KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Həsənbala Sadıqov: Qazaxstanda həqiqi hakim olan tarixin qərarina dair ehtimallar

Həsənbala Sadıqov: Qazaxstanda həqiqi hakim olan tarixin qərarina dair ehtimallar

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
74 0

Qazaxstan hadisələri dünyada olan bilinən və bilinməyən hadisələri kölgədə qoydu. Belə görünür ki, kölgədə qoymaqda da davam edəcəkdir. Buna görə də Qazaxstan hadisələri ilə əlaqədar olaraq mətbuatda çox sayda ehtimallar var. Onların reallıq payını gerçək tarix müəyyən və təsdiq edəcəkdir. Axı, dünyanın yaşanılmış tarixi isbat edir ki, həqiqi hakim tarixdir.
Şərhçilərin əsasən ilk olaraqQazaxstan dadisələrinə yanaşma tərzinin əsas maddəsi ya Nazarbayevlə, ya da Rusiya ilə əlaqədardır. Məqsədli olaraq ölkəni bu iki amil ilə əlaqədar olaraq qruplaşdırırlar. Lakin məsələyə ciddi yanaşdıqda məlum olur ki, bu qədər böyük və məsul məsələni üzdən həll etmək olmaz. Əksər söylənilən fikirləri də ehtimal olaraq qəbul etməliyik. Sanki Qazaxstan kimi böyük bir ölkənin problemləri yox imiş. Hər hansı şəkildə hadisənin bu qədər kritik həddə çatması səbəbsiz deyil. Görünür ki, hansısa xarici qüvvənin bu məsələdə rolu hiss olunmaqdadır”.
Ehtimallar labirintində ilk olaraq üzə çıxan Qazaxstanın prezidenti Q.J.Tokayevdir və onun ciddi cəhdlə təhlil etmək istədikləri əməlləridir. O əməlləri də qruplaşdırmaq olar. Əməllər içərisində ona aid olanlar olduğu kimi, ona aid olmayanlar da vardır. Onun siyasətində ağırlıq mərkəzi Nursultan Nazarbayev və ailəsinin sindromudur. Məntiq bir məsələni qəbul etmir ki, Qazaxstan hadisələri Nursultan Nazarbayev və onun ailə üzvlərinin siyasi hakimiyyətdən(Qızı Dariqanı) uzaqlaşma sına qarşı çevrilmişdir.
Hətta Qazaxstanda Ali İcra hakimiyyətinin də Tokayevə qarşı müxalifətdə olduğunu söyləyənlər də vardır. Nəticə ondan ibarət oldu ki, qeyd edilənlərə inansaq Tokayev narazı olduğu hökümətdən də, Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayevdən də Qazaxstan hadisələri ilə domino daşı effekti ilə canını qurtarmış oldu.
Mövzu ilə əlaqədar mənbələrdə sevənlərin və ya sevməyənlərin mənə görə çox maraqlı əssaslı və əsassız tezisləri var. Ən birincisi ondan ibarətdir ki, görkəmli siyasi xadim Nursultan Nazarbayev güya “türkçü” idi. Böyük siyasi xadim olan Nursultan Nazarbayev “türkçü” deyildir. Lakin bunu da qəbul etməliyik ki, onun son zamanlarda olan siyasətində türk amili müşahidə olunmaqda idi. Amma nə qədər türkçü desələr də 40 ildən artıq siyasi olimpə sahib olan Nursultan Nazarbayev türkçülüyünü gizlədə bilməzdir.
Hər halda Kazaxstan kimi böyük bir ölkənin türkçülük cəbhəsinə keçməsinə Rusiyanın biganə yanaşacağını gözləmək olmazdır. Türk Şurası çoxlarının gözləmədikləri halda təşkilata çevrildi. Təşkilata çevrilən Türk Şurasının yaranması Rusiya Qazaxstan münasibətlərinə mənfi təsir göstərməyə bilməzdir. Əvvəllər çox fərqli yanaşma var idi-türk dilli dövlətlər. Xüsusilə də, əksər siyasi şərhçilər baş verənlərin Türk Birliyinə qarşı yönəlməsi iddialarını ön plana çıxarırlar. Buna səbəb kimi isə, Qazaxıstanın Türkiyədən sonra ikinci böyük türk dövləti olması, eyni zamanda ölkənin son illərdə digər türk dövlətləri ilə inteqrasiyaya xüsusi diqqət ayırması göstərilir
Artıq altı türk dövləti olan Azərbaycan, Türkiyə, Qazaxstan, Qırğızstan, Özbəkstan və Türkmənistanda xalqlar türk olduqlarını və dövlətlərinin də bir türk dövləti olduğunu bilirlər. O halda artıq dövlətlərimizi də “türk dövlətləri” olaraq səsləndirməkdə bir qadağa görmürəm.
Hazırkı yanaşma isə fərqli və döğru olub-türk dövlətləridir. Hətta opponentlərimizin təxəyyülü ora qədər “inkişaf” etmişdir ki, türk dilli dövlətlərin birliyini-türk dövlətlərinin NATO-su adlandırmaqdan belə çəkinmirdilər.
Bu əks-antitürk blokda heç də rahatlıqla qarşılanmadı. Ola biləcək reaksiyanı gözləyirdilər də, gözlənilməməsini tarix bağışlamazdır bağışlamadı da.
Qazaxstan hadisələrində Rusiyaya qarşı səbəb və bəhanələr axtarmağa çalışanlar az deyildir. Hətta çoxları ehtimallarında Qazaxstan hadisələrinin birbaşa Rusiyaya qarşı, əleyhinə çevrildiyini qeyd edənlər az deyildir. Xüsusilə də, əksər siyasi şərhçilər baş verənlərin Türk Birliyinə qarşı yönəlməsi iddialarını ön plana çıxarırlar. Buna səbəb kimi isə, Qazaxıstanın Türkiyədən sonra ikinci böyük türk dövləti olması, eyni zamanda ölkənin son illərdə digər türk dövlətləri ilə inteqrasiyaya xüsusi diqqət ayırması göstərilir
Qazaxstan Rusiyanın görüntüdə sülhməramlı, məzmunca işğalına məruz qalmışdır. Sabah nə olacağından asılı olmadan Qazaxstan sülhməramlı işğal faktını qəbula məcbur edilmişdir. Ruslar öz sülhməramlılarının burada çox qalmayacağını deyirlər.
Rus siyasiləri gizlətmədən Qazaxstana olan iddialarını yüksək tribunadan söyləməkdən də çəkinmirlər. Siyasi elitada Qazaxstanı Rusiya torpaqları olaraq adlandıranlar da var. Qazaxstanı qazaxlara “Rusiyanın hədiyyəsi” kimi də qeyd edənlər də vardır.
Tokayevin hakimiyyəti siyasətçilər hələ də bir suala cavab verə bilmirlər. 2022-ci ilin Qazaxstan hadisələri Tokayevin hakimiyyətinə necə təsir göstrəcəkdir? Hətta məsələyə son hadisələr pəncərəsindən yanaşanlar qeyd edirlər ki Tokayev hakimiyyətdə çox qala bilməyəcəkdir. Hakimiyyətdə qalarsa demokratik idarə ilə deyil, despotik idarə ilə qala bilər. Hətta şərhçilərdən bəzilər “süngü rejimi” qurulacağını da qeyd edənlər vardır.
Professor Həsənbala Sadıqov
Azərbaycanın Əməkdar müəllimi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.