KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Həsənbala Sadıqov: Ermənistanın azad edilmiş əraziləri minalaması – beynəlxalq hüquqda cinayətdir

Həsənbala Sadıqov: Ermənistanın azad edilmiş əraziləri minalaması – beynəlxalq hüquqda cinayətdir

Kafkassam Editör Kafkassam Editör - - 17 dk okuma süresi
322 0

Hal hazırda beynəlxalq təşkilatların dövlətlərin qonşuluq münasibəi ilə əlaqədar qəbul etdiyi qanunlar var. BMT-yə daxil olan bütün dövlətlər -bütün üzvlər beynəlxalq əlaqələrində hər hansı bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə və ya Birləşmiş Millətlər Təşkilatının məqsədlərinə zidd olan hər hansı bir təhlükə və ya güc tətbiqindən çəkinməlidirlər. Bu qeyd olunanlar haqqında BMT Nizamnaməsinin 2 (4)-cü maddəsində göstərilir. Amma qəbul ediməlidir ki, Ermənistanın işğalçı özəlliyi ondan ibarətdir ki, üzv olduğu beynəlxalq təşkilatların tələblərini yerinə yetirmir. Bütün qonşularına qarşı az və ya çox dərəcədə torpaq iddiası var.
Mən hər dəfə Ermənistanın azad edilmiş ərazilərimizi minalamasına aid məsələlərə yanaşdıqda çox qəribə yanaşmalar meydana çıxır. Burada birinci məsələ ondan ibarətdir ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dünya tarixində işğalçılığın yeni səhifəsidir. Kim deyirsə ki, müharibə dağıdır. Heç bir qanunu yoxdur səhv edirlər. Müharibənin qanunları vardır. Lakin əsas həqiqət ondan ibarətdir ki, ermənilər üçün heç bir müharibə qanunu və beynəlxalq hüquq yoxdur. Landmine Monitor Report nəşrinə görə, Qarabağda minalanmış ərazilərin ümumi sahəsi 350 kv km-dən 830 kv km-dək ola bilər.( BBC News Azərbaycanca 4 Iyun 2021)
İkinci Qarabağ müharibəsinin başa çatmasından artıq yeddi aya yaxın vaxt keçsə də, hərbi qarşıdurmanın əsas elementlərindən biri olan minalanmış sahələr problemi aradan qaldırılmayıb: azad olunmuş torpaqlarda ölən və yaralananların statistikası artmaqda davam edir.
Bu hadisədən öncəki məlumatlara görə, İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra işğaldan azad olunmuş əraziləridə minalara düşmə nəticəsində 21 nəfər Azərbaycan vətəndaşı həlak olub, 85 nəfər ağır yaralanıb. Əslində Ermənistanın kapitülyasiya aktına imza atandan sonra “müharibəni” fərqli müstəvidə davam etdirməsidir.
Minalar Əleyhinə Azərbaycan Kampaniyası təşkilatının bildirdiyinə görə, ümumilikdə bu il ərzində Azərbaycanın 59 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.
“İşğaldan azad olunmuş ərazi çox böyükdür, minalarla və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi həddindən artıqdır. Bundan başqa ən əsas amil, bu ərazilərdə hələki heç bir təhqiqat aparılmayıb. Ona görə də hal-hazırda müddət bildirmək mümkün deyil”, Minalardan azad etmək Biz işğal olunan torpaqları Ermənistandan azad etdik. İndi əsas vəzifə Ermənistandan azad edilmiş tarixi Azərbaycan torpaqlarını minalarda və başqa təhlükəli ünsürlərdən azad etməkdir.
Buna baxmayaraq, yaşamaq hüququ, işgəncədən, qeyri-insani və ləyaqəti alçaldan rəftardan azad olmaq kimi müəyyən insan hüquqları heç vaxt kənara qoyulmur. Bunlar, dövlətin təhlükəsizliyinin risk altında olmasına baxmayaraq, yenə də mühüm və əsaslı sayılırlar.
Beynəlxalq sənədlərdə hətta müharibə edən tərəfin belə insanların yaşamaq hüququna təcavüz etmələri də çox böyük cinayət hesab edilir. Ermənistan 30 il davam edən siyasətini davam etdirmişdir. Hətta 30 il işğalda saxladığı əraziləri Azərbaycanın Vətən müharibəsindəki qələbəsi ilə azad etməyə məcbur olduqda belə insanların yaşamaq hüququna qarşı əvvəllər dünya praktikasında rast gəlmədiyimiz birbaşa təhlükələr yaratmışdır. Buna görə də Ermənistanın işğaldan azad edilən torpaqlarda davranışında İnsan Hüquqları üzrə Avropa Konvensiyasının yaşamaq hüququnu təmin edən 2-ci maddəsini pozduğunu müəyyən edirik. Bu çox ciddi ittihamdır və inanıram ki, Azərbayvcanın səlahiyyətliləri faktları beynəlxalq təşkilatlara təqdim edəcəklər. Hal hazırda qüvvədə olan və çox ciddi yanaşılan konvensiyanı imzalamış olan bütün regionda effektiv nəzarətə malik olduğunun aşkar olunmasında çox mühüm işdir.
Digər işlərdə isə Ermənistanda Azərbaycandan olan məhkumların işğalçı ölkənin həbsxanalarda saxlanılan zaman azərbaycanlıların işgəncələrə məruz qaldığı da çox mühümdəlillərlə, xüsusi ilə də ermənilərin hərbi əsir və terrorçuları n məhkəmələrdə ifadələri ilə müəyyənləşdirilmişdir.
Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərdəki müharibəsinin bir xüsusiyyəti də ondan ibarətdir ki, onda eyni zamanda terrorizm də mövcud olmuşdur. Həm müharibə, həm də terrorizm-hər ikisi də həddindən artıq zorakılıq hərəkətlərini əhatə edir. İkisi də siyasi, ideoloji və ya strateji məqsədlər ilə motivasiya edilir. İkisi də bir qrup şəxs tərəfindən digərinə qarşı edilir. Nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, hər birinin nəticəsi təcavüz olan coğrafiyanın əhali üçün qorxuludur, çox halda həddən artıq faciəlidir. Müharibələr dünya müharibə tarixi təsdiq edir ki, daha geniş yayılmağa meyllidir. Daha da dağıdıcı ola bilir. Ona görə ki, müharibə daha çox orduları olan dövlətlər və onların əlində olan böyük silahlar vasitəsilə həyata keçirilir.
Ermənilərin işğalçılıq tarixinin ən faciəli cəhəti ondan ibarətdir ki, zorakı bir kampaniyanı müharibə və terror formasında birlşdirə bilir.İşğalçılq müharibəsinə tam əsassız olaraq vətəndaş müharibəsi adlandırırlar., Üsyançılığı= özünümüdafiə, öz müqəddəratını qanuni təyin etmə və ya başqa bir hal kimi qiymətləndirilməyə çalışırlar.
İşğal başa çatdıqdan sonra Ermənistanın gizli fəaliyyəti və hərəkətləri azad olunmuş bölgədə yaşaq haqqı olan insanlara qarşı çevrilmişdir. Ermənistan bu hərəkətləri ilə ümumi ictimaiyyətə, insan qrupuna qarşı çox halda qarşısının alınması çox çətin olan tədbirlər təşkil edirlər. İstər əhali qrupuna, istərsə də xüsusi bir şəxsə qarşı siyasi məqsədlərlə istənilən şəraitdə edilən terror hərəkətlərinə heç bir halda bəraət qazandırmaq olmaz. Bu hala insanların azad edilmiş arazilrdə yaşanılması mümkün olmayan şərait yaradılmasına bəraət qazandırmaq qətiyyən mümkün deyildir. Beynəlxalq hüquqda bununla əlaqədar qeyd edilir ki, Ermənistanın azad edilmiş torpaqlarda məqsədli olaraq həyata keçirdiyi beynəlxalq qanunlara zidd əməllərini çox halda üçün hər hansı siyasi, fəlsəfi, ideoloji amillərlə əsaslandırmağa çalışırlar. Eyni zamanda Ermənistanın hərəkətlərində irqi, etnik, dini və digər ünsürlərin əsassız olaraq cəlb olunmasına geniş yer verilir. Beynəlxalq hüquq bir mənalı olaraq zorakılıq və azad edilmiş ərazilərdə diversant qruplardan istifadə edilməsi və onu əsaslandırmaq üçün istifadə edilən faktlar və yanaşma əsassızdır.
Məsələn azad edilmiş ərazilərdə saysız hesabsız minalar basdırılması, xəritəsinin də verilməməsi və ya səhv verilməsi də əslində məğlub olduğu müharibəni yeni forma və vasitələrlə davam etdirilməsi hesab edilməlidir. Faktiki olaraq Ermənistan azad olunmuş Azərbaycan torpaqlarında gizli şəkildə olsa da terror aktını davam etdirir. Məsələn, Ermənistan işğalından azad edilmiş Azərbaycan torpaqlarda ata babadan o torpaqlarda yaşamış və işğal dövründə o böləni tərk etməyə məcbur olan vətəndaşlara qarşı minalardan istifadə etməyə başlayır. Minaların azad edilmiş ərazilərdə basdırılması Azərbaycan hökümətinə təzyiq göstərmək üçün ictimai rəyi dəyişdirməyə hədəflənir.
Ermənistan Respublikasının azad olunmuş Azərbaycan torpaqlarındakı hərəkətləri beynəlxalq qanunlar tərəfindən-zorakılıq və ya zorakılıq təhdidini əhatə etməsidir. Ermənistan” etdim oldu” kimi yox, beynəlxalq təşkilatlar qarşısında cavab verməlidir.
Ermənistan azad edilmiş Azərbaycan torpaqlarında fəaliyyəti-minalama, diversantlar göndərmək, hətta ağacları minalaması o bölgəyə qayıtmaq istəyən çox sayda olan insanlara qarşı çevrilmişdir Ermənistanın bu hərəkətləri dünya dövlətləri, siyasi liderlər və təhlükəyə məruz qalan insanlar tərəfindən qəbuledilməz terror aktı olaraq qəbul edilir. “Hərəkəti məqsəd doğurur” prinsipi ilə yanaşsaq məlum olar ki, Ermənistanın hazırladığı kompleks terrorçuluq tədbirləri, onun yönəldiyi şəxslər arasında qorxu yaradır və siyasi məqsədlər üçün istifadə etməyə çalışır. Aad edilmiş torpaqlarda Ermənistanın geniş və ya məhdud şəkildə həyata keçirdikləri BMT Cinayət Departamentinin 1991-ci il hesabatı terror aktları =müharibənin sülh zamanında ekvivalenti hesab edilir.
Yuqoslaviyanın dağılmasından sonra öz ərazisinin bütövlüyü uğrunda müharibə aparmış Xorvatiyada ərazilərin minalardan təmizlənməsi 20 ilə başa gəlib, Mozambikdə analoji iş 23 ilə görülüb.
Ukraynalı hərbi ekspert Mixail Jiroxova görə isə, “minalardan təmizləmə işinə sərf olunan vaxt müharibənin davam etdiyi müddətdən təxminən 5 dəfə çox olur.”
Rusiyanın mina zərərsizləşdirən “Uran-6” maşını BMT-nin dəyərləndirməsinə əsasən, bu gün dünya boyu 70-dək ölkədə basdırılmış minaların ümumi sayı 100-120 milyon civarındadır.
Hər gün orta hesabla dünyada 70-dək insan minaya düşür, minalardan zərər çəkmiş hər 3 nəfərdən biri isə uşaqdır.Minalanmış ərazilərdə təsərrüfat fəaliyyəti aparmaq mümkünsüzdür, bu isə ərazisi kiçik, əhalisi sıx olan ölkələrin rifahına öz təsirini göstərir.
1996-cı ildə BMT-nin təşəbbüsü ilə humanitar məqsədlə “minalardan təmizləmə əməliyyatları üçün beynəlxalq standartlar” işlənib hazırlanıb. Bu standartların ərazilərin təmizlənməsi keyfiyyətinə dair əsas tələbi belədir: 20 sm-dək qalınlığı olan torpaq təbəqəsinin 99,6 faizi mina və partlayıcı maddələrdən təmiz olmalıdır.
Mütəxəssislərin fikrincə, mövcud texnologiyalardan istifadə edərək, bütün planetin minalardan təmizlənməsi təxminən 1000 il çəkə bilər və 65-100 milyard dollara başa gələcək.Ukraynalı hərbi ekspert Mixail Jiroxovun yazdığına görə, bir minanın aşkar edilib zərərsizləşdirilməsi 1000-5000 dollar məbləğə başa gələ bilər.
Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan, ötən ilin 44 günlük müharibəsi dövründə Rusiyanın İsgəndər raketlərinin yalnız 10 faizinin işlək olduğunu qeyd etmişdi. Lakin sonradan Paşinyan dediklərinə düzəliş edərək, hərbçilərin ona “qeyri-dəqiq” məlumat verdiklərini də qeyd edib.
Hər bir ölkə hərbi əməliyyatlar apardığı zaman həmin ərazidəki hərbi xəritələrdə öz minaladığı ərazilərin yerini göstərir. Hücum və ya müdafiə vaxtı bu minalanmış ərazilərin xəritəsindən istifadə edilir. Məsələn, bir hissə təmizlənir və ordu həmin ərazidən keçib hücuma gedir.
Müharibə başa çatdıqdan sonra minatəmizləmə ilə məşğul olan Azərbaycan müharibədən öncə mövcud olmuş təmas xətti boyu və işğalda olan ərazilərdəki minalanmış ərazilərin xəritəsini Ermənistandan tələb edib.
”Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var”, Prezident İlham Əliyev bildirib. Amma son hadisələr göstərdi ki, hamanistlik edən azərbaycan höküməti hətta cinayət etmiş əsirləri belə Ermənistana verir. Lakin Ermənistanın verəcəyi mina xəritələrinin real vəziyyəti nə dərəcədə əks etdirəcəyini qəbul etmək çox çətindir. Allahnan yalan danışanlar bəndəyə necə düz sözlər söyləyə bilərlər?
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar müəllimi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir