KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Həsənbala Sadıqov: Ermənilərin Qarabağ və ətraf rayonlarda qadağan olunmuş silahlardan istifadəsinə dair

Həsənbala Sadıqov: Ermənilərin Qarabağ və ətraf rayonlarda qadağan olunmuş silahlardan istifadəsinə dair

Kafkassam Editör Kafkassam Editör - - 18 dk okuma süresi
256 0

Ölkələr arasında həmişə deyilir ki, sülh müharibədən çox yaxşıdır və həmşə arzu olunandır. Lakin dünyada olan ölkələr heç də bütün zamanlarda bir–biri ilə sülh şəraitində yaşaya bilmirlər. Nəticədə müharibə baş verir. Dünyanın hər hansı bir yerində müharibənin olmaması olmayacağına təminat vermir. Buna görə də dünyada olan beynəlxalq təşkilatlar tənzim etmək zor olsa da müharibənin də qanunla aparılmasına nəzarət edirlər. Deməli müharibənin də qanunları olmalı, işləməli və yerinə yetirilməsinə beynəlxalq təşkilatlar tərəfindən nəzarət edilməlidir. Beynəlxalq təşkilatların vəzifəsi dünyanın harasında olmasından asılı olmayaraq müharibə edən tərəflərin qanunlara riayyət etməsini nəzarətdə saxlamalıdır.
BMT Katibliyinin hesablamalarına görə hər il minadan 25 min nəfər ölür və ya şikəst olur. 100 milyondan artıq mina 64 dövlətin ərazisində torpağa basdırılmışdır. Onların təhlükəliliyi bir də ondadır ki, fəal hərbi əməliyyatlar başa çatdıqda belə onlar öz təhlükəliliyini uzun müddət saxlayır. “Minaların, mina-tələlərin və digər qurğulann tətbiqinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında’’ II Protokolun əsas mənası məhz bu təhlükəni minimuma endirməkdən ibarətdir. Protokol kombatantları da bə’zi növ mina tələlərdən mühafizəsini nəzərdə tutur.
Hətta qədim tarixdə də yunanlar primitiv şəkildə olsa da kimyəvi silahlardan istifadə etmişdilər. Dünyada uzun illərdir ki, “yay-ox” dövründən başlayaraq dağıdıcı silahlardan istifadə edilməsinə mane olmağa və ölkələri razılığa gəlməyə çağıranlar olmuşdur. Lakin çox halda uğursuz olmuşdur. Əgər qarşısını almaq uğurlu olsa idi, onda Yaponiyaya atom bombası atılmazdır. Yalnız XX əsrdə-II Dünya müharibəsindən sonra bəzi növ silahların qadağan olunmasına hərtərəfli razılaşdırılmışdır.
Beynəlxalq təşkilatların xüsusən ATƏT Minsk qrupunun Qarabağı 30 il işğalda saxlayan Ermənistana qarşı münasibəti aydındır və müzakirə mövzusu deyildir. Qarabağın Azərbaycan respublikası tərəfindən azad edilməsinə qarşı mübarizə aparan Ermənistan respublikası yalnız işğalçı deyildir. O eyni zamanda Beynəlxalq təşkilatların qadağan etdiyi silahlardan istifadə etdiyini də daima nəzarət altında saxlanmalıdır. Digər bir məsələ də işğalçı Ermənistanın qadağan olunmuş silahlardan istifadə etməsinə vaxtında reaksiya verməli, hər iki tərəfdən insan təlafatının və əvvəlcədən müəyyən edilə bilinməyəcək dağıntıların qarşısını almalıdırlar.
Qarabağda Azərbaycan respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Dəmir Yumruq” əməliyyatı qələbə ilə başa çatmışdır. Prezidentin qeyd etdiyi kimi, indi ikinci dövr-postmünaqişə dövrü başlanmışdır. Postmünaqişə dövründə qarşıda duran ən mühüm vəzifə ərazinin minalardan təmizləyib təhlükələrin aradan qaldırılmasıdır. II Mərhələdə Ermənistan işğalından azad etdiyimiz ərazilərə sahib olmağımızdır. Lakin ərazilərdə sərbəst hərəkət etmək mümkün deyildir. Mövcud reallığı nəzərə almayanları minalar tez-tez “cəzalandırır.” Ona görə də Qələbədən 10 ay keçmsinə baxmayaraq Ermənistan “mina xəritəsi-əsirlər” mübadiləsini gerçəkləşdirsə də yanlış xəritələr verir. Yenə azad edilmiş ərazilərin müxtəlif yerlərində minalar partlayır, təlafat və dağıntılar var .
Bu prosesdə ortaya çıxan ən muhüm məsələlrdən biri Ermənistanın 30 il işğal altında saxladığı ərazilərdə istifadə etdiyi silahların kateqoriyasdır. Silahların kateqoriyasını müəyyən edən mütəxəsislərErmənistanın beynəlxalq tələblərə məhəl qoymadığını müəyyən etmişdir. 2021-ci il iyulun 3-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi(ANAMA) işğaldan azad edilmiş ərazilərdə yoxlamalar keçirmişdir. Ermənistan işğal etdiyi ərazilərdə çox sayda silah-sursat anbarları yaratmış və onları müxtəlif mənbələrdən gələn kömək hesabın müxtəlif kateqoriyalı silahlarla doldurmuşdur. Nəticə bundan ibarət olmuşdur ki, Azərbaycan respublikası tarixi torpaqlarımızı işğaldan azad edərkən imkan tapıb silah-sursat anbarlarını apara bilməmişdilər. Nəticədə bir sıra yerlərdə Ermənistanın işğal dövründə qurduğu silah-sursat anbarları və ya silahların qalıqları Azərbaycan tərəfin əlinə keçmuşdir. Ona görə də Azərbaycan respublikası ANAMA vasitəsi ilə ermənilərin silah-sursat anbarlarnda ciddi tədqiqat aparmışlar. “İyulun 3-də ANAMA tərəfindən Cəbrayıl rayonu ərazisində keçmiş silah-sursat anbarının təmizlənməsi əməliyyatları zamanı 157 ədəd partlamamış hərbi sursat (PHS), 1185 ədəd müxtəlif çaplı patronlar, 5 kq partlayıcı (TNT) və 17 ədəd ağ fosfor tərkibli 82 mm-lik minaatan mərmiləri aşkar edilib. Bu qeyd olunanlar sadəcə statistika deyildir. Bu, dünya tərəfindən işğalçı olaraq tanınan Ermənistanın beynəlxalq silah standartlarına riayyət etmədiyini göstərir. Əgər irəlidə gətirilən faktlara diqqətlə yanaşsaq məlum olar ki, qadağan olunmuş silahlardan istifadə etdiyi üçün Ermənistan beynəlxalq təşkilatlar tərəfindən cavabdehliyə cəlb edilməlidir. Ermənistan 30 ildir beynəlxalq təşkilatların qadağan etdiyi silah sursatlardan istifadə etdiyi halda hələ də cavabdehliyə dəvət edilməmşdir. Əslində bu da hətta bir sıra dövlətlərin, o cümlədən də Ermənistanın törətdiyi cinayətlərə ikili standartla münasaibətin nəticəsidir.
Son zamanlarda işğaldan azad edilmiş Azərbaycan torpaqlarında ANAMA-nın apardığı tədqiqatlar bir daha Ermənistanın bütün zamanlarda, xüsusi ilə də müharibə zamanı qadağan olunmuş silahlardan istifadə etdiyini sübuta yetirmişdir”.
Hər yerdə olduğu kimi müasir müharibələrdə də statistikaya görə, itkilərin ümumi sayının onuncu hissəsi minanın üzərinə düşür. Ermənistan sanki əvvəlcədən bir gün işğal edilmiş ərazilərin azad olacağını bilirmiş kimi o əraziləri xəyalə gətirilə bilməyəcək minalarla minalamışdır.
Minaların çox böyük psixoloji təsiri var: heç bir əmr və ya hədə-qorxu əsgəri minalı əraziyə addım atmağı məcbur edə bilməzdi. Bu silah növünün insafsızlığı həm də ondan ibarətdir ki, döyüşün bitməsindən uzun illər keçəndən sonra belə dinc sakinlər onlarda parçalanmağa davam edirlər.
Son zamanlarda minaların müharibələrdə vurduğu ziyan artmaqdadır. Əgər II Dünya müharibəsindən sonrakı müharibələrdə müqayisə aparsaq artım aydın şəkildə görünər. Koreya müharibəsində (1950-1953) BMT qoşunlarının minalardan itkiləri 40%, Vyetnamda isə 60-70% təşkil etmişdir. Buna görə də beynəlxalq təşkilat bu kimi silahların xüsusi ilə də minaların tətbiq edilməsinə mane olmağa çalışmışdır.
1997-ci ildə Ottavada piyada əleyhinə minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi barədə Konvensiya imzalanıb. Bu silah qeyri-insani hesab edilmişdir. Ottava konvensiyasının qərarına baxmayaraq, qadağa hər yerdə pozulur.
2008-ci ildə Dublində kassetli sursatlarının tətbiqi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi barədə Konvensiya imzalanıb. Yeri gəlmişkən, ABŞ, Rusiya, Çin kimi kassetli sursatların iri istehsalçıları bu sazişi imzalamayıblar.
ANAMA-nın mütəxəsislərinin azad edilmiş Azərbaycan ərazisində tədqiqatı prosesində beynəlxalq təşkilatların qadağan etdiyi silahların və vasitələrin Ermənistan tərəfindən istifadə edildiyi təsdiq olunmuşdur. Mütəxəsislər qeyd edirlər ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq təşkilatlar tərəfindən qəti qadağan edilmiş “ağ fosfor tərkibli sursatlardan” mülki əhaliyə və yaşayış məntəqələrinə qarşı istifadə etmişdilər. Ermənistanın işğalçılıq tarixindən beynəlxalq təşkilatların qadağan etdiyi silahlardan istifadəsinə aid faktlar çox zəngindir. Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı 5 dəfə qadağan edilmiş fosforlu bombalardan istifadə edib. Fosforlu silahların istifadəsinin qadağan edilməsi ilə bağlı müxtəlif beynəlxalq təşkilatlarda sənədlər var.
Son araştırmalardan və mütəxəsis rəylərindən məlum olur ki, 2016-cı ilin aprel döyüşlərində Ermənistan beynəlxalq təşkilatların qadağan etdiyi silahlardan istifadə etmişdir. Aprel döyüşlərinin getdiyi ərazidə ANAMA və xarici daxili mütəxəsislərin rəyində yazılır: : “Aşkar olunan 17 ədəd ağ fosfor tərkibli minaatan mərmiləri Ermənistanın dinc əhaliyə qarşı düşmənçilik niyyətini bir daha təsdiq edir”.
ANAMA mütəxəsislərinin məlumatına görə 03.11.2020-ci il tarixində Tərtər rayonunun iki kəndi -Səhləbad və Əskipara kəndləri yaxınlığında tərkibində 3,6 kq fosfor olan 2 ədəd D4 122mm-lik top mərmisi tapılıb. Həmin ərazinin ətrafına baxış keçirilən zaman 1 ədəd də həmin mərmidən aşkar edilib. 2016-cı il aprel hadisələrindən sonra 11 may tarixində də Tərtər rayonunun Əskipara kəndi ərazisində əkin sahəsində düşmən tərəfindən atılmış bir ədəd mərmi götürülmüşdü. Goranboy rayonunun Meşəli kəndi ərazisində qadağan olunmuş mərmilər sinfinə daxil edilən bir ədəd 9E235 bombacıq aşkar olunub.
ANAMA mütəxəsisləri qeyd edirlər ki, son illərdə beşinci mərmidir ki, Ermənistan tərəfindən Azərbaycan ərazisinə atılır. “Bərdə rayonuna oktyabrın 27-28-də belə bombacıqlar atılıb. Nəticədə 25 nəfər mülki şəxs vəfat edib. Həmin mülki şəxslərə atılan mərmilər də qadağan olunmuş sursatlardan idi.
Human Rights Watch (HRW) qrupunun tədqiqatçıları 2020-ci ilin noyabrında Azərbaycana səfəri zamanı ölkənin üç rayonunda bu qəbildən olan dörd həmləni qeydə alıblar. Həmin hücumlar vaxtı iki uşaq da daxil olmaqla, ən azı yeddi mülki şəxs öldürülüb və 20 nəfərə yaxın insan, o cümlədən iki uşaq xəsarət alıb. Təşkilatın hesabatında oktyabr ayında 21 mülki şəxsin ölümü və 70 nəfərin yaralanması ilə nəticələnən Bərdə şəhərinə kasetli silahla hücumun sənədləşdirildiyi də qeyd olunur. Kasetli silahlardan istifadə etdiyini bildirilir. Belə hallardan üçünün Xankəndi və daha birinin Hadrutda baş verdiyi deyilir.
Hugh Williamson-un sözlərinə görə, həm Ermənistan, həm də Azərbaycan kasetli silahlardan istifadə etməmək barədə dərhal öhdəlik götürməli və onları qadağan edən müqaviləyə qoşulmalıdırlar. Azərbaycan rəsmiləri bildirib ki, Azərbaycan qadağan olunmuş silahlardan istifadə etmir və mülki şəxslərə qarşı hücum etmir.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun illik Hərbi Balans-2020 hesabatına əsasən, Ermənistan cəbbəxanasında kasetli sursatları atmağa qadir silahlar mövcuddur, HRW bildirir. Məlumata əsasən, Dağlıq Qarabağdakı qüvvələrin kasetli silahları olmadığı üçün, çox güman ki, hücumları Ermənistan qüvvələri həyata keçirib və ya Dağlıq Qarabağdakı qüvvələri onlarla təchiz edib
Belə ki, 8 oktyabr tarixində də Füzuli rayonunun Ağayatlı kəndi ərazisində eyni mərmi tapılıb və zərərsizləşdirilib.
2016-cı ilin Aprel döyüşləri zamanı da Ermənistan silahlı qüvvələri qəsdən və intensiv olaraq, Azərbaycanın mülki əhalisini və mülki obyektlərini ağır artilleriya və iri çaplı silahlardan atəşə tutmaqla bərabər, ağ fosfor kimi kimyəvi tərkibə malik olan mərmilərdən də istifadə etmişdi. Bundan dərhal sonra isə Azərbaycan dünya ictimaiyyətinə müraciət edərək beynəlxalq hüququ kobud şəkildə pozan Ermənistanı qınamağa çağırmışdı.
Beynəlxalq təşkilatlar ağ fosfor tərkibli minaatan mərmilərdən istifadə edilməsi beynəlxalq humanitar hüququn səlahiyyətinə daxildir. Orada xüsusi ilə qeyd edilir:”mülki əhali və yaxud mülki obyektlərə, meşələrə və ya digər əkin sahələrinə qarşı ağ fosforlu silahlardan atəş açmaq” qadağan edilmişdir.Bununla əlaqədar olaraq BMT-nin 1980-ci il “Adi silahların konkret növləri haqqında konvensiya”nın əhatə etdiyi məsələlər dairəsinə fosforlu silahlardan istifadə daxil idi. Alışdırıcı Silahların İstifadəsi haqqında Qadağalar və ya Məhdudiyyətlərə dair III Protokolu ilə qadağandır.
Lakin bu qadağanlara baxmayaraq Ermənistan Azərbaycanın mülki obyektlərini qəsdən hədəf alaraq yüksək partlayıcı gücə malik ağ fosfor maddəsi istifadə etməklə, 1949-cu il Cenevrə Konvensiyalarında tələb olunan şərtləri kobud şəkildə pozmuşdur. Mütəxəsislər qeyd edirlər ki, Ermənistanın işğal olunan yerlərin azad olunması dövründə istifadə etdiyi ağ fosforun yanma temperaturu 1200 C°-ni ötürdü.
Ermənistanın istifadə etdiyi fosforlu bomba dinc əhaliyə qarşı həyata keçirdiyi hərbi terrordur. Bu bombalardan dinc əhaliyə qarşı istifadə etmək hərbi terrorun, hərbi cinayətin tərkib hissəsindən biridir”
“Beynəlxalq qurumlar Ermənistanın qadağan olunmuş silahlardan istifadə etməsinə ciddi reaksiya verməlidir”
Professor Həsənbala Sadıqov
Azərbaycan respublikasının Əməkdar müəllimi
Azərbaycan

3

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir