KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Həsənbala Sadıqov: SAXTA MƏLUMATLARDAN GÜL DEYİL, QAN GÖRÜNÜR

Həsənbala Sadıqov: SAXTA MƏLUMATLARDAN GÜL DEYİL, QAN GÖRÜNÜR

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
71 0

Kapitülyasiyaya imza atan Ermənistanla son bir ildə olan münasibətlərdə əsas məsələlərdən biri də minalanmış sahələrin xəritəsinin Azərbaycan tərfinə verilməsi məsələsidir. Ermənistan məğlub olaraq kapitülyasiyaya imza atanda mina xəritəsini verəcəyi ilə əlaqədar söz də verirdi. Amma tarix isbat etmişdir ki, erməninin sözünə inanmaq olmaz. Erməni sözü yerinə yetirmək üçün deyil, müəyyən vəziyyətdən çıxmaq üçün verir. Hətta erməni tərəfin hazırladığı sənədlərdən də Ermənistanın mina xəritələri ilə əlaqədar saxtakarlıq etdiyini ortaya çıxarır. Ermənistan bir ilin sonunda yadına düşüb ki, mina xəritəsi əks tərəfə-qalib Azərbaycana verilməlidir. Ermənistanda hər dəfə mina xəritələrindən Azərbaycana qarşı aldatma vasitəsi olaraq istifadə edirlər. Ermənistanda mina xəritəsinə çox qəribə yanaşma var. Birincisi ondan ibarətdir ki, minalanmış sahələr ilə əlaqədar Ermənistanda güya dəqiq deyil “qeyri dəqiq mina sahələri haqqında məlumat var. Deməli ilk nəticə bundan ibarətdir ki, Ermənistan qeyri-dəqiq minaların xəritəsini verdikdə onlarda lazım olan məlumatı almaq mümkün deyildir. Buna görə də Ermənistan ilk addımdan mina xəritələrinin saxtalığına hüquqi don geyindirməyə çalışır. Güya onlarda dəqiq xəritə olmadığı üçün Azərbaycana dəqiq xəritə verə bilmirlər. Deməli ilk nəticə bundan ibarətdir ki, Ermənistanın Azərbaycana təqdim edəcəyi mina xəritəsi “qeyri-dəqiq mina sahələrinin” əsasında tərtib olunduğundan gerçək vəziyyəti əks etdirməyəcəkdir. Ekspertlər bildirirlər ki, Ermənistanın təqdim etdiyi mina sahəsi xəritələri ilə ilk tanışlıqda belə təəssürat yaranır ki, onlar qeyri-dəqiqdir. Azərbaycandan olan mütəxəsislər Ermənistanın hazırladığı mina xəritələrinin gerçək vəziyyəti əks etdirmədiyini bildirirlər Bunu çərşənbə günü Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri bildirib. Onun sözlərinə görə, ötən həftə Ermənistan tərəfi Azərbaycanın işğaldan azad edilmiş qalan ərazilərində minalanmış sahələrin xəritələrinin blanklarını Azərbaycan tərəfinə təhvil verib. “Mina sahəsinin formalarında adətən ərazinin koordinatları, quraşdırılmış minaların növləri, onların sayı, aralarındakı məsafə, yerləşmə sırası və kamuflyaj haqqında məlumatlar göstərilir. Lakin mina sahələrinin xəritələri ilə ilk tanışlıq belə təəssürat yaradır ki, onlar etibarsız, istifadəyə yararsız və qeyri-dəqiqdir”
Ermənilər bütün məsələlərdə olduğu kimi bu məsələni də geniş miqyasda beynəlmiləlləşdirməyə, bu prosesə beynəlxalq təşkilatları da daxil etmək istəyirlər. Ermənilər bu məsələdə beynəlxalq məhkəmələrdən istifadə etməyə çalışırlar. Bu vəziyyətlə əlaqədar ANAMANIN məsul işçisi qeyd edir ki, erməni tərəfi bütün mina sahələrini əhatə edən blankları müvafiq beynəlxalq məhkəmələr çərçivəsində məsuliyyətdən yayınmaq üçün təhvil verdiyini iddia edir. Təşkilatın səlahiyyətliləri bildirir: “Lakin bizim ciddi şübhələrimiz var ki, Ermənistan tərəfinin təqdim etdiyi blanklar işğaldan azad edilmiş bütün ərazilərdə minalarla bağlı vəziyyəti tam əks etdirir”,
Mina sahələrinin blankları Məlumat verirlər ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi və Müdafiə Nazirliyi artıq blankları təhlil edir və emal edir. Birinci mərhələdə mina sahələri ilə əlaqədar blanklar təhlil ediləcəkdir. Blanklar düz olmazsa real nəticə gözləmək mümkün deyildir. Blanklar işləndikdən sonra “məlumatlar xəritələrə ötürüləcək” “Ardıcıl və dəqiq yoxlanılacaq” məlumat verirlər. Hətta ANAMA Ermənistanın müxtəlif rayonlara aid verdiyi mina xəritələrinin doğruluq faizini də hesablamışlar. “Ağdam, Füzuli və Zəngilan rayonlarının minalanmış sahələri ilə bağlı Ermənistanın əvvəllər verdiyi məlumatların dəqiqliyi 25 faiz təşkil edir.”
Professor Həsənbala Sadıqov
Azərbaycanın Əməkdar Müəllimi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.