Tarix yaşamaq və ətrafında olan insanlara, xüsusi ilə dövlət olaraq təşkilatlara münasibətlər sistemidir. Nədənsə insanlarda hələ qədim zamanlardan belə bir baxış var ki, yüksək səlahiyyəti olan insanlar aldatmazlar, ədalətlidirlər, onlara inanmaq lazımdır. İnsanlardan fərqli olaraq ölkələr qonşu dövlətlərlə və bir sıra mühüm səlahiyyətli beynəlxalq təşkilatlarla münasibət qurmağa, saxlamağa məcburdurlar. Burada BMT və ona bağlı bir sıra təşkilatları sadalamaq lazımdır. Uzun illər düşünmüşük ki, BMT hər hansı məsələyə əl qoyursa nə qədər müşkül olsa da hökmən həll olunacaqdır.
Uzun illər insanlar, o cümlədən dövlətlər BMT-yə və onun səlahiyyətinin bir hissəsini verdiyi təşkilatlara da münasibəti inam sisteminə söykənirdi. BMT Təhlükəsizlik Şurasının “Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqlarının qeyd şərtsiz azad olunması haqqında” 4 qətnaməsi kağız üzərində qalanda inamımız öləziməyə başladı. Səhnəyə ATƏT Minsk qrupu üç böyük ölkədən olan həmsədrlər meydana çıxdıqda əvvəlki kimi olmasa da inam yeni redaksiyada meydana çıxmağa başladı. 30 illik işğal tarixi göstərdi ki, yenə də beynəlxalq təşkilatlar tərəfindən aldadıldıq. Kimsə çox qanadlı bir ifadə işlətmişdir:”günahımız aldanmağımızdadır.”
Amma aldanmaq Azərbaycan hadisəsi deyildir. Bütün dövlətlər tarixləri ərzində aldana aldana aldanmaqdan xilas olurlar. Bir çox dövlətlər var ki, tarixləri böyu aldandıqları halda bu gün də aldanmaqda və səlahiyyətli beynəlxalq təşkilatlara aladanmaqda davam edirlər. Bu, beynəlxalq “aldanmaq” kimi arzu olunmaz əxlaq kriteriyası yalnız bizim üçün deyildir. Aldanma tariximiz tarix kitablarımızda olmasa da, babalarımızın tarixi təcrübəsində vardır. Babaların aldanma tarixi təcrübəsini ətraflı öyrənmək lazımdır ki, bu gün daha ağır nəticədə aldanmayaq. Müdrik babalar deyirdilər ki, “günahımız bir zamanlar top-tüfəngin az olmasında deyildir. Günahımız ən mühüm tariximizi unutqanlığımızdadır.”
Tarix həm də həyat təcrübəsinin ensiklopediyasıdır, babaların nəvələrə ünvanlanmış mesajıdır. Dərs almaq çox vacibdir. Tarixdə yaşananları unutmaq tarixin aldananlar üçün çox amansız qərarlar qəbul etməsinə səbəb olur. Dünya xalqları içərisində çox az xalqlar olar ki, ATƏT Minsk qrupunun “Həmsədrlər sistemini” onların “xilaskar görüntülü” “monitorinq missiyası”nı bizim qədər tanısın. Bizim onunla tanışlığımız nə az nə çox 30 illik tarixə sahibdir.
30 il əvvəl Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk Qrupu yaradıldı və Rusiya, Fransa və ABŞ nümayəndələrindən ibarət həmsədrlər İnstitutu təsis edildi. O da məlumdur ki, beynəlxalq təşkilat səlahiyyətləri olan ATƏT Minsk Qrupu Azərbaycan Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yaransa da onun nizamlanması əsas vəzifəsi olsa da tarix də şahiddir ki, heç ir iş görmədi. Onun işlərini Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi “biz, qalibiyyətli Azərbaycan ordusu yerinə yetirdi.”
Hal hazırda Azərbaycan respublikası tarixinin çox şərəfli və əzəmətli bir dönəmini yaşayır. 30 il Ermənistan işğalında qalan tarixi Azərbaycan torpaqları azad edilmişdir. Azərbaycan xalqı dünya miqyasında qalib millət elan edilmişdir. Lakin azad olunmuş torpaqlarda Ermənistanın təxribatı nəticəsində bir sıra problemlər qalmaqda davam etməkdədir. Qeyd olunan problemlər 10 noyabr 2020-ci il üçtərəfli müqavilənin tələbləri yerinə yetirilərsə aradan qalxa bilər. Lakin Ermənistan yeni-yeni “süni” problemlər yaratmaqda davam edir. Məqsəd isə qeyd olunan problemləri beynəlmiləlləşdirib, beynəlxalq təşkilatları yenidən Azərbaycana cəlb etməkdir.
Əslində qeyd olunan-Ermənistanın kapitülyasiya aktına imza atdıqdan sonra yaratdığı problemləri Azərbaycan öz hərbi imkanları ilə aradan qaldıra bilər. Lakin Azərbaycan respublikası son zamanlarda Ermənistan və Rusiyanın da daxil olduğu müqavilələri yerinə yetirdiyi, müqavilə öhdəliklərinə sadiq qaldığı üçün imkanı və haqqı olduğu halda məsələnin həllinin hərbi versiyasını gündəliyə daxil etmir.
Ermənistanın hay küyü ilə əlaqədar olaraq yenə də ATƏT Minsk qrupunun dəvət gözləmədən Azərbaycan-Ermənistan münasibətlərində hakimlik fünksiyasını ələ almaq mesajları alınmaqdadır. Ona görə də “30 illik yuxulama dövrünü “yadına salan vətən oğlu öz-özünə düşünür:”ATƏT-in Mİnsk qrupu və ya onun icra aparatı olan Həmsədrlər qrupunun fəaliyyəti bizə lazımdırmı?” Cavab da verir:”YOX!”
Ermənistan 30 il müddətində işğalçı olduğu və beynəlxalq sənədlərdə işğalçılığı təsdiq edildiyi halda Minsk qrupunun həmsədrləri ilə əlaqə qura bilirdilər. Ermənistanın hələ 2016-2020-ci illər arasında təşkil etdiyi təxribatlarda necə deyərlər həmsədrlərdən arxayın idi. Ermənistanın bu ilin iyul ayında Tovuz istiqamətindəki qanunsuz torpaq ələ keçirmə cəhdləri “Böyük Qardaş” Rusiyaya tam arxalanması nəticəsində baş vermişdir
Həmsədrlər həm 2016-ci ilin aprel ayında, həm də 2020-ci ilin iyul ayında özlərinin dili ilə desək “mediatorluq” etdikləri konfliktin hərbi eskalasiya dövrlərində, qəfildən üçü də birdən “məzuniyyətə” çıxdılar. Yəni baş vermiş erməni provokasiyalarını qınamaq əvəzinə, səssiz qaldılar. Azərbaycandan bir neçə gün öncə 20 QHT ATƏT-in Mİnsk Qrupu həmsədrlərinə bəyanat ünvanlasalar da heç bir cavab almamışlar. ATƏT-in Minsk Qrupunun Həmsədrlərin fəaliyyətini tənzimləyən Mandat sənədinə diqqət yetirsək, görərik ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu müddət ərzində öz funksiyasını nəinki passiv şəkildə yerinə yetirmir, həmçinin qərəzsizlik prinsipini və ədalətliliyi aktiv şəkildə pozurlar. Hər dəfə Ermənistan təxribatlar törədəndə və dinc mülki əhalini qətlə yetirəndə ATƏT-in Minsk qrupu həmsədrləri mənasız söz yığınından ibarət olan bəyanat yaymaqla öz işini “yerinə yetirilmiş” kimi hesab edirlər. Bu bir tarixi gerçəklikdir ki, Azərbaycanda ATƏT Minsk qrupu Həmsədrləri qrupunun yalnız kağız üzərində fəaliyyətinə inanır və qrupun fəaliyyətinə beynəlxalq hüquq normalarının pozlunmasına görə umid bəsləmirlər.
Eyni vaxtda ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsinin səfirinin Şuşa səfərindən imtina etməsi təsadüf deyildir. Ermənistan çalışır ki, xəyali “Qarabağın statusu”nun müzakirəsi Minsk Qrupu çərçivəsində davam etsin, axı bu mümkün deyil, çünki mübahisəli ərazi yoxdur. Biz öz ərazi bütövlüyümüzü artıq qalibiyyətli Vətən müharibəsi ilə bərpa etmişik. Həqiqətən də rəsmi dairələrdə və diplomatik məclislərdə qeyd edilir ki, “ATƏT-in Minsk qrupunun qərarsızlığı ondan görünür ki, yeni reallığa uyğunlaşmağı bacarmırlar.
Azərbaycan respublikası beynəlxalq diplomatik etika xatirinə ATƏT Minsk qrupu həmsədrlərini bundan sonra da müvafiq missiyasına uyğun yerlərdə fəaliyyətlərini davam etdirsinlər. “Cənab Prezident İlham Əliyev çıxışında da vurğuladı ki, həmsədr ölkələr Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında vasitəçilik göstərərək, regionda sabitliyin, iqtisadi və sosial rifahın təmin olunmasında iştirak etsinlər.”
Azərbaycanın Vətən müharibəsində qələbəsi, münaqişənin həll olunması ilə artıq münaqişə dövrünün təsisatı həmsədrlərin missiyası avtomatik olaraq aradan qalxmışdır. İndi post-münaqişə dövrünün sülh məsələsi gündəmdədir. Görünən odur ki, Minsk qrupu bu prosesdə iştirak etmək istəmir və iştirak etməkdə də səlahiyyətli deyildir. Artıq yeni reallıqlara uyğun yenilənmiş formatda fəaliyyət sərgiləməyin vaxtı çatıb. “Qarabağın status”u kimi mənasız və qeyri-real mövzulardan danışmaq əksinə prosesi bir az da uzadır.
. Ermənistanın iki ölkə arasındaı sərhəddə yaratdığı gərgin vəziyyət 10 noyabr 2020-ci ildə imza etmiş olduğu kapitülyasiya aktının ruhuna tamam ilə ziddir. Tərəflər bir-birini təqsirləndirməyə çalışırlar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti atəşkəs çağırışı ilə bağlı bir sıra məlumatlar yaymışdır.
Ermənistan tərəfi tank və minaatanlardan da istifadə edərək Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş etməyə davam edir. Hər iki tərəfdə az və ya çox itgi vardır. Beynəlxalq təşkilatlar və qonşu dövlət liderləri “Ermənistanla Azərbaycan sərhədindəki vəziyyəti“müzakirə edir və kimin günahkar olduğunu müəyyən etməyə ehtiyac duymadan, təşəbbüs belə göstərmədən centlmencəsinə “narahat olduqlarını bildirirlər.”
Paralel olaraq ABŞ Dövlət Departamenti BMT-nin tanıdığı Azərbaycan-Ermənistan sərhədinin qalibiyyətli Azərbaycan ordusu tərəfindən işğaldan azad edilmiş Kəlbəcər rayonu istiqamətində “baş verən toqquşmanı pisləyən” bəyanat yayıb. Bütün dillərdə “toqquşma” sözünün ekvivalentində məsələ dövlətlərarası münasibətlərdən gedirsə hər iki dövlətin bir birinə atəş açdığında toqquşma olur. Burada bütün “pislənilən“ hallarda dünyanın bir sıra obyektiv mətbuatında verilən məlumatlardan da görünür ki, günahkar tərəf Ermənistandır. Burada pislənməli və “atəşkəsə dəvət edilməli olan bir dövlət varsa o da Ermənistandır. Yenə günahların “ədalətlə paylaşılması” prinsipi araya girir, açıqlamada “tərəflərdən atəşkəs rejiminə riayət etmək” çağırışı yer alıb.
Münaqişənin uzunmüddətli siyasi həlli üçün tərəfləri ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları bərpa etməyə çağırırıq”. narahatlığı var. Əslində 44 günlük qalibiyyətli Vətən müharibəsindən sonra Azərbaycanın azad etdiyi ərazilərdə olan proseslərə “münaqişə” demək döğru deyildir. Azərbaycan azad edilmiş ərazilərdə antiterror əməliyyata başlayıb erməni silahlılarını ərazidən çıxarmaq imkanına sahibdir. Heç təsadüfi deyil ki, Azərbaycanın azad olunan torpaqlara Böyük qayıdış strategiyası fəaliyyətə başlamışdır. Qərb dövlətləri, xüsusən ABŞ bu mövzuda verdiyi hər açıqlamasında ATƏT-in Minsk Qrupu çərçivəsinə qayıtmağı vurğulayırlar. Regionda isə postmünaqişə dövründə davam edən proseslər ATƏT Minsk Qrupunun fəaliyyət formatına uyğun deyildir.
BMT Baş katibinin sözçüsü qurumun Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən narahatlığını açıqlayıb. Qurum təmsilçisi tərəflərə atəşi dayandırmaq çağırışı edib.
Avantüradan və qisasçılıqdan əl çəkməyən Ermənistanın Baş nazir Nikol Paşinyan hökumətin iclasında ordusunun törətdiyi təxribatları durdurmaq əvəzinə, Rusiya sərhədçilərinin dayaq nöqtələrini Azərbaycanla bütün sərhəd boyu yerləşdirmək kimi mürtəce və qarşı tərəfi təhrikedici bir təklif irəli sürür. “Mövcud vəziyyəti nəzərə alaraq, hesab edirəm ki, hərbi toqquşma riski olmadan sərhədin demarkasiyası və delimitasiyasına imkan verən Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədinin bütün uzunluğu boyunca möhkəm nöqtələrinin yerləşdirilməsi məsələsinə baxmağın mənası var. Mümkün deyilsə, digər beynəlxalq formatlar, o cümlədən ATƏT-in Minsk Qrupu bizim üçün məqbul ola bilər”.
Beynəlxalq münasibətlər sistemində sabit mövqeyi olmayan N. Paşinyan Ermənistanın Qərbə üz tuta biləcəyi barədə Kremlə tez-tez mesaj verərək Rusiyanı Azərbaycanla sərhəd boyunca əsgərlərini yerləşdirməyə sövq etmək istəyir. Bir sıra erməni ekspertləri Rusiyanı sözəbaxan vəziyyətə gətirmək üçün “tarixi ekskursla bu imperiya dövlətinin heç vaxt Ermənistanla dost olmadığını sübut etməyə çalışırlar.” Erməni ekspertlərinə görə Rusiya Ermənistana hər cür təzyiq göstərməyə çalışır, çünki Zəngəzur dəhlizi onun maraqlarına uyğundur. .Erməni ekspertinin əsassız iddiasına görə “O(Rusiya-HS), Ermənistanı Avropadan ayırmaq istəyir, çünki Rusiya və Türkiyə Ermənistanın İran, Hindistan və Çin vasitəsilə beynəlxalq tranzit yoluna çevrilməsinə qarşıdır”. Kəlbəcərlə sərhəddə kimin sözü keçəcək? Moskvanın atəşkəsi, yoxsa Vaşinqtonun Minsk Qrupu oyunu gündəmdə qalacaq?
Azərbaycan-Ermənistan sərhəddində baş verən erməni təxribatlarınun Qərb və Rusiyanın Cənubi Qafqazda nüfuz dairəsinin artırılması məqsədilə edildiyi kimi ekspertlərin heç də səhv olmadığı təsdiq olunan maraqlı versiyaları da vardır.
Azərbaycan tərəfi qarın əriməsindən istifadə edərək, öz mövqelərini bərkitməklə və bizə məxsus yüksəkliklərdə mühəndis-istehkam işlərinin aparılması ilə məşğuldur. Ermənistan tərəfi isə buna imkan vermək istəmir və təxribata əl atır, atəşkəsi pozur.
Sərhd münaqişələrinin-sərhəd xəttində gərginliyin artmasına onların özləri maraqlı olduqlarından Vaşinqton və ya Parisdən sifariş edildiyini söyləyənlər də az deyildir. ”Minsk Qrupu çərçivəsində danışıqlara başlansın” təklifi də onların müdaxiləsinin bir hissəsidir. Sərhəd xəttində baş verən olaylar, atəşkəsin pozulmasının və gələcəkdə gərginliyin artırılmasının ABŞ və digər maraqlı ölkələrin bölgəmizə müdaxilə imkanlarına hesablanması aydın olur. Ekspertlərin nə qədər də sərrast ifadəsi vardır: ”Artıq əvvəllərdən fərqli olaraq Qarabağ problemi yoxdur, varsa da o, Azərbaycanın daxili məsələsidir.”Azərbaycan ABŞ-ın başını çəkdiyi Qərb dövlətlərinin müdaxiləsinə dirəniş göstərmək üçün əvvəldən götürdüyü kursu davam etdirməlidir
Rusiya Azərbaycan Ermənistan sərhəddində haradasa hərbi kontingentini artırmaq, əlavə qüvvələr gətirmək istəyir. Rusiya ilə Qərb arasında rəqabət yaşanır. Rusiya onlara məsələnin içərisinə aktiv şəkildə daxil olmağa imkan vermək istəmir.
30 il heç bir iş görməyən, tarixi Azərbaycan torpaqlarını Ermənistan işğalında qalmasına göz yuman ATƏT Minsk Qrupu yenidən aktivləşmək istəyir və fəaliyyət formatına uyğun olmayan hazırkı vəziyyətdən istifadə edib, regionda yenidən söz sahibi olmaq istəyir. Zənnimcə, son söz yenə də Azərbaycanın və onun müttəfiqlərinindir və keçərli söz də bizimdir.”
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Azərbaycan