KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hərbi çevriliş təhdidi olmasa da, hakimiyyət gözlənilməz təhlükələrdən narahatdır

Hərbi çevriliş təhdidi olmasa da, hakimiyyət gözlənilməz təhlükələrdən narahatdır

Hasan Oktay Hasan Oktay - - 4 dk okuma süresi
863 0

Hasan Oktay: “Hərbi çevriliş təhdidi olmasa da, hakimiyyət gözlənilməz təhlükələrdən narahatdır”
Türkiyədə 15 iyul qiyam cəhdindən sonra narahatlıq davam edir. Hökumət dövlət və ictimai qurumlarda, o cümlədən ordu, polis, məhkəmə, kəşfiyyat kimi strateji qurumlardakı FETÖ üzvlərini təmizləməyə çalışır. Bundan başqa, Türkiyə ilə yanaşı xarici ölkələrdə də “camaat”ın mümkün təhdidinə qarşı tədbirlər görməyə çalışırlar.

Yeri gəlmişkən, BMT sessiyasında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünya ölkələrini FETÖ ilə mübarizəyə səsləyib. Türkiyə prezidenti deyib ki, BMT-yə üzv ölkələrin böyük bir qismi bu qruplaşmanın təhdidi altındadır. Onun sözlərinə görə, bu təşkilat Türkiyədən başqa dünyanı əsarət altına almaq kimi bir azğınlıq içərisindədir. Dövlət qurumlarına sızmaq, cəmiyyəti təsir altına almaq və iqtisadi qaynaqlara hakim olmaq hədəfindədirlər. Ərdoğan dövlətlərin FETÖ-yə qarşı mübarizə aparmağa çağırıb, əks halda, gec olacağını əlavə edib.

Qeyd edək ki, bir sıra yerli ekspertlərə görə, Türkiyə üçün hələ də təhdid var və ya ən azından hakimiyyət bu şəkildə davranır. Türkiyəli siyasi analitik doktor Hasan Oktayın fikrincə, çevriliş təhdidi bir neçə mərhələdə özünü göstərib. İlk mərhələ 2015-ci il 24 noyabr hadisələri idi. Ekspert bildirib ki, Rusiya təyyarəsinin vurulması Türkiyəni Rusiya ilə qarşıdurmaya cəlb etmək məqsədi daşıyırdı. Kifayət qədər riskli hərəkət olsa da, savaş baş vermədi.

H.Oktaya görə, ikinci addım baş nazir Davudoğlunun vəzifədən kənarlaşdırılması olub. Ekspert deyib ki, ABŞ-da Hillari Klintonun hakimiyyətə gəlməsi ehtimalında Türkiyədə hakimiyyət daxilində dərin bölünmə, Ərdoğana qarşı çevriliş olacağı qorxusu ilə Amerika ilə yaxın olan Davudoğlu vəzifədən kənarlaşdırılıb.

Ekspertə görə, Türkiyədə 15 iyul qiyamından sonra da ölkədə hökumətə qarşı çevriliş riski qalır. Baxmayaraq ki, böyük miqyasda təmizləmə aparılıb, minlərlə insan vəzifədən azad edilib, böyük təmizləmə prosesi hələ davam edir. Yeri gəlmişkən, ekspertlərə görə, təmizləmələrin hələ də davam etməsi şəbəkənin dərinliyini göstərməklə yanaşı, real təhdidin hələ də qaldığını sübut edir.

H.Oktaya görə, hakimiyyəti narahat edən daha bir məqam ABŞ-dakı prezident seçkiləridir. Əgər H.Klinton seçkiləri qazanarsa, Ərdoğan hakimiyyətinə qarşı təzyiqlər və təhlükə daha da artacaq. Hazırda isə Ərdoğan hakimiyyəti növbəti təhlükəyə qarşı qabaqlayıcı addımlar atmağa çalışır. İşin pis ərəfi isə H.Oktaya görə, hazırda təhlükənin hardan və hansı şəkildə gələcəyinin məlum olmamasıdır: “İşin də ən pis tərəfi budur ki, hazırda hökumət təhlükəni görsə də, onun hardan və necə başlayacağını bilmir. Bu isə iqtidarı daha da narahat edir. Daha sərt addımlar atmağa sövq edir. Bu isə getdikcə daha kütləvi cəzalandırmalara, qanunsuz addımlara səbəb olur. Bunun qarşısını almaq üçün hökumət demokratiya ənənələrinə daha sıx sarılmalıdır. Çünki əks təqdirdə, vəziyyət fəlakətli həddə doğru gedəcək”.

H.Oktaya görə, yaxın zamanlarda hərbi çevriliş cəhdinin baş verməsi inandırıcı olmasa da, bu ehtimal tamamən kənara qoyulmayıb. Lakin o deyib ki, hakimiyyətə indi təhlükənin hardan və hansı şəkildə gələcəyi məlum deyil.

KƏNAN

musavat

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir