünyann heç bir barbar xalqı bu formada vəhşilik, dağıdıcılıq və mədəniyyət düşmənçiliyi edə bilməzdir. Haydalizm nəticəsində böyük bir coğrafiyanın insanlarının döğma torpaqlarında yaşamaq hüququ məhdudlaşdırılıb. Hətta böyük bir coğrafiyanın heyvanat aləmi belə yaşamağa imkan verilməmiş və minalara düşərək məhv olurlar. Budur Haydalizmin yeni təzahür forması. Bu şəkildə total minalanma praktikası dünya müharibə tarixində olmamışdır. Bir il bundan əvvə Azərbaycannın mütəxəsisləri minalanmış əraziləri təmizləməyə də başladılar. Onu da qeyd etməliyik ki, hər yer minalandığı üçün onların təmizlənməsi də asan başa gəlməyəcədir.
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi tərəfindən 2021-ci ilin ötən dövründə Azərbaycan Respublikasının 97 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb”.
Azad edilmiş ərazilərə sahib olmaq üçün ikinci mərhələdə ərazilər minaaradan təmizlənməlidir. Burada da Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığı köməyə çatdı. Azərbaycan və Türkiyənin minatəmizləyənləri birlikdə fəaliyyətə başladılar. Azərbaycan və Türkiyə nə qədər ərazini minalardan təmizləyib? Minalanmış ərazilərin təmizlənməsi ilə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri məşğul idi. Qeyd etdik ki,, ərazi böyük olduğu üçün Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin gücü çatmırdı. Buna görə də qardaş Türkiyə respublikasından kömək alınması vacib idi. Buna görə də Türkiyənin hərbi istehkamçıları da Qarabağda ermənilərin 30 illik işğalından azad edilən torpaqların minalardan təmizlənməsi prosesinə cəlb edildilər.Burada əslində bir sıra məsələlər var idi. Azərbaycan Türkiyə minaları zərərsiləşdirənlərin vəzifəsi çox mürəkkəbdir. Azərbaycan ilə Türkiyə birgə azad olunmuş ərazilərin minalardan təmizlənməsini həyata keçirirlər. Lakin burada başqa bir məsələ də vardır. Azad edilmiş ərazilərin partlamamış döyüş sursatlarından təmizlənməsi işlərini həyata keçirirlər.
Çox maraqlı olan məsələlərdən biri də dünya tarixində analoqu olmayan məsələ-haydalizmin təzahür forması olan yolların başdan başa minalanmasıdır. Yolların minalanmasında məqsəd azad olunan ərazilərdə yollardan istifadə edilməsiə imkan vermir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən verilən məlumata görə, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə yollar minalardan təmizlənir. Bundan başqa vacib məsələlərdən biri də azad olunan ərazilərdə fəaliyyət göstərəcək bölmələrin fəaliyyətini təmin etməkdir. Həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrin mövqeləri istiqamətində yeni təminat yollarının çəkilməsi üzrə mühəndis işləri icra edilir.
Noyabrın 22-dən dekabrın 2-dək yalnız Tərtər-Goranboy rayonları istiqamətində yeni yolların çəkilməsi zamanı qarşı tərəfdən qurulmuş Ermənistan istehsalı olan 537 ədəd piyada əleyhinə, 101 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
İşğaldan azad olunmuş ərazilərdə mühəndis-istehkam bölmələri tərəfindən bu günədək ümumilikdə 13 177 hektar ərazi minalardan təmizlənib, 616 kilometr yol çəkilib, 16 860 mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib.
Yaşayış məntəqələrinin, əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına verilən Türkiyənin Milli Müdafiə Nazirliyinin tabeliyində olan ASFAT AŞ şirkəti tərəfindən istehsal olunan “MEMATT” (Mexanik Mina Təmizləmə Təchizatı) texnikaları da cəlb edilib.
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar Müəllimi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir