KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Həsənbala Sadıqov: Tələbimiz torpaq deyil, qaçqınlarımızın doğma türk yurdu- Qərbi Azərbaycana qayıtmasıdır!

Həsənbala Sadıqov: Tələbimiz torpaq deyil, qaçqınlarımızın doğma türk yurdu- Qərbi Azərbaycana qayıtmasıdır!

Kafkassam Editör Kafkassam Editör - - 28 dk okuma süresi
324 0

Qaçqınlıq bəşər tarixi qədər qədimdir. Bütün tarix böyunca insanlar həyatları üçün təhlükə meydana çıxdıqda üzün illər yaşadıqları ata yurdunu tərk etmə məcburiyyətində qalır. Beləliklə qaçqınlıq və onun davamında “qaçqınlıq” statusu yaranır. Qaçqınlar çox halda irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olan insanlar qrupudur. Dünyanın harasında yaşamasından asılı olmayaraq ermənilərin bir mühüm xüsusiyyəti onların fasiləsiz olaraq yaşadıqları bölgələrdə “münaqişə” və ya münaqişə görüntüləri yaratmaları ilə əlaqədardır. Ermənilərin yaratdıqları münaqişələrin əksəriyyəti məqsədli olaraq yerli münaqişə olaraq qalmayıb, əksər halda görünməmiş şəkildə beynəlmiləlləşdirilir
Bütün ermənilərin başlanğıcını birləşdirən erməni qriqorian kilsəsinin monofizitliyi, hər şeydən məhrum edilmiş xalq obrazını yaratmaqla zordan və terrordan istifadəyə milli xilas aləti kimi haqq qazandırmalıdır. Buna görə də Ermənistanda azərbaycanlıların hüquqları kobudcasına pozulub, onlara qarşı hakimiyyət orqanlarının nəzarəti və köməyi ilə sərt repressiyalar həyata keçirilib.
Beynəlxalq hüquqa, beynəlxalq qanunlara illərdir ümid bəsləsək də heç bir nəticə görmürük.Bir insan, bir millət olaraq bizim də öz müqəddəratımızı təyin etmə hüququmuz var.Beynəlxalq qanunları iki yüz ildir pozan, dəfələrlə millətimizə soyqırım edən, erməni terrorçularına qarşı savaş haqqımızdır.
Azərbaycan xalqının indi Ermənistan respublikası adlanan ərazidə min illər boyunca yaratdığı mədəni irs ilə əlaqədar çox amansız planlar hazırlamışdır.Yüz illər boyunca Anadoludan və İrandan Rusiyanın himayəsi ilə köçürülüb tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər tərəfindən “Gəldim, gördüm,… mənimsədim” sxemi üzrə mənimsəm planı yerinə yetirilmişdir. Ermənilərin böyük və bu gün də davam edən işğalçılıq planları da torpaqlarımıza olan ərazi iddiaları ilə sıx bağlıdır. “Böyük Ermənistan” haqqında olan mifin reanimatorlarının niyyətləri kifayət qədər aydındır. Əvvəllər əhalinin tam əksəriyyət təşkil etdiyi əzəli Azərbaycan torpaqlarında Sürməli və İrəvan ərazisində indi bir nəfər olsun belə azərbaycanlı qalmamışdır.
Gəlmə etnos olan ermənilər onlara məxsus olmayan torpaqlara aid ərazi iddialarının “əsaslandırılmasını” hər vasitə ilə həyata keçirmək istəyirlər. Azərbaycan torpaqlarında həmin torpaqların həqiqi sakinlərinə məxsus olan maddi və qeyri-maddi irsin qavranılması, mənimsənilməsi və erməniləşdirilməsi ilə əlaqələndirirlər. Ermənilərin əqli və maddi-mədəni oğurluqları tarixi-coğrafi uydurmalarla, özlərinə yalançı tarix formalaşdırmaqla və əlbəttə ki, Azərbaycanın və bütövlükdə bölgənin tarixini təhrif etməklə reallaşdırılır. İrəvan quberniyası əhalisinin ilk müasir əhali siyahıyaalması anlayışına uyğun əhali siyahıyaalması 1897-ci ildə olmuşdur.
Müxtəlif ölkərərdə tarixin müxtəlif dövrlərində bir qrup insanlar tam əsaslı ehtiyat üzündəntam məhv olmaqdan qurtularaq vətəndaşı olduğu ölkədən Ermənistandan kənarda yaşamağa məcbur ediliblər. Eyni ehtiyat üzündən Qərbi Azərbaycan türkləri həmin ölkənin-Ermənistanın himayəsindən istifadə edə bilmədiklərinə və ya istifadə etmək istəmədiyinə görə qonşu ölkələrə qaçmaq məcburiyyətində qalıblar.
Müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxslər qaçqınlardır. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Ermənilərin Azərbaycan torpaqlarına yerləşməyə başlamasından 203-il keçmişdir. Müxtəlif yerlərdən gətirilib Azərbaycan torpaqlarına yerləşdirilən ermənilər məskunlaşdıqdan sonra Azərbaycan üçün bəlaya çevrildilər.
Ərazinin etnik mənsubiyyətinin müəyyən edilməsində havası, suyu, dağı deyil tarixən o ərazilərdə yaşamış insanların silinməsi mümkün olmayan-qəbristanlıqlar təşkil edir. Qərbi Azərbaycanda türklərin babalarının 2000 ildn artıq yaşı olan qəbirləri bu gün də vardır. Ermənilərin torpaqlara sahib olmasında ən mühüm strategiya “ bu ərazidə bizdən əvvəl kimsə yaşamamışdır” yanaşması ilə türkləri xatırladan hər şeyi imkan daxilində yer üzündən silmişlər.Amma babaların qərib sərgərdan ruhlarını Qərbi Azərbaycandan çıxara bilməmişlər.Qərbi Azərbaycanda olan çox sayda məscidlər müsəlmanlardan qorxmamaq bir yana qalsın, Allahdan qorxmadan da eini dağıdırlar.
Ermənilər Qərbi Azərbaycana ayaq basdıqlarında 100-lə məscid var idi. Bu gün onlardan biri də qalmamışdır ki, ermənilər xaricirə göstərsinlər. Bu mənada azərbaycan respublikasının prezidenti İlham Əliyev dəfələrlə müsahiblərində dünya dövlətlərinə,siyasi xadimlərinə bəyan edir ki, “müasir Ermənistan ərazisi Qərbi Azərbaycan” adlanır. Bu yanaşmadan və real tarixi gerçəklikdən şübhəsiz ki, Ermənstab respublikasının baş nazir əvəzi Paşinyanın da xəbəri vardır. Bu sadəcə çağriş deyildir. Azərbaycanın Ermənistan torpaqlarını işğal etmək planı deyildir. Bu, Azərbaycan respublikasının prezidenti İlham Əliyevin son 30 ildə Qərbi Azərbaycandan ermənilər tərəfindən qovulmuş türklərin ata baba yurdlarına qayıtması tələbidir. Onların sayı az deyildir. Qərbi azərbaycan uzun illər yaşamış insanların qazandıqları hər şey vandal ermənilər tərəfindən əllərindən alındı. Şübhəsiz beynəlxalq təşkilatlar qarşısında Ermənistan respublikasının qaçqın statusuna salınmış türklərə təzminat ödəməsi haqqında müraciət etməli və təzminatın alınmasına nail olmaq lazımdır. Erməni vandalizminin bariz nümunəsini ondan görmək olar ki, Qərbi Azərbaycandan türkləri qovduqdan sonra oların da izin silməyə “ çalışmışlar. Ənmühüm yadiğar-qəbristanlıqları dağıtmışlar. Qayıdış İnşallah baş utduqdan sonra ermənlərin dağıtdıqları qəbristanlıqlar haqqında dəqiqi məlumat toplamaq və vermək olacaqdır.Hər kəndimizdə olan məscidlər də erməni vandallarından canını qurtara bilməmişdir.Yüzlərlə mədəniyyət, tarixi abidələrimiz, yüzlərlə qəbristanlıqlarımız yerlə yeksan edildi…Bir qaçqın kimi bu gün də Dünya bizim haqqımızı tanımır.
1988-ci ildən Ermənistanda başlamış və genişlənmiş “Genosid” siyasəti siyahıyaalmanın düzgün aparılmasına imkan verməzdi. Əhali haqda verilən məlumatların çoxu ermənilər tərəfindən saxtalaşdırılmışdır. 1988 – 1989-cu illərdə Ermənistan SSR-də baş verən hadisələr zamanı ölkə ərazisində yaşayan azərbaycanlıların əksəriyyəti öz yurd-yuvalarından qovulmuşlar.
1988 ci ildə əzəli yurdlarımızdan-İrəvan, Zəngibasar, Vedibasar, Loru Pənbək, Ağbaba, Dərələyəz, Qaraqoyunlu, Göyçə və digər mahallarımızdan heç bir səbəb olmadan ağır işgəncələrlə kütləvi deportasiya elədilər. Kütləvi deportasiya zamanı yüzlərlə soydaşımızı vəhşiliklə qətl etdilər. Minlərlə insan hava şəraitinə uyğunlaşmayıb vaxtsız dünyasını dəyişdi. 100 mindən çox evi əşyaları ilə birlikdə zəbt elədilər.
1948-1953-cü illərdə Ermənistan SSR-dən azərbaycanlıların deportasiyası, II Dünya müharibəsindən sonra Ermənistan ərazisində yaşayan azərbaycanlıların həyatında acınacaqlı hadisə olmuşdu. 1948 – 1953-cü illərdə isə Ermənistanda-Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirmişdilər. 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar. SSRİ Nazirlər Sovetinin qərarı ilə Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktları olub. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki doğma torpaqlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub.
Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti 1997-ci il dekabrın 18-də sərəncam vermişdir. Sərəncamda 1948 – 1953-cü il deportasiyasını kompleks şəkildə öyrənmək vacib şərt sayılır. Deportasiyanın kompleks şəkildə öyrənilməsi, onun tarixi-demoqrafik səpkisi nəzərə alınmadan mümkün deyil. Deportasiya ilk dəfə məhz bu baxımdan araşdırılmışdır. Deportasiyanı törədən təkzibedilməz faktlar onun sovet deportasiya tarixində yerini müəyyənləşdirmişdir. 1948-1953-cü illər deportasiyasını dərindən təhlil etmək deportasiyanın ideya rəhbərlərini, təşkilatçılarını və həyata keçirilməsinin bütün məsuliyyətini aydınlaşdırır.
Bu günlərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Baş naziri Nikol Paşinyanın Aİ Şurasının Prezidenti Şarl Mişel ilə brifinqdə səsləndirdiyi fikirlərə münasibət bildirib. Əvvəldən qeyd etməliyik ki, bəlkə də uşaq şillədən qurtarmaq üçün yalan danışması qəbahət deyildir. Kapitülyasiya müqaviləsinə imza atandan sonra analoqu olmayan bir şəkildə seçkiləri qazanan Ermənistan respublikasının baş nazir əvəzi Nikol Paşinyanın Aİ Şurasının Prezidenti Şarl Mişel ilə brifinqdə yalan danışmasına, hətta bununla da dünyaya müraciət etməsini qəbul etmək mümkün deyildir. Ona görə də Azərbaycan respublikası Xarici İşlər Nazirliyinin rəsmisi “yalan və iftira ilə dolu olan bəyanata” cavab verməyə məcbur oldu.

Əslində Avropa dövlətlərinin, beynlxalq təşkilatların marağı erməniyə olan məhəbbətindən daha çox öz dövlət və təşkilat marağı ilə əlaqədar idi. Axı, klassik dövlətşünaslıq kiablarında qeyd edilirdi ki, dövlətin dostu yox, marağı olur. Avropa dövlətləri də ermənilərin dünyanın müxtəlif yerlərində yaratdıqları “münaqişə” ilə qeyd olunan bölgəyə müxtəlif beynəlxalq təşkilatların ezamiyyəsi ilə(ATƏT Minsk qrupu və başqaları kimi-HS) “hakim” olaraq girmək səlahiyyəti qazanırdılar. Dünyanın nizamına cavabdeh olacaq ölkələrin hakimliyi də əslində işğalın-qansız sakit forması idi.

Dünyada insanın ən yaxşı bildiyi öz tərcümeyhalıdır. Ermnistan respublikasının son 30 ildəki tarixi işğalçılıq tərcümeyhalı da paşinyanların tərcümeyhalına daxil edilmişdir. Ona görə də Paşinyan üçün tərcümeyhalında olanlar-etdiklərni Azərbaycanın adına yazmaq o qədər də çətin olmamışdır. Nazirliyin rəsmisi çox dəqiq ifadə edir ki, Ermənistan respublikası “bu cəfəng iddiaları 30 ilə yaxın Azərbaycana qarşı təcavüz siyasətini həyata keçirib” 30 il Azərbaycan tarixində faciələr ili olmuşdur. Azərbaycan höküməti məcbur olaraq Ermənistanın işğal siyasətinə son qoymağı xarici beynəlxalq təşkilalardan gözləmişdir. Lakin beynəlxalq təşkilatlar Azərbaycana Ermənistanın işğal etdiyi torpaqları deyil, heç bir reallığa söykənməyən umud verirdilər. BMT Təhlükəsizlik şurasının Ermənistanın işğal etmiş olduğu Azərbaycan torpaqlarını azad etmək haqqında 4 qətnaməsi yerinə yetirilməmiş qalmışdır.

Ermənistn respublikasının işğalçı olduğu BMT Təhlükəsizlik Şurasının qərarlarında təsdiq olunsa da ATƏT Minsk qrupunun üçlüsü nə az nə çox düz 30 il fikirləşməli, günahkarı tapa da bilmədilər. İndi Avropa İttifaqının qapısında göz yaşı tökən, əzabçəkmiş millətin nümayəndəsi olduğunu isbat etməyə çalışan, heç utanmadan Azərbaycan “ərazilərini hərbi işğal altında saxlayan” Ermənistanı baş nazir əvəzi söyləyir. Şübhələnən ola bilər ki bəlkə Paşinyan Ermənistanın azərbaycan torpaqlarını işğal etməsini unudub. Bu vəziyyəti yalnız Xarici işlər nazirliyinin rəsmisi deyil, dünyada kar, lal və kor olanlar da bilirlər. Lakin xristian klubu təəssübkeşliyi tarixi həqiqətləri etiraf etməyə imkan vermir.

Paşinyan hər şeydən danışır. Iddia edir ki, güya dağıdıb, viran edib və minaladıqları ərazilərdə hələ də o yerlərdə sakit normal həyata keçə bilməyənlər ermənilərin fundamental hüquqları pozulub. Amma bir real fakt ortaya qoya bilmirlər. Amma Paşinyanın Aİ rəsmisi ilə olan görüşündə danışıqlarından yola çıxsaq ermənilərə adamın ağlamağı gəlir. Həqiqətdə real vəziyyət necədir? “bir milyondan çox azərbaycanlının fundamental hüquqlarını pozan ölkənin lideri səsləndirir” bu xəyali heç bir əsası olmayan iddiaları. Xəyali iddialar daxili və xarici audioriyaya hesablanmışdır.

Rəsmi statistikaya görə Azərbaycan Respublikası əhalisinin 1,2 milyonu və ya 12,4%-i qaçqın və məcburi köçkünlərdir ki, onların hamısının bu vəziyyətə düşməsinə səbəb yalandan “incidilmiş xalq” olan ermənilər cavabdehdirlər. Beynəlxalq statistika göstərir ki, dünyada hər 122 nəfərdən biri qaçqın və məcburi köçkündür. Ermənistan respublikasının Qərbi Azərbaycandakı irqçilik və genosid siyasətinin nəticəsi olaraq o ərazilərdə yaşayan Azərbaycan türkləri qaçqın vəziyyətinə salınmışdır. Bunlarla yanaşı Ermənistan espublikasının Qarabağ və onun ətraf rayonlarını işğal etməsi nəy\ticəsində yeni köçkünlər ordusu meydana gəlmişdir. Buna görə də dünya üzrə qaçqınlara aid orta rəqəmlə müqayisə etdikdə məlum olur ki, Azərbaycan bu sahədə ən çətin vəziyyətdə olan dövlətlərdən biriridir. Azərbaycanda isə hər 8 nəfərdən biri qaçqın və məcburi köçkün həyatı yaşayır. Qarabağdan olan qaçqın və köıkünlərin ermənilərin yaratdığı süni maneələr və risqlər aradan qaldırılandan sonra Böyük qayıdışla ata baba torpaqlarına qayıtması gözlənilir. Bu dəqiqqə ümumdünya azərbaycan cəmiyyətini narahat edən Qərbi Azərbaycandan olan türklərin yerlərinə qayıtması məsələsidir. Ermənilər Azərbaycan torpaqlarına qayıtmaq haqqında əsassız “mübarizə və kampaniyalar” apardıqları halda müxtəlif vaxtlarda fərqli bəhanələrlə Qərbi Azərbaycandan zor ilə çıxarılan azərbaycanlıların qayıtması haqqında düşünmürlər? Bəs azərbaycanlılar ata yurda-Qərbi Azərbaycana, Göycəətrafı ərazilərə köçüb yerləşəcəklər. Onlar o yerlərə yerləşdikdən sonra o coğrafiyada uyuyan babaların min illərin sərgərdan ruhu sakitləşəcəkdir.

Ermənistanda ən çox yayılmış və heç gündəlikdən çıxmayan nağıl-“Böyük Ermənistan nağılıdır.”. Bu “Təcavüzkar erməni millətçiləri xalqımıza qarşı son iki yüz ildən artıq bir müddətdə real soyqırım siyasəti həyata keçirmişdir. Azərbaycanlıları tarixi torpaqlarından o cümlədən Qərbi Azərbaycandan sıxışdırıb çıxarmaq, bu ərazilərdə mifik “Böyük Ermənistan” yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqları on illər boyu müntəzəm surətdə ermənilərin ideoloji, hərbi və mədəni təcavüzünə məruz qalmışdır. Xalqımızın tarixi kobud surətdə saxtalaşdırılmış, mədəniyyətimiz, toponimlərimiz ermənilər tərəfindən özününküləşdiril mişdir.

“Böyük Ermənistan” xülyasından çıxış edərək Azərbaycana qarşı ərazi iddialarını günü bu gün də davam etdirən Ermənistan respublikası genetik olaraq işğalçı olduğunu təsdiq edir. Başqa ölkələrin torpaqlarını işğal etmək iddiaları hətta Ermənistanın ölkə Konstitusiyasında da əks olunub.

Son zamanlarda hakimlik funksiyasını daha da təkmilləşdiriblər və beynəlxalq miqyasda ATƏT Minsk qrupu kimi adı var işi yox təşkilatlar əvəz etmişdir. Xarici İşlər nazirliyinin rəsmisi“xatırladıram ki, , , Baş naziri görünür, öz ölkəsinin aqressiv, destruktiv və barışmaz siyasətinə hər hansı “əsaslar” yaratmağa çalışır.” Halbuki bütün zamanlarda Ermənistan ikitərəfli münasibətlərdə üzərinə götürdüyü öhdəliklərdən həmişə qaçmağa çalışmışdır. Ermənistan respublikası kapitülyasiya aktına məcbur olub imza atandan sonra da heç bir əsası olmayan barışmaz siyasətinə belə hər hansı “əsaslar” yaratmağa çalışır.”

Paşinyana verilən cavabda Ermənistanın qonşulara qarşı müxtəlif vaxtlarda həyata keçirilən ərazi işğalı yada salınır. “N. Paşinyanın diqqətinə çatdırırıq ki, Ermənistandan fərqli olaraq, Azərbaycanın bu günədək heç bir dövlətə qarşı ərazi iddiası olmayıb.”

Azərbaycan bütün zamanlarda həmsərhəd olduğu dövlətlərin beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmətlə yanaşmışdır. “Azərbaycan, dövlətlərin və eyni yanaşmanın Azərbaycana münasibətdə nümayiş etdirilməsini tələb edir.”Xarici işlər nazirliyinin rəsmisi Azərbaycan respublikasının prezidenti İlham Əliyevin “Ermənistan tarixi Azərbaycan torpağıdır” yanaşmasından yola çıxaraq müsahibədə deyir:” Azərbaycan xalqının milli tarixi yaddaşında, soydaşlarımızın tarixən köklü xalq olaraq yaşadığı müasir Ermənistan ərazisi Qərbi Azərbaycan adlanır” Ermənilər gələnə qədər Azərbaycan torpaqlarında əhalinin əksəriyyəti azərbaycanlılar idi. “Məlum olduğu kimi, XX əsr ərzində soydaşlarımız bu ərazidən, sonuncusu 1988-ci il olmaqla, 3 dəfə deportasiya edilib.”“Zəngəzur bölgəsi və onun Şərq və Qərb hissələrinə bölünməsi də bir tarixi reallıqdır.”

“Soydaşlarımızın həmin ərazilərə qayıtması onların malik olduğu ən təbii haqlarıdır. Bu ərazi iddiası yox, qaçqınların öz evlərinə geri qayıtmasıdır; necə ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat bunu özündə ehtiva edir.”

“O ki, qaldı Paşinyanın “sərhəd gərginliyi, delimitasiya prosesinə əngəl törətmək” iddialarına bu, Ermənistan Baş nazirinin riyakarlığından başqa bir şey deyildir.” “Ərazi bütövlüyünü təmin edən Azərbaycan, ərazilərinin işğalı faktorunun aradan qaldırılması ilə beynəlxalq hüquq prinsipləri əsasında münasibətləri normallaşdırmağa, delimitasiya və demarkasiya prosesini başlamağa hazır olduğunu bəyan edib, bu istiqamətdə əməli addımlar atıb.”

“Ermənistan isə bunun qarşılığında vəziyyəti gərginləşdirmək, revanşizm, sülhü şərtləndirmək mövqeyindən çıxış edir.” Nazirliyin rəsmisi “illərdir ki, sərgilənən bu destruktiv yanaşmanın Ermənistan üçün nə ilə nəticələnəcəyini təxmin etmək isə çətin deyil”. Hər halda Ermənistan onu gözləyən faciələrə gedən yoldan imtina etməsə ikinci kapitülyasiyaya imza atmalı olacaqdır. Bu tarixin işğalçı Ermənistanrespublikası haqqında çox ədalətli qərarı olacaqdır.

Ermənilərin Qarabağa qayıdıb azərbaycanlı larla dinc yanaşı yaşaması ancaq və ancaq Qərbi Azərbaycan qaçqınlarının da Ermənistandakı dədə-baba ocaqlarına qayıtması ilə mümkündür. Əks-təqdirdə ermənilərin Qarabağa qayıdıb azərbaycanlılarla yanaşı yaşaması ideyası öz anlamını itirər”. Əgər azərbaycanlı və erməni icmalarının birlikdə yaşamaları həll edilirsə məkana görə-yalnız Qarabağa görə həll edilməməlidir. Bu eyni zamanda Qərbi Azərbaycandan olan qaçqınların ata baba torpaqlarına qayıtmasına da imkan verməlidir.
Ermənistanın və ermənilərin Azərbaycana və Azərbaycan xalqına qarşı törətdikləri fantastik cinayətlərə rəğmən biz onlara Qarabağda birgəyaşayış imkanı veririksə, bu birgəyaşayış birtərəfli qaydada ola bilməz: “Bu birgəyaşayış o vaxt dayanıqlı ola bilər ki, Ermənistanda, ən azı Zəngəzurda və Göyçədə də belə bir birgəyaşayış təmin olunsun. Biz Qərbi Azərbaycan qaçqınları Ermənistana qayıda bilməyəcəyiksə, təbii ki, ermənilərin Azərbaycanda yaşamasını da məqbul sayılmamalıdır.
30 ildən bəri düşmən tapdağı altında inləyən torpaqlarımızın azad olunması istiqamətində apardığı ədalətli mübarizədə xalq hər zaman dövlətin yanında olduğunu daima bəyan edir və həmrylik göstərirlər. 200-dən çox müsəlman yaşayış məntəqəsi dağıdılmış, qarət edilmiş, yandırılmış, əhalisinin bir qismi öldürülmüş, bir qismi də dağlara qaçaraq aclıqdan və soyuqdan məhv olmuşlar.
Beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə görə də Qarabağdan qovulan azərbaycanlılar qaçqın yox, məcburi köçkün sayılır, qaçqın deyəndə Azərbaycandan köç edən ermənilər və Ermənistandan qovulan azərbaycanlılar başa düşülür. 300000 nəfər Qərbi Azərbaycan qaçqını beynəlxlq təşkilatların və əlaqədar tərəflərin insafsıcasına uzun illərdən bəri haqq etdikləri “Qərbi Azərbaycana qayıdış!” qərarını gözləyir.
Beynlxalq müsahibə və görüşlərdə “görüşdə qaçqınların və məcburi köçkünlərin Dağlıq Qarabağ və ona bitişik rayonlara qayıtması məsələsinə baxılıb” münasibət bildiririlirsə qaçqınların və məcburi köçkünlərin Qərbi Azərbaycana və ona bitişik rayonlara qayıtması” məsələsinin də qoyulması yüz minlərlə insanın tələbini ödəmək olmazmı?
İlham Əliyev Ermənistana qayıdış haqqında mövqeyini çox sərrast ifadə edir:”İrəvanla bağlı da eyni məsələdir. Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla, azərbaycanlılar orada yaşayıblar. Lakin bu o demək deyil ki, bizim ərazi iddialarımız var. Mən demişəm, bəli, biz oraya qayıdacağıq. Mən deməmişəm ki, biz oraya tankla qayıdacağıq. Mən demişəm biz qayıdacağıq. Bu o deməkdir ki, niyə də yox. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə niyə də biz İrəvana qayıtmayaq. Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm.”
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar müəllimi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir