KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Həsən Təkləvi:İrəvan müxbiri Dəli Aşotdan xəbər var: YAY-OX ƏN DAĞIDICI SİLAHDIR

Həsən Təkləvi:İrəvan müxbiri Dəli Aşotdan xəbər var: YAY-OX ƏN DAĞIDICI SİLAHDIR

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
314 0

Artıq son üç ayda Ermənistan mətbuatında ölkənin hərbi texnikası ilə əlaqədar müxtəlif məlumatlar verilir. Hətta bir sıra kanalların cəbhə müxbirləri çox ağır iddialar irəli sürürlər. Onların iddialarının mahiyyəti bundan ibarətdir ki, son müharibədə Ermənistanın hərbi texnikası məhv edilib. Bir sıra kanallarda fasiləsiz olaraq həyacan siqnalı çalınır. Əslində ermənilərin dostu olmadığı üçün ətrafında olanların hamısını özünə düşmən hesab edir. Etiraf edək ki, əslində düz də edirlər. Ətrafında olan bütün ölkələrə qarşı torpaq iddiasındadır. Sanki bu dünya ermənilərin baba mülküdür. İstədikləri zaman istədikləri yeri tuta bilərlər. Buna görə də belə bir işğalçı dövlətin müasir hərbi texnikadan məhrum olması çox ağır nəticələrə səbəb ola bilər. İnanıram ki, olacaqdır. Bu gün gördüklərimizə ermənilər şükr edəcəklər. Belə bir gərgin vəziyyətdə düşmən əhatəsində olan gələcəyi ilə əlaqədar ciddi social narahatlıq var. Yazıq xalq kimin qapısını döysün. Kimdən soruşsun. İrəvanda bizim dəqiq məlumat verən müxbir tanışımız var. Aşot Doğruyan. Ermənistanda doğru danışana yer olmadığı kimi ona da yer yoxdur. Bunun nəticəsidir ki, doğru danışan müxbirə Dəli Aşot deyirlər. Buna görə də əlləri hər yerən çıxan insanlar məcbur olub Dəli Aşota müraciət edirlər. Tv müxbirləri İrəvanda DƏLİ AŞOTdan “müharibə olarsa Ermənistan ordusu hansı texnikadan istifadə edəcəkdir?” sualını soruşurlar. Dəli Aşot dərin fikrə gedir və cavab verir. “Ermənistanın elm adamları yeni silah icad ediblər.”
Müxbirlər bilmək olarmı o nədir? soruşduqda “ox-yay” cavabını vermişdir.
Tv müxbiri bildirmişdi. Dəli Aşot yalan danışan deyil .”keçən həftə bizə ermənilərin ayın üzərində meterioloji stansiya qurduqlarını söyləmişdir” Tv müxbiri Dəli Aşot bizim inandığımız xəbər mənbəyidir.”

İrəvan müxbiri Dəli Aşotdan xəbər var: 2
Haylar dünyadan əvvəl
yaranmışlar
Bütün dünya Hayların genetik xasiyyətini bilir. Genetika məsələsi bir az çətindir. Hayların dünyaya gəldikləri günü dəqiq olaraq bilməyəcəm. Hay böyüklərindən kimsə adını da söyləyə bilməyəcəm. Amma adını deyən bilməsəm də nə dediyini bilirəm. Ən qədim Hay böyüyü bizim əcdadlarımızı bir məsələdə çox ciddi aldadıb. Aldatmağına baxma amma möhkəm də inandırıb. Hayları inandırıb ki, onlar dünyanın ən qədim insanlarıdır. Haylarda bu inanc neçə min illərdir ki, davam edir. Kim də dəyişdirmək istəsə dəli deyirlər. Eyni ilə mənim kimi. Mən də artıq yoruldum. Bu hay soydaşlarım bir yerə yığılan kimi ilk şüar “haylar dünyanın ən qədim xalqıdır. Onlardan qabaq dünyaya heç kim gəlməyib. ”
O gün təzə aldığım Adamyan markalı televizorumda Hayastanın “Şoqqat” televiziya kanalını seyr etdi. Televiziyada “Dünyada insan nəslinin meydana çıxması” mövzusu müzakirə olunurdu. Hayastandan və dünyanın harasında hay yaşayırsa proqrama qoşulur və dünyanın ən qədim xalqı olmaları ilə bir-birini təbrik edir. Aparıcı elan etdi:
– Akademik Pazyan da yeni tədqiqatlarını elan etmək üçün proqrama onlayn qoşulacaq.
Erməni dünyası işini gücünə buraxıb özlərini yetirib sensasiya ünvanı “Şoqqat” teliviziyasın seyr etməyə başladılar. Hamı tələssə də akademik Pazyan tələsmirdi. Bir müddət keçdikdən sonra onlayn olaraq televiziya proqramına qoşuldu.
Aparıcı akademik Pazyana:
-Bütün Hayastan dünyası səbrsizliklə sizi gözləyir. Sizin kəşflərinizlə tanış olmaq istəyərlər.
Akademik Pazyan dünya və məğlub edilmiş Hayastan haylarını salamladı kəşfini ilk dəfə olaraq “Şoqqat” televiziyasında açıqlamaqdan qürur duyduğunu bildirdi. Hayların gözləməsini və narahatlığını sona çatdırmaq üçün kəşfini açıqladı:
-Bizim elmi tədqiqat qrupu uzun illərdir ki, dünya Haystan mərkəzinin maliyyə dəstəyi ilə bu problemi idarə edir. Bizim tezisin meydana çıxması üçün dünyanın 27 bölgəsində eksperimentlər aparmışıq. Tədqiqatın nəticəsi ondan təşkil olunmuş ki, haylar dünyadan əvvəl yaranmışlar. Haylar yaranandan sonra Allah haylarının xətrinə dünyanı yaratmıdır.
Hər yeri dünya haylarının alqışları bürüdü. Akademik Pazyan qalib kimi onlayn əlaqələndirildi. Kimsə sual verə bilmədi.
Dəli Aşot da verilişə qulaq astıqdan sonra akademik Pazyana sual vermək üçünirdirdim:
-Akademik Pazyan, dünya yox ikən haylar yaradılmışsa bəs onlar harada yaşamışlar?
Amma mənim sualıma cavab verən yox idi. Çox da sual verməyə təşəbbüs göstərmədim. Televiziyaya və ya Pazyana sual verseydim deyəcəklər “Aşot dəlidir.”
Professor Həsən Təkləvi

Azərbaycan

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir