KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Həsən Oqtay: İmamoğlu İstanbulun bələdiyyə başçısı olduğunu unudub. O, daha çox siyasət aləminə qərq olub”.

Həsən Oqtay: İmamoğlu İstanbulun bələdiyyə başçısı olduğunu unudub. O, daha çox siyasət aləminə qərq olub”.

Hasan Oktay Hasan Oktay - - 4 dk okuma süresi
317 0

Əkrəm İmamoğlunun restoran da nahar etməsi REZONANS DOĞURDU – “İstefa verməlidir”

İstanbulun bələdiyyə başqanı Əkrəm İmamoğlu yerli restoranların birində nahar etməsinə görə tənqid olunub.

Artıq 3 gündür ki, Türkiyədə yağan aramsız qar İstanbulu iflic vəziyyətə gətirib. Hətta bu səbəbdən Türk Hava Yolları tərəfindən aparılan uçuşlar təxirə salınıb. Küçələrdə yaranan təhlükəli vəziyyət əhalini bərk narahat edib. Məhz belə bir məqamda şəhərin bələdiyyə başçısı restoranda yeyib-içərkən hədəfə tuş gəlib.

İmamoğlu olanlarla bağlı açıqlama da verib. O, gərgin iş prosesindən sonra bir saatlıq qısa fasilədə olduğunu deyib.

“İstanbul sakinləri yağan qara görə o qədər məyus olublar ki, mənim 1 saatlıq nahar fasiləm onların mövzu obyektinə çevrilib. Halbuki, 19 saatdır ki, mən bütün Fövqəladə Hallar briqadası ilə birgə həm yolda, həm də hadisə yerində çalışıram”.

Hazırda olanlara qarşı sərt reaksiya bildirən ictimaiyyət hətta sosial şəbəkələrdə İmamoğlunun istefasını tələb edirlər.

Türkiyənin müxalif sosial-demokrat partiya təmsilçisi olan İmamoğlunun tənqid hədəfinə çevrilməsi və ona qarşı istefa tələbi Türkiyədə gündəmdə önəmli yer alıb.

Məsələ ilə bağlı KAFKASAM-ın rəhbəri, siyasi analitik Həsən Oqtaydan EDNews-a bildirib ki, qlobal istiləşmə iddialarına inanan, böyük fəlakət və aclıq gözləyənlərin iddiaları bütün dünyada olduğu kimi, Türkiyədə də öz tərəfdarlarını tapıb və ictimai rəy formalaşdırıb.

“İstanbulda bu və buna bənzər təbliğata inanan çoxlu sayda insan var və əksəriyyəti mədəni və zəngin qrupa aiddir. İstanbulun meteoroloji tarixinə nəzər saldıqda tez-tez o qədər güclü qar yağdığı, hətta Boğazın donduğuna dair rekorda da rast gəlinib”.

Analitik həmçinin İmamoğluya qarşı baş verənlərin pərdəarxası məqamlarını danışıb.

“Əkrəm İmamoğlu cəmiyyətin bir sıra radikal tərəfdarları tərəfindən qarayaxma kampaniyasının qurbanına çevrilib. Çünki qarla bağlı bu problem də bu səbəblə şişirdilib. Ortada heç bir ciddi müzakirə obyekti olacaq məsələ yoxdur. O, ki qaldı problemlərə, hesab edirəm olanlarla bağlı təkcə Əkrəm İmamoğlu deyil, həm də rayon idarəçiləri məsuliyyət daşıyır. Fikrimcə, cənab İmamoğlu İstanbulun bələdiyyə başçısı olduğunu unudub. O, daha çox siyasət aləminə qərq olub”.

Xatırladaq ki, Türkiyədə iş adamı olan və siyasi aləmdə müxalifət tərəfdarı kimi tanınan Əkrəm İmamoğlu, 2019-cu ilin martında İstanbulun 32-ci meri olaraq seçkilərdə qalib olub. Lakin seçkilərin qeyri-şəffaf olması iddiaları ilə bağlı İmamoğlu yalnız iki ay vəzifəsini icra edə bilib. 2019-cu ilin iyun 23-də Əkrəm İmamoğlu yenidən seçkilərdə qalib olub.

Qeyd edək ki, Əkrəm İmamoğlu əvvəllər də 2014-cü ildən 2019-cu ilədək Türkiyənin qərb bölgəsində yerləşən Bəylikdüzünün meri olub.

Elnur Ənvəroğlu
https://m.ednews.net/az/news/politics/499837-ekrem-imamoglunun-restoran-nahar-etmesi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir