KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Həsənbala Sadıqov: LAÇIN YOLUNDA NƏZARƏT-BURAXILIŞ MƏNTƏQƏSI –TERRORA “YOX!” DEYIR

Həsənbala Sadıqov: LAÇIN YOLUNDA NƏZARƏT-BURAXILIŞ MƏNTƏQƏSI –TERRORA “YOX!” DEYIR

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
159 0

          

       Artıq bu gündən kütləvi informasiya vasitələrində birinci xəbər haqqını Laçın-Xankəndi yolunda nəzarət buraxılış məntəqəsinin qurulması qazanmışdır. Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da müxtəlif yerlərdə sərhəd-nəzarət buraxılış məntəqələri qurulmuşdur. Hazırda Azərbaycan Respublikasının sərhəd-nəzarət buraxılış məntəqələri ilə əlaqədar siyasəti ondan ibarətdir ki, qeyd olunan təsisatların fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

        Qeyd edək ki, nəzarət-buraxılış məntəqələrinin yaradılması ilə bağlı məsələ Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti, ABŞ dövlət katibi və Ermənistanın baş naziri arasında keçirilən görüş zamanı müzakirə edilib. Prezident İlham Əliyev tərəfindən Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin qurulması təklif edilib. Rəsmi Bakı bəyan edib ki, beynəlxalq tərəfdaşlar bu təklifə müsbət yanaşır və mahiyyətini anlayırlar.

        Əslində sərhəd-nəzarət buraxılış məntəqələrinin təşkil olunması birinci olaraq miqrasiya prosesləri ilə məşğul olan təşkilatların fəaliyyətinin əlaqələndirilməsidir. Miqrasiyalar fərqli formalarda ola bilir. Qanuni və qeyri qanuni miqrasiyalar dünyada mövcuddur. Bütün ölkələr qanuni miqrasiyaya yaşıl işıq yandırdıqları halda, qeyri qanuni miqrasiyada həyacan siqnalı verirlər.

        Ölkəyə giriş-çıxış əməliyyatlarının beynəlxalq təcrübəyə uyğunlaşdırılmasının təmin edilməsi də çox mühüm tələblərdən biri hesab edilir. Ona görə ki, beynəlxalq təşkilatlarla əməkdaşlığın möhkəmləndirilməsi və dövlətlərarası münasibətlərin tənzimedilməsində vacib şərtdir.

       Əslində sərhəd-nəzarət buraxılış məntəqələrinin təşkil olunması ermənilərin sıxışdırılması deyildir. Bu tədbir Laçın Xankəndi bölgəsində təhlükəsizlik limimitinin beynəlxalq standartlarda təşkil edilməsidir.Azərbaycan süverenliyinə qarşı hər cür müdaxilənin qarşısını almaq üçün Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurdu. Bu haqqda məlumat verdi.

       Məntəqənin açılmasına qarşı çıxış edən erməni səlahiyyətliləri belə bir görüntü yaratmaq istəyirlər ki,Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hərəkətinə çətinlik yaradacaqdır.Bu, tam əsassız təbliğatdır. Azərbaycan rəhbərliyi, müvafiq nazirliklər Qarabaə bölgəsində yaşayan ermənilərin gəlmə və getməsini nəzərə almışlar. “Qarabağ bölgəsində yaşayan erməni sakinlərin məntəqədən hər iki istiqamətdə keçidi üçün müvafiq şərait yaradılacaq”. Xarici İşlər Nazirliyi sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə bəyanat yaydı.

        Rəsmi İrəvan Azərbaycan-Ermənistan şərti sərhədində nəzarət-buraxılış məntəqələrinin qurulması ilə bağlı təklifi məqbul hesab etməyib. Bu açıqlama bir daha göstərir ki, Ermənistan tərəfi üçtərəfli bəyanat üzrə öhdəliyini yerinə yetirməkdə maraqlı deyil. Rəsmi İrəvan yenə də Qarabağda yaşayan ermənilərin “blokada”sından geninə boluna danışırlar. Əsassız olaraq bu tədbirləri“gərgin humanitar vəziyyət “ yaradan tədbir olaraq əhəmiyyətini azaltmağa çalışırlar. Paşinyan heç bir real addım atmayaraq və əsassız olaraq “kommunikasiyaların blokadadan çıxarılması”ariyasını bütün məclislərdə göz yaşları ilə oxuyur.

            Əvvələr qanunsuz erməni silahlı dəstələri Laçın yolundan istifadə edərək Ermənistandan qanunsuz hərbi daşımalar həyata keçirib. Ermənistanla sərhəd olan bir neçə strateji hakim yüksəklikdə ordumuz yerləşib. Həmin mövqelərdən də Ermənistanın Gorus rayonu ərazisini və qeyri qanuni miqrasiyanı rahatlıqla müşahidə edə bilirik”.Erməni terrorunun qanlı tərcümeyhalında mühüm rol oynayan qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazisindən tamam ilə çıxarılmalıdır. Beynəlxalq tərəfdaşlar bu təklifə müsbət yanaşsa da Ermənistanın ilkin reaksiyası mənfi oldu. Nəzarət-buraxılış məntəqəsi yaradılmasa, erməni təxribatları daha geniş miqyas alacaq. Ermənistan öhdəliklərinə zidd olaraq Azərbaycan ərazilərindən silahlı qüvvələrini çıxarmır, mina təhdidlərini davam etdirir.

       Son beynəlxalq məlumatlara görə Azərbaycan tərəfi Ermənistanla sərhədin Laçın rayonundan keçən hissəsindən nəzarət-buraxılış məntəqəsini quraşdırıb.Ərazidəki ümumi vəziyyətə nəzarət Azərbaycanın tərəfindədir. Mənəvi, psixoloji, hərbi və siyasi, diplomatik üstünlüklər də Ermənistanın inkar etməsinə baxmayaraq Azərbaycan tərəfindədir. Rəsmi Bakının öz suveren ərazisində təhlükəsizliklə bağlı bütün lazımi addımları atmağa tam haqqı çatır.

Professor Həsənbala Sadıqov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir