Dünya kar, kor və lal olsa da bir məsələni ğörür də, eşidir də və hamıya da bəyan edə bilirlər ki, ermənilər dünyanın bütün ölkəlrində yaşadıqları halda Ermənistan adlanan ölkədə ermənidən başqa kimsənin yaşamaq imkanı yoxdur. Ermənistan mono etnik ölkədir və siyasətinin əsasında başqa xalqlara qarşı nifrət və irqçilik dayanır.
Bu günlərdə Ermənistanın paytaxtı Yerevanda çox böyük “möcüzə” baş verib. Azərbaycanlılara qarşı total düşmənçilik və “görən kimi öldür” tələbinin olmasına baxmayaraq İrəvan küçələrində Azərbaycan dilində danışanların olduğu məlum olub. Əslində belə bir möcüzənin olması bomba effekti yaratdı. Qısa müddət içərisində dünyanın bütün kanalları ermənləri təbrik etməyə başladılar ki, uzun illərdən sonra Yerevan küçələrində Azərbaycan dilində danışanlar var.
Bu hadisəni fərqli şəkildə yozmağa başladılar. Birisi qeyd etdi ki, görünür Vətən müharibəsində Azərbaycanın qələbəsi erməniləri bir sıra xasiyyətlərindən əl çəkməyə məcbur edib. Digəri məsələni belə qələmə vermək istədilər ki, bir nəfər də olsa bu hadisə erməni və azrbaycanlı icmalarının bir araya gəlməsində ilk addım hesab edilməlidir.Hətta belə qiymətləndirənlər də oldu ki artıq azərbaycanlılar heç bir təhlükə hiss etmədən Yerevana nəinki gələ bilərlər, hətta mühafizəçisi olmadan Yerevanın gur yerində gəzər və Azərbaycan dilində danışa bilər.
Nə qədər mənalar axtarsaq da real olan odur ki, irqçi, türk düşməni olan Ermənistanın paytaxtı Yerevanda azərbaycanca danışılır. Hamı bir birinə çatdırırdı:”Ermənistanın paytaxtında Azərbaycan dilində danışan insanlar peyda olub.” Çox maraqlıdır bu şir ürəyi yemiş azərbaycanlı kimdir ki, Yerevan küçələrində Azərbaycan dilində danışa danışa hərəkət edir.
Deməli, Yerevanda peyda olan demilər, peyda olanlar deyirlər. Deməli peyda olanların sayı çoxdur. Ermənistnın rəsmi xəbər kanalları bu nadir hadisəni dünyaya yaymağa başlayır Xüsusi ilə də bu barədə “Sputnik Ermənistan”ın yaydığı məlumatda bildirilib. Bundan sonra Ermənistanda və dünada social şəbəkələrdə Ermənistanın paytaxtı Yerevanda peyda olan və Azərbaycan dilində insanlarla maraqlanmağa və dünyada bu faktı yaymağa başladılar.
Məsələnin müzakirəsi və şəhərdə ona olan reaksiya o qədər genişləndi ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti də bu məsələnin tədqiqi ilə “məşğul olmağa başladılar.” Əslində təbii olaraq belə bir sual meydana gəlirdi. Necə ola bilərdi ki, Ermnistan respublikasının ən mühüm idarələri ölkəyə kimlərin daxil olmasından xəbərsiz idilər. Hansı məqsədləsə sadəcə özlərini xəbərsiz göstərirdilər. buna siyasi şou deyirlər .
Sosial şəbəkələrdə yayılmasından sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti də Ermənistanın paytaxtı Yerevan küçələrində Azərbaycan dilində danışanların peyda olması haqqında məlumat yaydılar. Məlumatda qeyd olunan bundan ibarətdir ki, sanki Yerevanda çox böyük təhlükəli hadisə baş verib. Məlumatda təhlükəsizlik xidmətinin paytaxtda operativ-axtarış tədbirləri həyata keçirdiyi bildirilib. Sanki əhalini sakitləşdirirdilər. Bəs əslində Yerevanda Azərbaycan dilində danışılanların peyda olmasının sir pərdəsinin aralanması mümkün deyildirmi?
Mümkündür, həm də çox asandır. Ölkədə hamının bildiklərindən ermənilər şou düzəldir və dünyaya təqdim edirdilər. Gəlin bu məsələnin “Azərbaycanca danışanların” qatı irqçi Ermənistanın paytaxtı olan qədim türk şəhərində olmasının sir pərdəsini qaldırmağa çalışaq.
Əvvəlcədən sizi nigarançılıqdan qurtarmaq üçün qeyd etməyə ehtiyac var ki, Yerevan küçələrində peyda olub azərbaycanca danışanlara İran-Ermənistan pəncərəsindən baxmaq lazımdır. 1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 382 şiə məscidi, 9 sünni məscidi fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Yalnız məscidər deyil bşqa müsəlman abidələri də sonralar ermənilər tərəfində dövlət siyasəti olaraq dağıdıldı. Bu siyasətdə məqsəd türk yurdu olan Ermənistanı onun ilk sahiblərinin izindən məhrum etmək idi.
Ümumilikdə İrəvan quberniyasının Eçmiədzin uyezdində 36 məhəllə məscidi, Sürməli uyezdində 47 məhəllə məscidi, var idi. Bu gün Ermənistanda Göy məscid istisna edilərsə müsəlman abidələri tamam ilə məhv edilmişdir.Göy məscidin ermənilərin qəzəbindən kənarda qala bilməsini nə ilə izah edə bilərik?
Hələlik axtarışların nəticə vermədiyi deyilib.
Mənbənin iddiasına görə, bir sıra hallarda şəhərin küçələri və insanların çox olduğu yerlərdə Ermənistan vətəndaşları da Azərbaycan dilində danışırlar. Qeyd edilib ki, bundan əvvəl bəzi hallarda Azərbaycan dili Azərbaycandan olan ermənilər tərəfindən istifadə edildiyi müəyyən edilib. İndi isə təhlükəsizlik xidmətinin Azərbaycan dilində danışan şəxslərin kimliyini aydınlaşdırmaq üçün axtarışlara başlayıb ermənilər Göy Məscidi fars abidəsi kimi tanıdırlar
Yerevandakı Göy məscid İran-Ermənistan yaxınlaşmasında mühüm rol oynamışdır. İran Ermənistanın yeganə müsəlman abidəsini-Göy məscidi (Hüseyniyyə) himayə etdi və onun dağıdılmasının qarşısını aldı.
İranla Ermənistan arasında imzalanmış anlaşmaya görə Azərbaycanın qədim tarixi abidəsi olan Göy məscid artıq neçə illərdir İranın mədəniyyət nümunəsi, “fars məscidi” kimi təqdim edirlər. Bu məscidin dağıdılması bir yana qalsın, ciddi təmir işləri aparmışdılar. Kim? İran tərəfi.
1995-2005-cı illərdə Göy məscid İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub və İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilib.
Göy məscid məsələsi Yerevan küçələrində peyda olan və “Azərbaycan dilində danışanlar” tapmacasını açmağa kömək edəcəkdir. Göy məscid İranın mədəniyyət funksiyasını yerinə yetirməyə başladıqdan sonra əks tərəf də borclu qalmadı. Artıq neçə illərdir ki, İranda Yerevandakı Göy məscid ilə əlaqədar olaraq dini turizm təşkil edilmişdir. İranda olan azərbaycanlılar dini turizm marşrutu ilə bir neçə aylığa İrəvana göndərilirlər. Onlardan tələb edilən Göy məsciddə namaz qılmaq və şəhərdə gəzmək. Bu dini turizmdən ölkədə hər kəsin xəbəri vardır. İran dini turizm ilə dünyada bir illuziya yaradır. Güya Ermənistan azərbaycanlıları ölkəsində saxlayır. Onlar sərbəst şəkildə Göy məsciddən “istifadə edirlər.”
Mən Tehranda olanda cavanlar da, yaşlılar da Göy məscidlə əlaqədar dini turizmdə iştirak etdiklərini bildirdilər. Bu da Yerevan küçələrində “Azərbaycan türkcəsində danışılanların” peyda olmasının açması. Onlar İranın Cənubi Azərbaycandan təşkil etdiyi dini turizm adı altında Yerevana gələnlərdir. Yerevanda onlardan heç kim qorxmur, Əhali onları qəbul və qonaq da edirlər.
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar müəllimi
7