KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Həsənbala Sadıqov: TARİX İBRƏTXANƏDİR-İBRƏT ALMAYANI AĞIR CƏZALANDIRIR

Həsənbala Sadıqov: TARİX İBRƏTXANƏDİR-İBRƏT ALMAYANI AĞIR CƏZALANDIRIR

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
168 0

Tarixi hadisələr heç vaxt köhnəlmir. Bəşər tarixinin sərvəti olaraq tarixləşir. Məkan olaraq dünya coğrafiyasının bir nöqtəsində gerçəkləşən uğurlu hərbi əməliyyatlar ilk olaraq onu həyata keçirən qalib xalqın tarixİ mülkiyyəti olur. Başqalarının öyrənmək və istifadə etmək istədikləri tarixi hadisələr ölkə çərçivəsindən kənra çıxır  bəşəriləşir.Başqa xalqlar da mübarizələrində bu kimi səhifələrdən-hərbi əməliyyatların müxtəlif cəhətlərindən istifadə edirlər.

         Dünya xalqlarının müharibə tarixində örnək olan, dəfələrlə istifadə olunan hərbi əməliyyatlar nümunəsi vardır. Azərbaycan da tarixintorpaqlarımızın azad edilməsi prosesində nadir hərbi əməliyyatları dünya hərb tarixinin qızıl fonduna yazmışdır.

         Rusiyalı ictimai xadim, ekspert, jurnalist Maksim Şevçenko qeyd edirdi ki, hərbi əməliyyatların ensiklopediyasında artıq “Azərbaycanın hərbi əməliyyatı” xüsusi olaraq qeyd edilmişdir. Hərbi ekspertin xüsusi ilə bitərəf hərbi ekspertin yanaşmasıçox maraqlıdır. O. tam əminliklə, bir dünya şöhrətli hərbi ekspert kimi qeyd edir ki, “Azərbaycanın hərbi əməliyyatı müharibələr tarixində yerini alacaq.” Hadisələrə obyektiv yanaşan ictimai xadim Rusiya prezidenti yanında vətəndaş cəmiyyəti və insan hüquqlarının inkişafı Şurasının üzvü, politoloq “Hazırda bütün sahələrdə–siyasi, iqtisadi, hərbi – mövcud olan ən mürəkkəb məsələ Qarabağ məsələsidir”. deyirdi. Rusiya informasiya məkanındakı az sayda şəxslərdən biri olan M.Şevçenko alternativ məlumat mənbəyi kimi çıxış edərək Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini müdafiə etdi.

               O, azərbaycanlıların neçə min illərlə Dağlıq Qarabağ və Ermənistan ərazisində yaşamasına baxmayaraq, bu ərazilərdən qovulduğunu xatırlayırdı.” Maksim Şevçenko qeyd edir ki, müasir Azərbaycan müharibəyə hazırlaşmır, bir sıra beynəlxalq tədbirlər keçirərək dinc həyat tərzi sürür.Jurnalist erməni “işğalı və Azərbaycanın ərazi bütövlüyünün bərpası zərurəti barədə açıq şəkildə dəfələrlə və çox vacib məclislərdə, televiziya radio məkanında danışmışdır.

      Maksim Şevçenko erməniləriin xarici dövlət və təşkilatlardan asılı olmasının kökünü çox düzgün açıqlayıb. Ermənilər “xaricdən nəsə istəməyə məcbur olurlar və bu, asılılığa səbəb olur” yanaşması çox klassikdir. Bütün zamanlar üçün keçərlidir.

        Ekspertə görə “Ermənistanda hakim partiya yalnız son vaxtlara qədər terrordan siyasi məqsədlərini həyata keçirmək üçün istifadə edən daşnaklarla ittifaq halında seçkilərdə qələbə uunda mübarizə apara bilər.” Burada çox maraqlı məsələlərə məhşur ekspert aydınlıq gətirir. Bunlardan vacibi Ermənistanda hakim partiyanın müttəfiqi məsələsidir. Hakim partiyanın əsas müttəfiqi daşnaklardır. Belə halda xalq deyir:”Döstunu,müttəfiqini mənə göstər sənin kim olduğunu deyim.”Daşnakların siyasi portretində göz önünə gələn “onların terrordan siyasi məqsədlərini həyata keçirmək üçün istifadə etmələridir.”

        Ekspertə görə Paşinyanın kapitülyasiya aktına qol çəkməsi minalanmış ərazilər xəritəsini Azərbaycana verməli olduğunu qanun səviyyəsində hamıya bəyan edir. “Erməni tərəfi minalanmış ərazilərin xəritələrini təqdim etmirsə” bu onun müqavilələr imzalamasına baxmayaraq beynəlxalq diplomatik etibarsızlığını dünya qarşısında bir daha təsdiq edir. Hərbi ekspert  Şevçenko bundan sonra görülməsi vacib olan tədbirləri müəyyən edir.bu halda Azərbaycan hərbçiləri, rusiyalı sülhməramlılar xarici mütəxəssislərdən kömək etməyə hazır olanlarla birlikdə ərazilərin minalardan təmizlənməyə özləri başlamalıdırlar.

      Hərbi ekspert Qafqaz ətrafında olan dövlətlərin sülh platformasında birləşməsini çox vacib sayır. “Bu əslində ortaq gələcək üçün bir fürsətdir” Ekspertin Dinc Böyük Qafqaz və onun ətrafı yeni bir fikri bu regionda gərginliyin azaldılmasına xidmət edəcəkdir.Ermənilər  21-ci əsrdə qətiliklə qəbuledilməz olan hər cür şovinist düşüncələrdən uzaqlaşmasalar onlar yeni faciələrə imza atmış olacaqlar.Mixail Şevçenko “ortaq bir Qafqaz evinin inşasına” çağırır.

        Ermənilərin heç bir tarixi əlaqəsi olmayanQafqaza gəldikləri gün bəllidir. Qeyd olunan hadisəyə aid 150 il abidəsi qoyduqları halda “nağıllardan” faydalanaraq Ermənilər təkrar-təkrar “minillik tarixlə” verilmiş hansısa müqəddəs haqqlardan danışırlar.Özlıərindən başqa “minillik müqəddəs haqqlardan” dünyada kimsənin xəbəri yoxdur. İşğalçı Ermənistan cəzalanmamaq stajı ona imkan verir ki, əfsanələr dünyasında yaşamağa davam etsinlər.

     Eyni zamanda buna görə də Ermənistan dünyanın mötəbər təşkilatı BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini mənasız kağız parçaları adlandırırlar.Nə qədər gözəl demiş:” Sülhə çatmağın yeganə yolu işğal edilmiş vətənini azad edən Azərbaycan ordusunun keçirdiyi hərbi əməliyyatlarından keçir.”Azərbaycan hakimiyyətinin dünyanın təsdiq və təqdir etdiyi humanizm ondan ibarətdir ki, heç vaxt ermənilər Qarabağı tərk etsinlər demədi. Ermənistan ordusunun Qarabağdan çıxmasını tələb edirdi.

       Ermənistan tərəfindən müharibədən uzaq ərazidə yerləşən Gəncənin atəşə tutulması–Hitlerin fəaliyyətinin analoqudur. Hitler məğlub olduğunu qəbul etdikdən sonra gözlənilməyən və imkansız istiqamətlərə zərbə endirməyə başladı. Mütəxəsislər qeyd edirlər ki, bütün bunlar Hitler tərəfindən tamamilə terror məqsədi ilə edilirdi. Çünki bu tamamilə başa düşülən idi ki, erməni ordusu əsas cəbhədə darmadağın edildiyi halda onlar Azərbaycanın başqa ərazilərinə Gəncəyə çıxmaq imkanlarına malik deyildilər. İkinci Qarabağ müharibəsində Gəncəyə raketin atılması Xocalının davamı idi: Xocalı yaddaşı sadəcə kədərli gün deyil, həm də bizim mübarizəmizin davam etməsidir” qeyd edir görkəmli ekspert. Erməni liderləri havadarları qarşısında timsah göz yaşı tökür,“xalqımızı yeni bir “soyqırım” təhdid edir bəyanatını verirdilər.

        Rusiyalı politoloq Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etmək gücündə olduğunu dilə gətirib: “Fikrimcə, Azərbaycan Ordusu ölkəsinin suverenliyini tam şəkildə bərpa etməklə dövlət sərhədinə çıxıb onu bütövlükdə nəzarətə götürür. Müəllifin fikrincə:” “Azərbaycan ordusu Erməni ordusunun müqaviməti demək olar ki, tamam ilə aradan qaldırmışdır. Azərbaycanın bu hərbi əməliyyatı dünyada müharibələr tarixində yerini alacaq”.

Professor Həsənbala Sadıqov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Azərbaycan

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir